USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Qaçqınkom”un sabiq rəhbərliyinin korrupsiya məsuliyyəti - GƏLİŞMƏ

Siyasət

15-05-2020, 12:11

“Qaçqınkom”un sabiq rəhbərliyinin korrupsiya məsuliyyəti - GƏLİŞMƏPrezident İlham Əliyev “Qaçqınkom”un sabiq rəhbərinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirib. Xatırladaq ki, prezident bu sözləri mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək və bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır: “Həm Dövlətqaçqınkom və eyni zamanda yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.

Prezidentin çıxışında yer alan bu faktların hər biri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun “fəaliyyət” dövrünə aiddir. İllərdir ki, onun imza atdığı korrupsiya faktları, mənzillərin paylanılması zamanı yeyintiyə yol verilməsi, məcburi köçkünlərdən pul alınması kimi hallar mətbuatda işıqlandırılırdı. Bu sahədəki problemin dövlət rəhbərliyi səviyyəsində açıqlanması həm də Əli Həsənovun ciddi hüquqi məsuliyyət qarşısında qaldığını göstərir.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün faktlar nəzərə alınsa, Əli Həsənov məsuliyyətə cəlb edilə bilər: “Əgər qeyd olunan faktlar konkret şəxsə - Əli Həsənova dair öz təsdiqini taparsa, külli miqdarda dövlət əmlakının mənimsənilməsindən və korrupsiyadan söhbət gedir. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmə, xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə kimi bir neçə cinayət əməli üzrə iş açıla bilər və onun cəzası da yüksək olacaq. Bunun nəticəsi ən azı üst-üstə 15 illik həbs cəzası ola bilər. Onu da nəzərə almaq lazımdır ki, burada zərərçəkən təkcə dövlət də deyil, həm də vətəndaşlardır. Bir var ki, dövlət əmlakını mənimsəyərkən ancaq dövlət zərər çəksin, bir də var ki, həm dövlət, həm də vətəndaşlar ziyan çəkir. Zərərçəkən qismində vətəndaşlar da çıxış edir. Dövlət vətəndaşlar üçün çox işlər görüb, ancaq bəzi məqamlarda vəsaitlər ünvanına çatmayıb. Bu mənada Əli Həsənov həbs edilə də bilər”.

Ə.Həsənov onu da vurğuladı ki, dövlət məmurunun əlinə bu qədər vəsait keçəndə və nəzarət olmayanda orada mənimsəmək üçün geniş imkan olur: “Digər məqam isə odur ki, burada təkcə hüquq yox, mənəviyyat məsələsi də var. Heç bir korrupsiyaya haqq qazandırmıram, amma burada həm də mövzu qaçqınlarla bağlıdır. Necə şərh etsək də, burada böyük cinayətdən söhbət gedir”.

İqtisadçı ekspert Pərviz Heydərov da “Yeni Müsavat”a danışarkən problemlərin və korrupsiya hallarının əsas səbəbi kimi dövlət vəsaitlərinin xərclənməsinə nəzarət mexanizminin olmamasını dilə gətirdi: “Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət çox işlər görür. Mənzil təminatından tutmuş digər sosial problemlərin həll olunmasına qədər... Dövlət büdcəsindən və Neft Fondundan bu məqsədlə külli miqdarda vəsaitlər ayrılır. Neft Fondundan birbaşa olaraq, əhalinin bu və ya digər sosial problemlərinin həlli məqsədilə deyil, məhz qaçqın və məcburi köçkünlərlə əlaqədar birbaşa olaraq vəsait daha çox ayrılır. Əhalinin qalan təbəqəsinin problemlərinin həll olunması üçün dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu vəsaitlərin təyinatına uyğun xərclənməsi, məqsədə müvafiq xərclənməsi hər zaman aktual xarakter daşıyıb. Ancaq bu vəsaitlərin xərclənməsinə yetərli nəzarət mexanizminin olmadığı illər öncədən müzakirə edilirdi. Hökumətin bu sahəyə külli miqdarda vəsait ayırması baxımından, həmin maliyyə vəsaitlərinin təyinatına uyğun düzgün xərclənməsinə müvafiq mexanizmin nə qədər təkmil xarakter daşıdığı həmişə sual altında idi”.

İqtisadçının sözlərinə görə, prezidentin çıxışında bundan sonrakı dövr üçün ciddi siqnallar var: “Əli Həsənovun dövründən indiyə qədər problemin əsas səbəbi məhz budur. Qaçqın və məcburi köçkünlərə ayrılan təkcə mənzillər yox, sosial ehtiyaclarının ödənilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinə müvafiq nəzarət qənaətbəxşdirmi? Bu mexanizm kifayət qədər təkmil deyildi. Bu ilk dəfə dövlət başçısı səviyyəsində etiraf olundu. Bu ciddi bir siqnaldır və bilavasitə çağırışdır ki, dövlət vəsaitlərinin və Neft Fondu pullarının xərclənməsinə nəzarət kökündən dəyişdirilsin, bu sahəyə daha təkmil nəzarət olunsun”.

Qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Cari ilin 31 mart tarixinə olan statistikaya görə, bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün fonddan ümumilikdə 2 milyard 563,6 milyon manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb. Nəticədə qaçqın və məcburi köçkünlər üçün 75 qəsəbə salınıb, 288 bina tikilib ki, onlarda mənzil sayı 37 397 olub. Həmçinin bu qəsəbələrdə 86 məktəb, 5 xəstəxana, 67 uşaq bağçası tikilib. Lakin dövlət başçısının da qeyd etdiyi kimi, bütün bu layihələrin həm tikilməsində, həm də paylanmasında sui-istifadə və yeyinti hallarına yol verilib. Daha yaxşısı bu olardı ki, 37 mindən çox mənzildə kimlərin məskunlaşması ilə bağlı yenidən araşdırma aparıb, saxta qaçqınları ortaya çıxarmaqla evlər əsl sahiblərinə təqdim olunsun.

Paylaş:
Digər xəbərlər

Siyasət

13-05-2020, 17:08

Kəlbəcərin yeni icra başçısı kimdir? - Cavid Qurbanovun kadrıdır...

Gündəm

1-05-2020, 13:15

Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO

Siyasət

1-05-2020, 13:30

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub

Gündəm

24-04-2020, 13:18

İlham Əliyev məcburi köçkünlər üçün tikilən yaşayış binalarında işlərin gedişi ilə tanış olub - FOTO

İqtisadiyyat

16-03-2020, 15:21

Deputat “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbulunu təklif edib

Siyasət

5-03-2020, 16:26

Azərbaycanda ən gənc icra başçıları - SİYAHI

Siyasət

5-03-2020, 14:50

Prezident İsmayıllının icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Siyasət

5-03-2020, 14:50

İlham Əliyev Neftçalaya yeni icra başçısı təyin etdi

Siyasət

4-03-2020, 17:11

DTX-nın həbs etdiyi keçmiş icra başçısından xəbər var - Şirkəti üzə çıxdı...

Son xəbərlər
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
Daha çox
Çox oxunanlar
30-07-2026, 14:32
“Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
30-07-2026, 14:35
İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
31-07-2026, 11:03
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
31-07-2026, 11:06
Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
30-07-2026, 14:38
Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
31-07-2026, 19:26
Azərbaycanın qadın səfirlərinin sayı üç olub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə