USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Narışkinin dediyi "sistemdənkənar müxalifət" kimdir və daxili siyasətdə rus izi

Siyasət / Araşdırma

5-10-2024, 21:19

Narışkinin dediyi "sistemdənkənar müxalifət" kimdir və daxili siyasətdə rus izi
" Rejimdənkənar", yoxsa , "siyasi sistemdənkənar müxalifət"?

Bəs geosiyasi sistem müxalifəti nə deməkdir?

AXCP qurultayına yer verilməsi ilə bağlı partiya adından edilən müraciətə cavab verilməyib. Nə "hə", nə də ki, "yox" deməyiblər, sadəcə cavab verməyi lazım bilməyiblər. Yəni sizi partiya yerinə qoymuruq, partiya sayıb cavab belə vermirik. Bu AXCP - yə olan münasibəti göstərməklə yanaşı, həm də ölkədə siyasi fəaliyyətin hüquqla tənzimlənmədiyini, hakim aparteid rejiminin hətta siyasi fəaliyyət üzərində dövlət nəzarətini təmin edən mövcud "Siyasi partiyalar haqqında" Qanuna belə əməl etmədiyini göstərir.

AXCP-yə qurultay üçün yer verilməməsinin və onun siyasi sistemdən kənara itələnməsinin əsil səbəbi bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkinin Bakı səfəri haqqında verilən məlumatda aydın ifadə olunub. Sözü gedən məlumata görə Rusiya Xarici Kəşfiyyat xidməti Azərbaycanda "sistemdənkənar müxalifətə" qarşı mübarizədə iştirak edir. Bəs Azərbaycanda "sistemdənkənar müxalifət" deyiləndə hansı qüvvə, təşkilat nəzərdə tutulur?

Politoloji baxımdan siyasi sistemdən kənar müxalifət o qüvvəyə deyilir ki, onun hüquqi statusu mövcud qanunvericiliklə müəyyənləşməsin, fəaliyyəti, məqsədləri mövcud hüquqi normalara uyğun olmasın və siyasi sistemdə hər hansı formada iştirakdan kənarda qalmış olsun. Bir qayda olaraq "sistemdənkənar müxalifət" siyasi sistemin daxili oyun qaydalarını tanımır və dinc, demokratik mübarizə üsullarından fərqli olaraq daha radikal, qanunvericilikdə nəzərdə tutulmayan fəaliyyət formalarından istifadə edir. Bu baxımdan Azərbaycanda müxalifət düşərgəsində belə bir təşkilat olmasa da , hakimiyyəti öz qəbul etdiyi qanunları belə pozaraq hər şey edir ki, AXCP -ni siyasi sistemin kənarına itələyib onu "sistemdənkənar müxalifətə" çevirsin. Sonra da AXCP -ni orta əsrlər dövrünün inkivizisiya düşüncəsi ilə qanundankənar elan edib sistemdənkənar müxalifət kimi ona qarşı daha sərt tədbirlərə əl atsın.

Məsələnin mahiyyətinin tam aydın olması üçün qeyd edək ki, "sistem müxalifəti" ilə "rejim müxalifəti" (avtobus müxalifəti) fərqli anlayışlardır və bəzən bu fərqi bilməyənlər bu anlayışları da qarışdırır. "Rejim müxalifəti" anlayışı "sistem müxalifəti" ifadəsindən fərqli olaraq hüquqi deyil siyasi mahiyyət daşıyır və bir qayda olaraq mövcud rejimin maraqlarına, onun qorunub saxlanılmasına xidmət edir və formal baxımdan müstəqil sayılsa da, əslində siyasi hakimiyyət tərəfindən yönləndirilir. "Sistem müxalifəti" anlayışı isə yalnız siyasi sistemin mövcud qanunvericilik bazası çərçivəsində leqal siyasi fəaliyyəti ehtiva edir və "rejim müxalifətindən" fərqli olaraq onun siyasi hakimiyyətlə hər hansı bağlılığı, iş birliyi olmur. Azərbaycan hakimiyyətinin aparteid yanaşmasında isə "rejim müxalifəti" olmayan siyasi qüvvə "sistemdənkənar müxalifət" hesab olunur. Bu səbəbdən də AXCP -nin qurultayına yer verməməklə, öz Nizamnaməsini "Siyasi partiyalar haqqında" Qanuna uyğunlaşdırmasına mane olmaqla onu sistemdənkənar müxalifətə çevirməyə çalışır.

Özü də bunu heç gizlətmədən etməyə çalışırlar. Diqqət edin, bir tərəfdən Ədliyyə Nazirliyi deyir ki, partiyanın nizamnaməsi yeni qanuna uyğun deyil, ona görə də yeni nizamnamə qəbul edilməlidir, o biri tərəfdən də bu qanununa uyğun yeni nizamnamə qəbul etmək istəyən AXCP -yə qurultay üçün yer verilmir. Bununa da AXCP -nin hüquqi statusunun "Siyasi partiyalar haqqında" Qanunla müəyyənləşməsinin qarşısı məqsədli şəkildə alınır ki, onu siyasi sistemdən kənar qoymaq mümkün olsun.
Narışkinin səfəri haqqında verilən məlumatdan sonra hakimiyyətin AXCP -ni "sistemdənkənar müxalifətə" çevirmək istiqamətində nümayiş etdirdiyi hüquqa zidd davranışların bir rus projesi olmasına bundan sonra hər hansı şübhə qalmamalıdır.

Biz AXCP sədri Əli Kərimliyə qarşı başlanmış məhkəmə işinin Qərb və Rusiya arasında Cənubi Qafqaz uğrunda dərinləşən geosiyasi savaşdan doğan bir Kreml projesi olduğunu yazanda bəziləri istehzalı atmacalarla guya bizim məsələni çox şisirtdiyimizi deyirdilər. Halbuki Rusiyanın təşviqi ilə bənzər proses Gürcüstanda "xarici agentlər haqqında" qanun qəbulu ilə Qərbə inteqrasiya tərəfdarı olan vətəndaş cəmiyyətinə qarşı da həyata keçirilməkdədir. Maraqlıdır, kompleksləri üzündən təhlillərimizədə ortaya qoyulan bu fikirlərə etiraz edənlər, indi biz yazdıqlarımız Narışkininin dili ilə səsləndikdən sonra nə deyəcəklər? Bəlkə Rusiyanın və Azərbaycan hakimiyyətinin nəzərində AXCP -dən daha güclü və arzuolunmaz sayılan, əslində isə "rejimdənkənar" olduğu üçün "sistemdənkənar" hesab olunan başqa müxalifət qüvvəsi var, biz onu görə bilmirik?

İndi də aydın görünür ki, Rusiyanın təlimatı ilə Gürcüstanda "xarici agentlər haqqında" qanunla həyata keçirilən Moskva projesi bu gün başqa formada Azərbaycanda Əli Kərimliyə və AXCP -yə qarşı icra olunmaqdadır. Anlamaq heç də çətin deyil ki, Moskva Cənubi Qafqazı öz nəzarətində saxlamaq üçün çalışır ki, region ölkələrində demokratiya və Qərbə inteqrasiya tərəfdarı olan qüvvələri sıradan çıxarsın. Ermənistanda isə Qərbpərəst Paşinyana qarşı Rusiyaya bağlı 5-ci kalonun fəaliyyəti Moskva tərəfindən hər zaman açıq şəkildə dəstəklənir və bunu inkar etmək mümkün deyil. Bütün bunlar onu göstərir ki, Moskva Cənubi Qafqazın hər üç ölkəsinin daxili siyasətində bu və digər formada müdaxilə edir və Moskva hazırkı geosiyasi rəqabətə uyğun olaraq onların siyasi sistemini öz maraqlarına uyğun şəkildə yenudən dizayn etməyə çalışır. Narışkinin səfəri haqqında verilən məlumat da rəsmi olaraq bunu təsdiq edir.

Ancaq Azərbaycan hakimiyyəti Moskvadan gələn direktivlərlə hərəkət etdikcə, həm özünü Kremldən daha çox asılı vəziyyətə salır, həm də AXCP -ni siyasi sistemdən kənara itələməklə öz siyasi rəqibini geosiyasi sistemin və ya prosesin tərkib hissəsinə çevirir. Bu reallığı görmək, qiymətləndirmək üçün heç də xüsusi analitik düşüncə sahibi olmağa gərək yoxdur, artıq Azərbaycanda daxili siyasi sistemin kənarında Qərb mərkəzli anti-Rusiya və anti-avtoritar bir geosiyasi sistem formalaşmaqdadır. Azərbaycan hakimiyyəti isə fərqinə varmadan AXC-yə, onu liderinə olan təzyiqlərlə, əslində öz siyasi nəzarət orbitini daraldır, öz rəqibinin Qərb mərkəzli geosiyasi sistemə inteqrasiya yolunu açır və ölkənin daxili siyasi sistemini beynəlxalq təcrid vəziyyətinə doğru sürükləyir.
Son vaxtlar siyasi məhbuslarla bağlı beynəlxalq tələbin artması, Əli Kərimliyə qarşı cinayət işinə Qərbin xüsusi reaksiyası təsadüfi olaylar deyil və ölkə daxili siyasi sitemin Qərb mərkəzli sistemlə dərinləşən qarşıdurmasını göstərir. Başqa sözlə ifadə etsək bu gün Azərbaycan hakimiyyəti həm Rusiyanın təhriklərinə uyğun davranaraq, həm də özü islahatlardan imtina edərək ölkənin daxili siyasi sistemini hüquqi və demokratik əsaslardan məhrum edərək, onu mövcud beynəlxalq sistemdən kənarda qoymaqdadır.
Fuad Qəhrəmanlı

Narışkinin dediyi "sistemdənkənar müxalifət" kimdir və daxili siyasətdə rus izi

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

15-08-2024, 10:00

ABŞ AXCP liderinin təqib olunmasından narahatdır

Siyasət

14-07-2024, 16:04

Azərbaycan Xalq Cəbhəsi Partiyası növbədənkənar parlament seçkilərini boykot edəcək

Gündəm / Siyasət / Sosial / Araşdırma

20-02-2024, 18:37

Yap siyasi partiyalara ayrılan vəsaitin ən çoxunu özünə alır

Gündəm / Siyasət / Sosial

18-08-2023, 12:40

Azərbaycanda 13 siyasi partiya əğv edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-07-2023, 10:49

Cəmil Həsənli: “Siyasi partiyalar haqqında” yeni qanunun əsas hədəfi həqiqi müxalifət partiyalarıdır

Siyasət / Sosial

27-04-2023, 12:27

Daha bir siyasi partiya özünü buraxdı

Siyasət

2-04-2023, 19:57

"AXCP nəhayət ki, “uşaqlığın son gecəsi”ndən artıq əl çəkməli, böyüməlidir"

Siyasət

27-05-2021, 16:03

Tahir Kərimli nazirə sual verdi: partiyaların pulu niyə azalıb? - YENİLƏNİB

Son xəbərlər
  • Dün, 22:02
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • Dün, 15:30
    Lənkəran və Astarada məhkəmə qərarları ilə narkotiklər məhv edilib
  • Dün, 15:26
    Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
  • Dün, 15:22
    Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı yeniyetmə saxlanılıb
  • Dün, 15:19
    Dəmiryolu keçidlərində iki ağır qəza: bir nəfər ölüb, bir nəfər xəsarət alıb
  • Dün, 15:15
    Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı: 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
  • Dün, 15:13
    AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
  • Dün, 14:28
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • Dün, 11:00
    Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
  • Dün, 10:58
    Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
  • Dün, 10:55
    Strasburqun Qədim Simvolu – Notr-Dam Kafedralı
  • 4-02-2026, 23:03
    Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub
  • 4-02-2026, 23:00
    Şahbaz Şərif: Pakistan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri ilə fəxr edir
  • 4-02-2026, 17:04
    Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
  • 4-02-2026, 16:57
    Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
  • 3-02-2026, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • 3-02-2026, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • 3-02-2026, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • 3-02-2026, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
Daha çox
Çox oxunanlar
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
31-01-2026, 01:04
Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
31-01-2026, 01:02
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 01:00
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
30-01-2026, 12:46
Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə