USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb. Yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.
Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.