USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub

Siyasət / Dünya

2-02-2021, 18:31

“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub

Almaniyanın nüfuzlu “Welt” nəşrində jurnalist Daniel-Dilan Bömerin “İsrailin ən yaxşı müsəlman dostları” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycandakı yəhudi icmasının tarixi inkişafına və yerli ictimaiyyətə inteqrasiyasına, Azərbaycan-İsrail münasibətlərinə, eləcə də ölkəmizin müasir tarixində baş verən hadisələrə toxunulur. Müəllif qeyd edir ki, Azərbaycan ilə İsrail arasında xüsusi bir tarixi bağlantı var. Bu bağlantının kökləri İsrailin Yaxın Şərqdəki yeni alyanslarından daha qədimlərə gedir.

Müəllif Azərbaycandakı yəhudi icmasının nümayəndələrinin fikirlərinə də yer verib. Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev müsahibəsində Azərbaycanda yəhudi icmasına verilən yüksək qiyməti bir nümunə ilə izah edib. O, jurnalistlə söhbətində bildirir ki, 2015-ci ildə dünyanın heç bir yerində baş verə bilməyəcək hadisə Azərbaycanda baş verdi. Həmin il ölkədə ilk dəfə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilirdi və həmin gün həftənin şənbə gününə təsadüf edirdi. Yəhudilərin şənbə (şabbat) günü işləmədiyi nəzərə alınaraq, məhz yəhudi məktəbliləri üçün imtahanların tarixi iki gün önə çəkildi. Həmin vaxtdan Təhsil Nazirliyi imtahanların yəhudilərin bayram və qeyri-iş günlərinə düşməməsinə nəzarət edir.

Bu hekayəti oxucularına təqdim edən müəllif Azərbaycanın məhz belə bir ölkə olduğunu vurğulayır. Qeyd edilir ki, ölkə əhalisinin təxminən 99 faizinin müsəlmanlar olmasına baxmayaraq, azərbaycanlıları və yəhudiləri bir-birinə xüsusi tarix bağlayır. Ötən ilin hərbi əməliyyatları da bu tarixin içərisində özünəməxsus yer tutur. Azərbaycan Qarabağ müharibəsində “soyuq müharibə” başa çatandan bəri ən uzunmüddətli tarixə malik münaqişələrdən birində dönüş nöqtəsinin əsasını qoydu. Sovet İttifaqı dağılandan sonra Ermənistan xarici himayədarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eləcə də ətraf əraziləri işğal etdi. Ermənistan müharibədən qələbə ilə çıxsa da, münaqişə davam etdi və ötən il baş verən təxribatların sonunda yenidən qızışan müharibədə Azərbaycan tərəfi zəfər çaldı. Azərbaycan 30 ildən bəri işğal altında olan torpaqlarını azad etdi və bu zəfərdə kimlərin dəstək göstərdiyini isə azərbaycanlılar qələbə paradında nümayiş etdirdilər. Həmin paradda başqa yerlərdə heç zaman bir arada olmayan bayraqlar dalğalanırdı: Türkiyə, Pakistan və İsrail bayraqları. İsrailin ərəb ölkələri ilə son dövrlərdəki yaxınlaşma cəhdlərini dünyanın təəccüblə seyr etdiyi bir vaxtda, Cənubi Qafqazda müsəlman-yəhudi alyansı çoxdan bəri ənənəyə çevrilib və həmin ənənə bu günün siyasi reallığını müəyyənləşdirir.

Jurnalistin digər müsahibi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin siyasi elmlər üzrə müəllimi Murad Salmanov isə qeyd edir ki, Türkiyə-İsrail münasibətlərinin elə də yaxşı olmadığı iddia edilsə də, onlar Azərbaycanda tərəfdaşdırlar. O, Azərbaycanda yəhudilərin iki min ildən bəri mövcud olmaları barədə danışaraq, yəhudi icmasının daim Azərbaycanla İsrail arasında yaxşı münasibətlərin qurulması üçün çalışdıqlarını diqqətə çatdırıb.

Qeyd edilir ki, Azərbaycanla İsrail arasında sıx iqtisadi bağlar da mövcuddur. 2018-ci ildə iki ölkə arasında ticarətin həcmi 1,4 milyard dollardan çox olub.

Məqalədə Azərbaycanda yaşayan digər xalqların vəziyyətinə də nəzər salınır, etnik plüralizmin ölkədə yüksək dəyərləndirildiyi vurğulanır. Rus əsilli İya Şaşlova adlı qadın müsahibəsində dövlət başçısı İlham Əliyevin Azərbaycanda etnik diskriminasiyanı qəti şəkildə qadağan etdiyini söyləyir. Burada ruslar yerli həyata tam inteqrasiya ediliblər, çünki ölkədə çox tolerant cəmiyyət mövcuddur. Hətta ermənilər də burada yaxşı yaşaya bilərlər. İya Şaşlova, həmçinin qeyd edir ki, son müharibədə Rusiya Ermənistanı gözlənildiyi kimi dəstəkləmədi. Bu gün Rusiya Azərbaycanın Türkiyə və İsrail kimi tərəfdaşıdır.

Müəllif məqaləsinə Bakıdakı yəhudi məktəbindən qeydlərlə yekun vurur. Məktəbin direktoru Zamir İsayev Azərbaycandakı tolerant mühitin hansısa siyasi hesablama deyil, insanların həyat tərzi olduğunu deyir. Xatırladır ki, hələ XIX əsrdə Rusiya çarı yəhudilərin şəhərlərdə yaşamalarına qadağa qoyub onları kənd yerlərinə sürgün etsə də, Bakıda bu qaydaya əməl edilməyib. Çarın nə deməsindən asılı olmayaraq, bu şəhərdə yəhudilər həmişə yaşayıblar və hətta Rusiya imperiyasının müxtəlif yerlərindən buraya köç ediblər. “Mən özüm xaricdə çox yaşamışam və bir şeyi deməliyəm: İsraildən başqa heç yerdə yəhidilər Azərbaycanda olduğu qədər yaxşı yaşamırlar”. Jurnalistin “Bəs ABŞ-da necə?“ sualına cavab olaraq, Zamir İsayev Birləşmiş Ştatlarda hələ də sinaqoqlara hücumlar olunduğunu bildirərək deyir: “Burada isə belə bir şeyi təsəvvür etmək mümkün deyil. Azərbaycanda yəhudi məbədlərinin qorunmasına ehtiyac yoxdur. İnancından asılı olmayaraq, bütün vətəndaşlar dini ibadətə dəvətlidir”.

Paylaş:
Digər xəbərlər

Sosial / Dünya

1-02-2021, 02:01

Ailəsinin nasistlərdən gizləndiyi kəndə iki milyon avro vəsiyyət etdi

Siyasət / Dünya

23-01-2021, 12:34

Tariximizin ən böyük uğursuzluğu: Bunu düzəltməliyik

Siyasət

1-01-2021, 18:01

Səfir: Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı

Siyasət

5-11-2020, 19:40

Bayden seçilsə, İranla İsrail müharibə edəcək - ŞOK PROQNOZ

Siyasət

1-11-2020, 00:00

İsrailli nazir: Daim Azərbaycanın yanındayıq!

Siyasət

27-10-2020, 09:49

Ermənilərin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi yəhudi icmasının etirazına səsəb oldu

Dünya

19-10-2020, 10:16

Bəhreynlə İsrail rəsmi diplomatik əlaqələr qurdu

Siyasət

18-05-2020, 09:00

İsrail parlamenti yeni hökuməti təsdiqlədi

Siyasət

14-05-2020, 16:26

İtaliya mətbuatı: “Azərbaycan Ermənistanı küncə sıxışdırır”

Siyasət

9-05-2020, 17:10

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunub

Dünya

29-04-2020, 17:40

İsrail İran planını açıqladı

Dünya

25-04-2020, 14:40

İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşır

Son xəbərlər
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
Daha çox
Çox oxunanlar
2-08-2026, 12:27
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
4-08-2026, 22:23
Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə