USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Jurnalistlər arasında mənzil bölgüsü necə aparılmalıdır? – Ekspertlər nə düşünür

Maraqlı

1-06-2020, 17:40

Jurnalistlər arasında mənzil bölgüsü necə aparılmalıdır? – Ekspertlər nə düşünürJurnalistlər üçün inşa edilən 3-cü binanın mənzillərinin paylanılmasına az vaxt qaldıb. Ənənəyə uyğun olaraq, bu dəfə də Milli Mətbuat Günündə, yəni iyulun 22-də mənzillərin açarları media nümayəndələrinə təqdim edilməsi gözlənilir. Artıq bununla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakiərlərə də başlanılıb. Mənzil almaq istəyənlərin sayı əvvəlki iki binada olduğu kimi kifayət qədər çoxdur. Bu ilk növbədə, 2013-cü və 2017-ci illərdə mənzillərin paylanılması prosesində qeyri-şəffaflığa yol verilməsi ilə bağlıdır.

Nəticədə, kirayədə yaşayan xeyli jurnalist mənzil almaq hüququndan istifadə edə bilməyib. Onların payına isə əlavə evi və ya evləri olan imkanlı redaktorlar, dövlət orqanlarında mətbuat xidmətinə rəhbərlik edən məmurlar yiyələndi.

KİVDF-nin rəhbərliyində baş verən dəyişiklikdən sonra aparılan araşdırmalar zamanı yalnız mənzillərin paylanılmasında deyil, həm də yaşayış binalarının inşasında qanun pozuntularına və korrupsiyaya yol verildiyi aşkar edilib.

KİVDF tərəfindən audit yoxlamaları zamanı külli miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib.
Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir. Bütün bunlardan sonra tikintini həyata keçirən "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

Ona görə də bu il növbəti binadakı mənzillərin paylanılmasında obyektivliyi təmin etmək üçün bir sıra qaydaların dəyişələcəyi barədə məlumatlar yayılıb. Hələlik bununla bağlı müzakirələr davam etdiyi üçün yekun qərar yoxdur. Lakin bir sıra prosedurların dəyişdirilməsi və sərtləşdiriləcəyi istisna olunmur.

Məsələn, bu dəfə əvvəlkindən fərlqi olraq, evsiz jurnalistlərin sayının redkasiya siyahıları üzrə deyil, fərdi müraciətlər əsasında müəyyənləşdiriləcəyi bildirilir.

Lakin ekspertlər hesab edir ki, obyektivliyi maksimum təmin etməyə səy göstərilməlidir.

Zeynal Məmmədli: “Ən düzgün variant medianın reklam bazarına tam açıq olmasıdır...”

Media eksperti, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin baş müəllimi Zeynal Məmmədli Bizimxeber.az-a açıqlamasında bildirib ki, jurnalistlərin məznilə nə qədər ehtiyacının olduğunu anlayır və çox arzulayır ki, hər kəsin bu problemi həll olunsun: “Ancaq ən düzgün variant medianın reklam bazarına tam açıq olmasıdır. Bu halda jurnalsitlərin həmin bazardan o gəliri əldə edib mənzil almaq imkanı qazanacaqlar. Belə mübahisələrə də yer qalmaz.

Ona görə ki, bütün sahələr kimi media da sərbəst bazar qanunlarına uyğun fəaliyyət göstərməli, jurnalistlər də öz gəliri hesabına mənzil almaq imkanına sahib olmalıdır. Biz buna can atmalıyıq. Jurnalist peşəsinin özəlləyi başqasını düşünməkdədir ”. Ekspert qeyd etdi ki, Azərbaycan jurnalistlərinə ABŞ, Avropa ölkələri və ya Türkiyədə olduğu kimi sərbəst bazar qanunlarına uyğun fəaliyyət imkanı yaradılsa, o halda media nümayəndələri maddi sıxıntı yaşamayacaq.

Arif Əliyev: “Mənzillərin paylanmasında obyektivliyi tam təmin etmək mümkün deyil”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, mənzillərin paylanmasında obyektivliyi tam təmin etmək mümkün deyil: “Əvvəl də demişik ki, bu problemin yeganə həll yolu, medianın müstəqilliyini təmin etməklə, reklam və satış bazarından yüksək gəlir əldə etməklə mümkündür.

Yoxsa, bir neçə ildən bir bina tikib mənzil verməklə jurnalistlərin problemini obyektiv şəkildə həll etmək olmaz. Şərtlər nə qədər obyektiv olsa da maksimum 200-250 nəfər mənzillə təmin olunacaq, min-iki min nəfər kənarda qalacaq.

Mən vaxtilə təklif etmişdim ki, bu layihəyə ehtiyac yoxdur. Əgər edirsinizsə, o halda mənzilləri cəbhədə həlak olmuş jurnalistlərin, əlil jurnalistlərin, imkansız media nümayəndələrinə verin. 1998-ci ildə jurnalistlər nə ev, nə maşın ehtiyacı ilə üzləşmirdilər. Bu gün Azərbaycanın dövlət büdcəsi həmin dövrlə müqayisədə iyirmi dəfə böyükdür.
Amma jurnalsitlər çətin durumda gözləyirlər ki, onlara mənzil veriləcək ya yox. Bu prinsilərlə heç nəyə nail olmaq mümkün deyil. Belə yerdə ədaləti necə təmin etmək olar? Hökumət də mənzili özünə yaxın adama hədiyyə kimi verir. Belə vəziyyətdə jurnalistin, redaksiyanın zəhməti, xidməti nəzərə alınmır”.

Qulu Məhərrəmli: “Əvvəlki mənzillərin paylanması zamanı baş verən ədalətsizliklər, iyrənc hərəkətlər, qanun pozuntuları insanlarda inamsızlıq yaradıb”

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli isə bildirdi ki, jurnalistlərə mənzil verilməsi humanitar aksiya olsa da buna mənfi yanaşır: “Mən jurnalistlərə mənzil paylanmasının tərəfdarı deyiləm. Jurnalistlərə elə şərait yaradılmalı, elə yüksək maaş verilməlidir ki, onlar öz imkanları daxilində mənzil ala bilsinlər.
Amma bu mənzilləri verirlərsə, onu təmin edən şərtlərin nə qədər ədaləli və ya ədalətsiz olduğu barədə danışmağa çətinlik çəkirəm. Amma çox istərdim ki, Azərbaycanda jurnalistin də, ibtidai sinif müəlliminin də, həkimin də, tibb bacısısnın da evi olsun. Biz buna nail olmağa çalışmalıyıq.

İndi jurnalistika ilə məşğul olan adamların sayı həddən çox artıb. Xeyli sayda saytlar, youtube vasitəsilə yaradılan telekanallar var. Onların əksəriyyəti mənzil almağa layiqdir. Bəs bunu necə etmək olar ki, sosial ədalət pozulmasın?

Buna nail olmaq üçün hər kəs vicdanla çalışmalıdır. Əgər jurnalistin qarşısında həqiqəti yazmamaq, tənqid etməmək danışmamaq müqabilində ev vermək şərti qoyulursa, bu çox mürəkkəb məsələdir. Ədalət anlayışı çox nisbidir. Bizim üçün ədalətli olan başqası üçün ədalətsizdir. 20 il özünü mətbuatda işləyən öz təcrübəsinə görə hesab edir ki, ona mənzil verilməlidir. 5 il jurnalist təcrübəsi olan lakin istedadı ilə diqqəti cəlb edən də mənzil almağa iddia edir. Hər ikisi ədalətlidir. Lakin əvvəlki mənzillərin paylanması zamanı baş verən ədalətsizliklər, iyrənc hərəkətlər, qanun pozuntuları insanlarda inamsızlıq yaradıb”.

Millət vəkili Sabir Rüstəmxanlı: “Bu dəfə həmin şəxslər mənzillə təmin olunmalıdır”

Millət vəkili, sabiq mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı isə mənzilllrin verilməsi prosedurlarına yenidən baxılmasını zəruri saydığını dedi: “Mənzillərin paylanılması ilə məşğul olan şəxslər özləri ilk növbədə, obyektiv olmalıdır. Əvvəlki binalarda mənzillərin verilməsi ilə bağlı tənqidlər daha çox şəffaflığın pozulması ilə bağlı olub. Bildirilib ki, bu işə rəhbərlik edənlər evləri özlərinə yaxın adamlara veriblər. Bir mənzili olana ikincisini veriblər. Bu məsələdə tanışlıq, dostluq, subyektiv maraqlar rol oynayıb. Belə halların baş verməməsi üçün mənzilləri verən şəxslər özləri ədalətli olmalıdır.

Jurnalistika elə bir sənətdir ki, onun hansı kütləvi informasiya vasitəsində işləməsi, ailə tərkibi nəzərə alınmalıdır. Ola bilsin ki, onların arasında ölkə mediası üçün gərəkli jurnalistlər var. Bu meyarlar da diqqətdən kənarda qalmamalıdır. Mən şərtlərlə tamamilə tanış deyiləm. Amma mən müəyyən jurnalistlər tanıyıram ki, onlar ehtyacı olduğu halda mənzil ala bilmədi. Ona görə də bu dəfə həmin şəxslər mənzillə təmin olunmalıdır”.

Paylaş:
Digər xəbərlər

Siyasət

1-06-2020, 10:00

Əflatun Amaşov İTTİHAMLARA BELƏ CAVAB VERDİ - "Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin"

Araşdırma

28-05-2020, 12:57

Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı

Gündəm

19-05-2020, 16:11

GƏNCƏDƏ PARTLAYIŞ NƏTICƏSINDƏ EVSIZ QALMIŞ SAKINLƏRƏ YENI MƏNZILLƏR TƏQDIM EDILIB

Siyasət

15-05-2020, 12:11

“Qaçqınkom”un sabiq rəhbərliyinin korrupsiya məsuliyyəti - GƏLİŞMƏ

Video

28-04-2020, 13:14

“Nə mənzili verirlər, nə də pulu qaytarırlar” - NARAZILIQ...

Sosial

28-04-2020, 12:18

Komitədən 2.8 milyonluq tender qazanan şirkət haqda maraqlı məlumatlar - İLGİNC

Video

15-04-2020, 11:00

Dövlət daha 180 şəhid ailəsi üçün evləri satın alıb

Siyasət

9-04-2020, 15:18

Yeni komanda mətbuatı dəyişə biləcəkmi? - GƏLİŞMƏ

Video

25-03-2020, 09:23

Şad xəbər: Onlar da güzəştli ipoteka krediti ala biləcəklər

Son xəbərlər
  • Bugün, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • Bugün, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • Bugün, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • Dün, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • Dün, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə