
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş növbəti əmlakı hərrac vasitəsilə satılıb.
Məlumata görə, Yasamal rayonunda yerləşən, sahəsi 370,4 kvadratmetr olan mənzil beşinci hərrac cəhdində alıcı tapıb.
İlk hərracda 1 milyon manat qiymətlə satışa çıxarılan mənzil sonradan qiyməti endirilərək 463 min 125 manata satılıb. Satışdan əldə olunan vəsaitin dövlətə vurulmuş ziyanın bir hissəsinin ödənilməsinə yönəldiləcəyi bildirilir.
Xatırladaq ki, Səlim Müslümov məhkəmənin hökmü ilə 27 milyon manat məbləğində mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı tam ödədiyi nəzərə alınaraq ona şərti cəza verilib. Hökmə əsasən, sabiq nazirə məxsus bir sıra əmlaklar da dövlət nəfinə müsadirə olunub.