USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan və Cənubi Qafqazın diplomatik tarixinə dair arxiv sənədləri ilə tanış olub.
Nazirə təqdim olunan materiallar Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini, eləcə də 1918–1920-ci illərdə Azərbaycan və Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.
Arxivdə həmin dövrə aid rəsmi yazışmalar, tarixi sənədlər və Azərbaycanla yanaşı, Qafqaz regionuna dair hazırlanmış hesabatlar da nümayiş etdirilib.
Sənədlərlə tanışlıq Ceyhun Bayramovun Ukraynaya səfəri çərçivəsində baş tutub.