USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Şəki şəhəri ərazisində qeydə alınıb. 1997-ci il təvəllüdlü Əsgərov Hasil avtomobilin vurması nəticəsində xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanı törədərək hadisə yerindən uzaqlaşan sürücü – Coşqun Məmmədov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.