USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Sentyabrın 25-də Türkiyə ilə ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığına dair anlaşma memorandumu imzalanıb.
“Haber Global”ın məlumatına görə, sənəd Nyu-Yorkda keçirilən görüşlər çərçivəsində rəsmiləşdirilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, bu saziş iki ölkə arasında nüvə enerjisi sahəsində mövcud tərəfdaşlığı daha da dərinləşdirəcək:
“Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir mərhələyə başladıq.” – deyə nazir vurğulayıb.
Memorandumun detalları barədə əlavə məlumat açıqlanmayıb.