USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Liviyanın Baş Qərargahının nümayəndə heyətini daşıyan və Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutuları” ilkin olaraq Türkiyədə yoxlanılacaq. Daha ətraflı və obyektiv təhlil aparılması məqsədilə isə qurğular neytral üçüncü ölkəyə göndəriləcək.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkə hesabında məlumat verib. Nazir qeyd edib ki, istintaq prosesi başa çatdıqdan sonra hadisənin bütün təfərrüatları tam şəffaflıqla ictimaiyyətə açıqlanacaq.
Hazırda qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.