USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

Gündəm / Araşdırma / foto

24-09-2025, 15:36

Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”
“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yazır:

8 aydır ki, səhhətimdə davam edən problemlərlə bağlı sentyabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirildim. Açığı, sağlıq durumumla bağlı problemimi ictimailəşdirməməyə çalışırdım. Düşünürdüm ki, çöldəki həkim dostlarım tövsiyələri və evdən gətirdiyim dərmanların hesabına kamera şəraitində müalicəmi davam etdirib yarana biləcək fəsadları önləyə bilərəm. Həm də istəmirdim ki, kimlərsə səhhətimlə bağlı manipulyasiya etdiyimi düşünsün, avtoritar bir hakimiyyətin siyasi girovu kimi dəyanətimi sorğulasın. Lakin dərmanlar və müalicə effekt vermədiyi üçün həkim dostlarım mədə-bağırsaq sistemimin ciddi müayinəsini tövsiyə etdilər. Sağ olsunlar təcridxanadakı həkimlər (sançast) də müraciətimi müsbət qarşılayaraq mənim Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməyimi təmin etdilər.

Beləliklə, sentyabrın 13-də Müalicə Müəssisəsinə aparıldım. Müalicə Müəssisəsində məni öncə əməliyyat rəisi Azər Əliyev, daha sonra müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı qəbul etdi. Ənənəvi “profilaktik söhbət”dən sonra qəbul şöbəsinə yerləşdirildim. Bildirdilər ki, həftəsonu olduğu üçün tibbi prosedurlar bazar ertəsi başlayacaq. Açığı, 8 ay təcridxanada saxlanılan biri kimi qəbul şöbəsinə gələndə daha, hətta qat-qat ağır bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etmirdim: şəraitsiz və antisanitariya vəziyyətində olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq vardı ki, bəzi xəstə məhbuslar yerdə yatırdılar. Heç bir mübaliğəyə yol vermirəm: bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi ki, biz bunu ancaq kitab və filmlərdə görmüşük. Ölkənin mərkəzində-paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Ayağını qapıdan içəri qoyan hər kəsə potensial pul mənbəyi kimi baxılır…

Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan-USM, kardioqramdan keçdim, qan analizi verdim. Dedilər ki, rentgen həkimi küsüb işə gəlmədiyi üçün rentgen sabaha qalır. Niyə formal prosedurlar deyirəm? Çünki eyni prosedurlar təcridxananın tibb məntəqəsində də var və buradan daha abırlıdır. Rentgenden keçdikdən 1 gün sonra isə 2-3 həkimin balaca bir otaqda təşkil etdiyi komissiyada məhbusların sağlamlıq durumları ilə bağlı şikayətləri dinlənildi. Bu komissiya daha çox çayxana mühitində baş tutdu: kimi telefonunda oyun oynayır, kimi də xəstəni ayaq üstdə saxlayıb hansısa dostu ilə laqqırtı vuraraq baş tutacaq “qonaqlıq”dan danışır. Bəli, tam bir çayxana mühiti…

Təsəvvür edin ki, bu boyda ədliyyə sisteminin yalnız 1 USM həkimi var, o da 17 Cəzaçəkmə Müəssisəsinə, neçə təcridxanaya və s. baxır. Belə bir şəraitdə hansı keyfiyyətli səhiyyədən danışmaq olar? Öyrəndim ki, savadlı həkimlər PXMM-ni tərk edir, maaş azlığından başqa özəl klinikalarda iş axtarırlar. Ona görə də meydan savadına əmin olmayan, başqa yerdə iş tapa bilməyən çayxana həkimlərinin ümidinə qalıb…

Demək olar ki, 1 həftədir buradayam, amma keçdiyim formal müayinələrin cavabı heç şifahi olaraq da mənə bildirilmədi. Digər məhbuslardan soruşdum, onlarda da vəziyyət eynidir…

Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəsəm də, “qonağı var” deyib hər gün bir bəhanə gətirdilər, ya da özü görüşməkdən, qəbul etməkdən yayındı. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdiyimi deyəndə isə həkimlər MM-də endoskopiya və kolonoskopiyanın olmadığını, bunun üçün özəl klinikalara müraciət etməyimi tövsiyə etdilər. Bildirdilər ki, öncə istintaq orqanı razılıq verməli, sonra ailə üzvlərim hansısa özəl klinikaya müraciət edib göndəriş almalıdırlar. Bütün müalicə xərclərini ailə üzvlərim qarşılamalı, əgər cərrahi əməliyyata gərək olarsa, onu da özüm və ya ailə üzvlərim ödəməlidir. Məlum oldu ki, digər məhbuslarla da bağlı vəziyyət belədir. Ailə üzvləri klinikaya ödəniş edərək onların MRT və digər prosedurlardan keçməsini təsdiq edən göndərişlər alıb və növbəyə durublar. Təsəvvür edin ki, ucqar rayonlardakı xəstəxanalarda belə bir sıra tibbi cihazlar var, amma ölkənin paytaxtında 50 mindən çox məhbusun həyatına görə məsuliyyət daşıyan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya yoxdur.

Bəs milyonlarla vəsait hara xərclənib? Baş həkim Hikmət Aydəmirovun qəbuluna getdim. Adam həkimdən çox, həbsxana rəhbərinə bənzəyir. Xəstələrlə elementar davranış qaydalarını bilmir, soyuq, köntöy bir adamdır. Sanki həkim deyil, hansısa “KAMAZ”dan düşürülüb, vəzifəyə otuzdurulub. Deyilənə dörə, Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir. O, bura baş həkim qoyulandan faktiki ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etməsinə qadağa qoyub. Müalicə Müəssisəsində vəziyyət olduqca acınacaqlıdır. Nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə qədər, tibb bacısından tutmuş həkimə qədər hər kəs dustaqdan pul umur. Hətta şöbə və palatalar “burjuy” və “kasıb” olaraq seçilir, yerlər, otaqlar satılır. Qəbul şöbəsi ən kasıbı və müvəqqəti sayılır, amma orda da bəzi məhbuslara köhnə çarpayılar 1 həftəlik 20 manata satılıb. Uzun sözün qısası, burada baş verənlərdən saatlarla danışmaq olar, yəni, yazıb-pozmaqla tükənməz. Hələ parkda həbs edilən keçmiş məmurlara, iş adamlarına satılan yüksək şəraitli otaqları demirəm.

Mən burada çox dəhşətli insan taleləri ilə qarşılaşdım, hər iki gözü tutulmuş məhbus qazi, bir gözü tam tutulmuş, bir gözü isə 5 faiz görən din alimi, hər gecə ürəktutmasından az qala keçinən, ən yüksək təzyiqdən əziyyət çəkən, amma buna rəğmən heç bir yardım edilmədən Cəzaçəkmə Müəssisəsinə “etap” edilən məhbuslar gördüm. Bir anlıq özümü hansısa tibb ocağında deyil, Stalinizmin Solovki düşərgələrində hiss etdim. Və nəhayət 1 həftənin tamamında hər kəsə 1 gün öncə “etap” edildiyi deyilsə də, mənə bir saat qalmış Kürdəxanıya “etap” ediləcəyimi dedilər, həm də heç bir tibbi yardım edilmədən. Bu biganəlik, anarxiya, özbaşınalığın hökm sürdüyü antisanitar şəraitdə bir daha düşündüm: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət yoxdur, tibb ocağında səhiyyə, təcridxana və həbsxanası da dözülməz durumda. 1 saat sonra Kürdəxanıya- mənim üçün ayrılmış ofisə-evə yola düşəcəyəm. Yazdıqlarım isə PXMM-də baş verənlərin kiçik bir qismidir. Buna rəğmən PXMM-dəki mənzərəni bir cümlə ilə belə ifadə edirəm: Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…

Şəmşad Ağa

Penitensiar Xidmətin Müalicə Müəssisəsi,

Bakı 20.09.2025

Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat / Araşdırma / foto

18-09-2025, 18:26

Jurnalist Şəmşad Ağa müalicə müəssisəsinə köçürülüb

Gündəm / Sosial / Araşdırma / foto

17-09-2025, 14:25

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb

Gündəm / Araşdırma / foto

8-09-2025, 15:54

“Meydan TV işi” – Şəmşad Ağa məhkəmədə hakimləri tənqid etdi

Son xəbərlər
  • Bugün, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • Bugün, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • Bugün, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
Daha çox
Çox oxunanlar
10-10-2026, 16:19
Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
10-10-2026, 16:28
Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
8-10-2026, 17:17
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
10-10-2026, 16:16
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Bugün, 14:22
Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
Bugün, 14:27
Sergey Lavrov da Bakıya gələcək
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə