USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“HÖKUMƏTLƏ YAXINLAŞMA VAR, ANLAŞMA YOXDUR” – “Mən ancaq ReAl-ı sata bilərəm ki...”

Siyasət

22-02-2020, 15:15

“HÖKUMƏTLƏ YAXINLAŞMA VAR, ANLAŞMA YOXDUR” – “Mən ancaq ReAl-ı sata bilərəm ki...”“Mənim, ya da elə bütövlükdə ReAl-ın ünvanına satqınlıq ittihamını cəbhəçilər edir. Nədən etdiklərini güman edə bilərəm, amma burada yazmaq istəmirəm. Bir şey aydındır ki, onların ritorikasında terminoloji aydınlıq yoxdur”. foto.info.az xəbər verir ki, bu barədə ReAL Partiyasının qurucu üzvü, 16 saylı Yasmal İkinci Seçki Dairəsindən deputat seçilmiş Erkin Qədirli bildirib.

O, barəsində səsləndirilən itiham və qınaqlara belə aydınlıq gətirib:

“Birincisi, hər kəs yalnız öz təşkilatını sata bilər. Məsələn, mən heç cür AXCP-ni və ya başqa müxalifət partiyasını sata bilmərəm, çünki onların qarşısında heç bir öhdəliyim yoxdur. Mən,nəzəri olaraq, ancaq ReAl-ı sata bilərəm ki, belə bir şey baş verərsə, bundan ancaq ReAl-çılar narahat ola bilərlər.

İkincisi, bir təşkiilatdan çıxıb başqa təşkilata girmək, ya da heç bir təşkilata girmədən vaxtılə üzv olduğun təşkilatı tənqid etmək satqınlıq deyildir. ReAl-dan çox adam gedib, ara-sıra ReAl-ı tənqid edirlər, amma heç bir ReAl-çı onları satqın adlandırmır, çünki burada satqınlıqdan söhbət belə gedə bilməz. Belə söhbətləri ancaq cəbhəçilər edirlər, partiyalarından gedən az qala hər kəsi satqın adlandırırlar.

Üçüncüsü, satqınlıq ancaq bir təşkilatda qalaraq, başqa bir təşkilata işləmək şəklində olur. ReAl-da heç kəs belə bir iş görməyib. Odur ki, ReAl-da satqın axtarmaq, ReAl-ı satqınlıqda suçlamaq əbəsdir”.

Erkin Qədirli vurğulayıb ki, hökumətlə anlaşmaq, onunla əməkdaşlıq etmək tamam başqa söhbətdir, onun satqınlıqla heç bir əlaqəsi yoxdur: “ReAl hökumətlə siyasi (!) danışıqlara hazır olduğunu çoxdan bildirib. Hökumət istəyərsə, ReAl belə danışıqlara gedə bilər. Danışıqların nəticəsində bir anlaşma olarsa, ReAl onu gizli saxlayası deyil - yazılı olacaqsa, mətnini yayarıq, şifahi olacaqsa - şərtlərini. Bu günə olan durum budur - ReAl-ın hökumətlə heç bir anlaşması yoxdur”.

Şəxsən özünə gəlincə E.Qədirli bildirib ki, onun hakimiyyətin çeşidli çevrələri və qurumlarıyla əlaqələri heç zaman sirr olmayıb:“Bu əlaqələrin də ReAl-la heç bir bağlılığı olmayıb. Mən bu əlaqələrimdən nə özüm üçün bir fayda götürmək, nə də başqalarına ziyan vurmaq üçün istifadə etmişəm. Mən bu əlaqələrimi "məsafəli hörmət" adlandırıram. Hakimiyyətdəkilərlə münasibətlərimin yaxın olduğu dönəmlər də olub, uzaq olduğu dönəmlər də. İndi görünən odur ki, yenidən yaxınlaşma baş verməkdədir. Bunun təşəbbüskarı mən deyiləm və hakimiyyətin məqsədini ancaq güman edə bilərəm. Odur ki, mənim də hakimiyyətdəkilərlə, bu günə olan duruma görə, heç bir anlaşmam yoxdur. Yaxınlaşma var, anlaşma yoxdur. Olarsa, biləcəksiniz. Mən açıq yaşayır, açıq oynayıram”.

ReAL üzvü sonda qeyd ediub ki, müxalifətin hökumətlə mütləq açıq münasibətləri olmalıdır. “Bunsuz siyasi mədəniyyət inkişaf edə bilməyəcək”.

Paylaş:
Digər xəbərlər

İdman

23-02-2020, 12:19

Ronaldo 1000-ci oyunu keçirib, 725-ci qolunu vurub

Müsahibə

22-02-2020, 18:50

Xırdalanda yeni bina tikintisi narazılıq yaradır - VİDEOREPORTAJ

Sosial

22-02-2020, 17:45

“İTV Fatehin dini təhqir etməsini mənimlə unutdurmaq istəyir” - Video

Siyasət

22-02-2020, 13:50

73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI

Gündəm

22-02-2020, 11:49

Erməni yalanının növbəti sübutu - VİDEO

Video

22-02-2020, 07:18

Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?

Video

21-02-2020, 10:27

“Ölüf, ölüf, derəm saa” deyən kişi danışdı - VİDEO

İdman

21-02-2020, 10:25

10 yaşlı Daraqın Kloppa şikayət məktubu - ... Və ona verilən cavab

Gündəm

21-02-2020, 13:36

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Son xəbərlər
  • Dün, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
Daha çox
Çox oxunanlar
30-07-2026, 14:32
“Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
30-07-2026, 14:35
İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
31-07-2026, 11:03
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
31-07-2026, 11:06
Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
30-07-2026, 14:38
Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
31-07-2026, 19:26
Azərbaycanın qadın səfirlərinin sayı üç olub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə