USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şəkillərdə gördüklərimin hamısı gerçək idi...

Maqazin

5-03-2020, 15:11

Şəkillərdə gördüklərimin hamısı gerçək idi...Əgər tamaşa pərdənin açılışından başlayırsa, bəs gözəl səyahət nədən başlayır? Bileti və oteli bron etməkdən? Yox, vaxtın çatmasını gözləmək çox darıxdırıcıdır. Mənim üçün çantaya yığdığım paltarlarımdan, uçuş saatına vaxtında çatmaq üçün saatın zəngini ən az 5 dəfəyə qurmaqdan və anama "yatıb qalmayım, nə olar" deməkdən başlayır.

Budəfəki səyahətim yaşayacağım al-əlvan hisslərin xəyalından başlayır... Hər dəfə səyahət deyəndə ağlımda ancaq bunlar canlanır: mavi okean, ağ qumlu çimərliklər, palma ağacları, ətri hər tərəfi bürüyən rəngbərəng güllər, bir sözlə cənnətin yerdəki bənzəri. Amma bu dəfə gözümün önündə rəngarəng şarlarla bəzədilən səma, sarı qayalar, qaranlıq mağaralar canlanırdı.

Rəngli şarlar, mavi səma, hündür dağlar və günbatımı. Bu görüntünü hər dəfə Kapadokiyadan olan fotolardan izləyirdim. Hətta mənə elə gəlirdi ki, reallıqdan çox, fotoşop var. Həmin şarların səmada o cür görünməsinin gerçək olduğunu heç qəbul edə bilmirdim. Ta ki, gedib, öz gözlərimlə bu gözəlliyi görənə qədər. Kapadokiyaya səfərim iyuna təsadüf etdi. Burada deyərsiz, niyə bəs 1 ildən sonra yazdın? Tənbəllik deyil, vaxt olmamasından.
Havanın tam isti olması üçün yayı gözləyirdim. Çünki soyuq havada istirahət etmək mənə yad bir fikirdir. Kapadokiya isə soyuq bir yerdir. Bakıdan birbaşa reys olmadığı üçün seçimim tranzit oldu. Bundan da istifadə edib bir günümü İstanbula həsr etdim. Bakıdan İstanbula gediş-dönüş bileti mənə 498 manata başa gəldi. İstanbuldan isə gediş-dönüş 444 manat etdi.Kayseri hava limanı məni leysan yağışla qarşıladı. Burada Kapadokiyanın mərkəzinə isə maşınla 1,5 saata getdim. Yolboyu gözüm sadəcə göydə şarları axtarırdı. Amma görünmürdü. Çünki şəhərə günorta saat 4-də çatmışdım. Sən demə, bu rəngarəng səma yalnız səhər saatlarında olur. Otelə çatanda artıq yağış kəsmiş, günəş çıxmışdı. Mənim seçimim "Grand Cappadocia Hotel" oldu. Hovuzu var, qədim ab-havada bir məkandır. İri qədim stildə olan binanın içərisində də dizayn qədim ab-hava ilə qurulub. Həmin ərəfədə arzum başqa bir otel olsa da, orada boş yer tapmamışdım.

Balona minmək üçün əvvəlcədən rezerv etməniz mütləqdir. Bunun üçün 180 avro ödədik. Qiymət mövsümə görə 100-200 avro arasında dəyişir. Mənim getdiyim ərəfədə turistlər çox olduğu üçün və əvvəlcədən otel vasitəsilə rezerv etdirdiyim üçün 180 avroya başa gəldi. Orada minmək istəsəniz, ya yer olmaya, ya da qiymət baha ola bilər.

İlk günümü ətrafı gəzməklə keçirdim. Kapadokiyanın gündüzü nə qədər isti olursa, gecəsi bir o qədər sərindir. Ona görə də gedəndə mövsümdən asılı olmayaraq isti geyim mütləq götürün. Ətraf sadəcə daşlardan ibarətdir. Burada evlər, villalar, otellər, restoranlar, mağazalar dağın içərisində yonulub, hazırlanıb. Qayalar isə çox maraqlı formadadır.
Səhərin açılmasını səbirsizliklə gözləyirdim, şarlı səmanı görmək arzumu gerçəkləşdirəcəkdim. Bu möhtəşəm görüntünü görmək üçün yuxunuza haram qatmağa dəyər. Əvvəlcədən bron edəndə, saat 3:40-da aşağıda olmağı tapşırdılar. Saat 02:58-də güclə yox, çox pozitiv oyandım. Çünki foto çəkdirmək üçün hazırlaşmalıydım. Nə qədər tez oyansam da, saat 03:40-da hazır deyildim. Ayaqqabım, paltarımın kəməri bağlanmamış, qucağımda bir ton əşya ilə aşağı qaçdım. Maşına oturub onsuz yolboyu hazırlaşmağa vaxt var... İlk əvvəl səhər yeməyinə aparırlar, 30 dəqiqə orada dayandıqdan sonra yenidən yola davam. Burada sizə bir məsləhət verim. Hava şarına minməyə gedəndə çox da bəzənməyin, uzun libasda poz verməyi xəyal etməyin. Bu mənzərə o şəkillərdə gördüyünüz deyil. Cins şalvar, sadə kofta geyinin, gödəkcəni unutmayın. Ayağınızda isə çalışın idman stilində ayaqqabı olsun.

Və o nəhəng balonların yerə uzadılmış, uçuşa hazırlandığı mənzərə... Bütün balonlar dolu idi. Bir balona 16 adam yerləşir. Onlar isə dörd-dörd hissəyə bölünür. Günəşin doğuşunu balondan izləmək möhtəşəm idi. Şəkil çəkməkdən necə havaya qalxdığımızı görmədim. Bir də gördüm yuxarıdayıq. Ətraf isə rəngli balonlarla doludur. Burası deyildiyi kimi, “Peri masalı”dır. Göyün üzündən pəncərəsiz bir yerdən rəngarəng ətrafı izləmək o qədər gözəl idi ki... 45 dəqiqə balon gah yuxarı qalxır, gah dağlara yaxınlaşırdı. Yerə dönüşdə isə qonaqları bir yerə yığır, şampan partladırlar. Hər kəsi nəzərə alıb, spirtsiz şampan ikram edirlər. Nə qədər yazsam da, gözlə görünəni izah etmək mümkün olmur.

Bu gözəl mənzərədə şəkil çəkdirmək üçün Kapadokiyada növbəti səhəri gözləməlisiniz. Balon gəzintisindən sonra otelə qayıdıb, yatmaq istəsəm də alınmır. Digər görə biləcəyim məkanların siyahısını hazırlayıram. Əvvəl otelin resepşınına yaxınlaşıb tur qiymətləri ilə maraqlandım. Qiymətlər 80-100-50 avro arasında dəyişir. Ən uyğun versiya avtomobil kirayələyib, ətrafı gəzməkdir. Avtomobilin 1 günü 50 dollardır. Avtomobilim hazır, xəritə ilə yola davam.

İlk səfərim yeraltı şəhərlərin bol olduğu Nevşehirdir. Kapadokiyada 150-200 yeraltı şəhər var. Onlardan yalnız 36-sı tapılıb. Çoxunun sirri hələ də tapılmayıb. Texnologiyanın olmadığı illərdə düzəldilən yeraltı şəhərin salınmasının səbəbi düşmən hücumundan kənd camaatını xilas etmək olub. Kapadokyanın ən dərin, böyük və vahiməli yeraltı şəhəri - Derinkuyu Yeraltı Şehri - Nevşehir – Niğde yolu üzərində yerləşir. Hazırda 50 metrəyə qədər enən 8 mərtəbəsi açıkdır. Hələ tam hissəsi təmizlənməyib. İçəri giriş 35 lirədir. Və mənim şəhərə enişim. Dar və alçaq məkan, pilləkənlərlə enirsən... İçəriyə allergiya, astması olanların girişi qadağandır. Oyulmuş daşlar, ətrafdakı qaranlıq, 52 su quyusu, hər birinin dərinliyi 60–70 metrdir. Qırmızı oxları izləyə-izləyə gəlib dar pilləkən tunelə çatdım. Getdikcə aşağı enən, daralan pilləkənin ucu-bucağı görünmürdü. Arxaya baxıram uzun pilləkəni yuxarı çıxıb qayıtmaq, aşağı baxanda aşağı gedən ucu görünməyən tunel... Ürəyim necə sıxıldısa, ordan havaya çıxmasam, elə bildim öləcəm. Qarşımda iki 70-80 yaşlı qoca kişi və qadın isə necə həvəslə enirdilərsə... Geri doğru qaçmağa, çıxış üçün göy oxları axtarmağa başladım. Elə bildim orada ölüb qalacam. Keçmişdə insanlar orada necə yaşayıb maraqlıdır. Həqiqətən insanı vahimə bürüyür. Deyilənə görə, burada çöllə heç bir bağlantısı olan qurğu yoxdur. Keçmişdə düşmən dibə enə bilmədiyi halda, suya zəhər qatmasın deyə, bu addım atılıb. Elə bilirdim Piramidaya eniş dəhşətdir. Amma bunun yanında ora şükürlüdür.

Bilmirəm niyə, şəkillərin çoxu bullanıq düşürdü. Nə qədər kameranı təmizləsəm də düzəlmədi. İçəridə qapısı olmayan otaq kimi bir oyuq var idi. Ora girmək istəyəndə isə nəzarətçi xəbərdarlıq edir: çox ağırdır, qorxu hissiniz varsa, girməyin. Amma maraq məni bürüdüyü üçün girdim, boş bir divar. Qaça-qaça havaya çıxdıqdan sonra yola davam etdim. Geri qayıdıb, Kapadokiyadakı açıq muzeyləri gəzməli idim.

Aşıklar vadisi – digər adı Bağlıdere Vadisi-dir. Vadinin uzunluğu 4900 metrdir. Bu mənzərədən peribacalarını rahatlıqla izləyə biləcəksiniz. Məkanən maraqlı hekayəsi var:
Gözəl bir kənd var imiş. Buranın suyu çox gur axırmış. Burada bir sülalə yaşayırmış. Bir gün iki sülalə arasında dava düşür. Beləcə, kənd iki yerə ayrılıb. Burada olan gənclər də bir-biri ilə danışmamaq məcburiyyətində qalıb. Amma iki kənd sakini buradan olan iki gənci tanış edib. Onlar da ilk görüşdən bir-birini sevib. Bu hadisə iki kəndi daha da düşmən edib. Nə qədər dava, cadu edilsə də, onlar ayrılmayıb. Nəhayət, onlar evlənib. Onların övladı doğulur. Amma kəndçilərdən biri oğlanı öldürür. Qız isə ərinin ölümünə dözməyib intihar edib. Onların ölümündən sonra Allah bu vadiyə daş yağdırıb. Bu daş isə gənclərin qovuşmasını istəməyən hər kəsi öldürür. Hətta deyirlər ki, bu vadiyə ölən cütlüyün ruhu tez-tez gəlir, uşaqları ilə söhbət edir.
Növbəti səfərim bir vaxtlar hər həftə yeni bölümünü səbirsizliklə gözlədiyim "Asmalı konak" serialının çəkildiyi ev idi. Serial bitdikdən sonra bura muzey kimi fəaliyyətə başlayıb. Ürgüp... İçəri giriş 5 lirə idi. Məşhur konağın içərisi serialdakı kimi dolu deyildi. Ekran işindən burada yalnız Seymənlə-Baharın otağı və mətbəx qalmışdı. Digər otaqlarda isə yalnız serialdan olan fotolar düzülüb. Ürgüpün özü də tək bu muzeydən ibarət deyil. Ətrafda maraqlı restoranlar, məkanlar çoxdur.

Kapadokiyada kilsələrin yer aldığı Açık hava Muzeyi deyilən yer də görməli məkanlardan biridir. Buranın tarixi ilk xristianlıq ərəfəsində başlayıb. Aziz Basil adlı bir rahibin bölgəyə gəlib, bildiklərini ətrafdakı insanlara öyrətməsi, tələbələr yetişdirməsi ilə burada monastr həyatı başlayıb. Buradakı hər qaya oyularaq ibadət, təhsil məkanlarına çevrilib. Açıq Hava Muzeyinin içərisində yüzlərlə kilsə var. Muzeyə giriş 30 lirədir. İçəridə Almalı kilsə, Çarıxlı Kilsə, İlanlı kilsə kimi yerlər var.

Kapadokiyada başqa əyləncə olmadığı üçün, vaxtınızı muzeyləri gəzərək keçirəcəksiniz. Burada böyük alış-veriş mərkəzinə də rast gəlmədim. Yalnız xalçaların, rəngarəng çilçıraqların və suvenirlərin satıldığı kiçik mağazalar var. Və növbəti işim səhəri hava şarları ilə dolu olan mənzərəni izləyə biləcək hündür yer tapmaq idi.

Bu mənzərəni görmək üçün yenə də saat 4-5-də yuxudan oyanmalısınız. Pəncərəni açanda gördüyüm o möhtəşəm mənzərə... Məhz bu saatda şarlarla dolu səma fonunda şəkil çəkdirə bilərsiniz.

Bir az da Kapadokiyanın yeməklərindən danışım. Hər zaman türk mətbəxinin zəngin olmasına baxmayaraq, dadsız olduğundan şikayətlənmişəm. Amma kapadokiyada yeməklər çox dadlı idi. Hər növ yemək tapa biləcəksiniz. Amma burada milli Testi kababın dadına mütləq baxın. Saxsı qabda bişirilir, ət və tərəvəzdən ibarətdir. Burada yeyə biləcəklərim sırasında "Katmer" deyilən şirniyyat, badımcan basdırma da daxil oldu.

Kapadokiyanın gündüzü kimi gecəsi rəngarəng deyil. Sadəcə canlı musiqinin olduğu restoranlar var. Gecə ətrafı maşınla gəzib ən yüksək nöqtəyə çıxıb, şəhərin gözəl mənzərəsini də izləyə bilərsiniz.


Növbəti gün günorta isə geri dönüşüm idi. Uçuş saatıma qədər yenə də ətrafı bir az dolaşmaq qərarına gəldim. Amma baxa biləcəyim çox da yer yox idi. Mənim üçün Kapadokiyanı görməyə 3 gün kifayət etdi. Çünki bura o qədər də böyük yer deyil. Amma görəbiləcəyiniz maraqlı məkanlar çoxdur. Uçuşum bu dəfə "Kapadokya Havalimanı Nevşehir"dən idi. Əslində gedişinizi də buradan planlaşdırmağınız məsləhətdir. Mənim getdiyim vaxtda uçuş olmadığı üçün digər yaxın ərazini seçmişdim. Kapadokiyadan bu hava limanına cəmi 20 dəqiqəlik yoldur. Gün ərzində buradan cəmi 1 uçuş gerçəkləşir. Uçuşum İstanbuldan olacaqdı. Kapadokiyadan təyyarənin qalxışı gecikə bilər, buna görə də digər biletinizi nə qədər gec saata alsanız, o qədər yaxşıdır. Mənim uçuşum düz 2 saat gecikdi. İstanbula enəndə isə digər təyyarəyə çatmağa 50 dəqiqə vaxtım qalmışdı.

Paylaş:
Digər xəbərlər

Araşdırma

4-03-2020, 18:15

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Sosial

3-03-2020, 16:37

Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış

Video

2-03-2020, 11:16

İş adamları ilə başçı arasında qalmaqal... - "Bizə borclu olduğu halda..."

Maraqlı

29-02-2020, 13:30

“Hipersəsli”nin yaratdığı səs-küy: ABŞ 20 milyon dollar ayırır - TƏHLİL

Sosial

25-02-2020, 16:00

EBRD-nin dəstəyi ilə həyata keçirilən layihənin II mərhələsi başlayır

Hadisə

23-02-2020, 13:56

Brayantın qəzaya uğradığı helikopterin pilotu qayda pozuntularına yol verib

Siyasət

22-02-2020, 15:15

“HÖKUMƏTLƏ YAXINLAŞMA VAR, ANLAŞMA YOXDUR” – “Mən ancaq ReAl-ı sata bilərəm ki...”

İqtisadiyyat

22-02-2020, 12:07

Bakı Limanı İtaliya limanları ilə əməkdaşlığa başlayır

Video

21-02-2020, 09:22

“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - Video

Son xəbərlər
  • Dün, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • Dün, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • Dün, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Daha çox
Çox oxunanlar
30-09-2026, 20:34
Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
30-09-2026, 21:39
AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
30-09-2026, 10:45
Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
1-10-2026, 13:20
ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
30-09-2026, 10:41
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə