USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bəxtiyar Hacıyev COP 29-un prezidenti Muxtar Babayevə müraciət ünvanlayıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

16-06-2024, 23:16

Bəxtiyar Hacıyev COP 29-un prezidenti Muxtar Babayevə müraciət ünvanlayıb

Həbsdə olan ictimai fəal və hüquq müdafiəçisi Bəxiyar Hacıyev COP 29-un Prezidenti Muxtar Babayevə müraciət edib. Hacıyev COP 29 konfransı qabağı siyasi motivlərlə və dini inanclarına görə həbsdə olan insanların azad edilməsi üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmasını xahiş edir.

Müraciətdə deyilir ki, COP 29 kimi mötəbər tədbirin qəlbində, mərkəzində vətəndaş cəmiyyətinin iştirakçılığı durur.

“Dünyanın diqqətinin hər gün daha çox ölkəmizə yönəldiyi bu aylarda biz, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin tanınmış simaları COP 29-un girovuna çevrilməməliyik. COP 29 sadəcə ekoloji konfrans yox, həm də iqtisadi və siyasi tədbirdir. Qlobal iqlim dəyişikliyinin müzakirə ediləcəyi tədbir ölkəmizin daxilindəki siyasi iqlimin pisləşməsinə yox, yaxşılaşmasına xidmət etməlidir. Bütün bunları nəzərə almağınızı, ölkə rəhbərliyi və COP 29-un təşkilat komitəsi ilə siyasi motivli həbsdə olanların azad edilməsi məsələsini müzakirə etməyinizi, ölkədə siyasi temperaturu aşağı salmaq üçün addımlar atmağınızı xahiş edirəm”, sənəddə qeyd edilir.
Bəxtiyar Hacıyev COP 29-un prezidenti Muxtar Babayevə müraciət ünvanlayıb
Hacıyevin yazdığına görə, nüfuzlu beynəlxalq təşkilatların da təsdiq etdiyi kimi Azərbaycanda onlarla jurnalist, bloger, vətəndaş cəmiyyəti fəalları “siyasi motivlər və qondarma ittihamlarla açılmış cinayət işi çərçivəsində həbsxanalarda saxlanılır. Eyni zamanda yüzlərlə inanclı şəxs də dini baxışlarına görə şərlənərək həbsə atılıblar. Dini və siyasi motivli həbslərlə bağlı rəsmi şəxslərə süni şəkildə uzadılan istintaq və məhkəmə prosesləri ilə bağlı müraciət etdikdə bildirilir ki, saxlanılan şəxslər ölkəmizin ev sahibliyi edəcəyi COP 29 ərəfəsində azad ediləcəklər”, hüquq müdafiəçisi müraciətində qeyd edir.

Hacıyevin müraciətinə COP-un Prezidentinin ofisi hələ münasibət bildirməyib.

Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə iradəsinə görə insanların təqib edilmədiyini bildirir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, bütün fundamental azadlıqların tam təmin edildiyini iddia edir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-02-2024, 16:21

Siyasi məhbus Bəxtiyar Hacıyev məhbəsdə müraciət hazırlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-07-2023, 19:53

Bəxtiyar Hacıyevin həbs müddəti daha üç ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-06-2023, 18:24

Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar onun Avropa Fondundan qrant alması ilə bağlıdır

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

24-02-2023, 13:13

İctimai fəal Bəxtiyar Hacıyev 47 gündür acdır

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

15-02-2023, 11:04

Qanunsuz həbs olunan siyasi məhbuslar aclıq edir

Gündəm / Sosial / Hadisə / Araşdırma

11-02-2023, 17:53

Berlin şəhərində DAS təşkilatı fəalları XİN qarşısında Bəxtiyar Hacıyev və bütün siyasi məhbuslara azadlıq tələb edirlər

Gündəm / Sosial / Hadisə / Araşdırma

1-02-2023, 21:29

Məhkəmə ictimai fəal Bəxtiyar Hacıyevi yenə həbsdə saxladı

Gündəm / Sosial / Hadisə

25-01-2023, 00:10

Vətəndaş cəmiyyəti Bəxtiyar Hacıyev və Əvəz Zeynallının işləri ilə bağlı prezidentə müraciət edib

Gündəm / Siyasət / Sosial

9-01-2023, 15:17

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-03-2022, 22:11

Siyasi və ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanıldı.

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə