USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hafiz Babalı bir sıra hökumətyönlü media qurumlarını məhkəməyə verib

Sosial

21-07-2025, 16:41

Hafiz Babalı bir sıra hökumətyönlü media qurumlarını məhkəməyə verib
“Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı bir neçə hökumətyönlü media qurumunu məhkəməyə verib. Bu barədə məlumatı jurnalistin ailəsi “Abzas Media”ya verib.

Ailənin verdiyi məlumata görə, Hafiz Babalı ona “böhtan atdıqlarına görə” “Baku TV”, “Qafqazinfo”, “Report.az” və digər media resurslarının məhkəmə qaydasında cəzalandırılması üçün iddia qaldırıb. O, bu qurumları yalan və təhqiramiz məlumat yaymaqda, işgüzar nüfuzunu zədələməkdə ittiham edir.

Xüsusilə “Baku TV” telekanalının 2 may 2025-ci il tarixli “Anonim bank kartları, məxfiləşdirilmiş elektron kanallar, mənzil-ofislər | Niyə?” başlıqlı süjetində Hafiz Babalının fotoları göstərilib və onun barəsində ciddi ittihamlar səsləndirilib. Süjetdə jurnalist “Abzas Media” əməkdaşı kimi təqdim olunub və 2020–2023-cü illərdə xarici ölkələrə, o cümlədən Gürcüstana səfər edərək guya qaçaqmalçılıq yolu ilə ölkəyə valyuta gətirməkdə, qanunsuz sahibkarlıqla məşğul olmaqda və əldə etdiyi vəsaitləri digər əməkdaşlarla bölüşməkdə ittiham olunub.

Hafiz Babalı məhkəməyə təqdim etdiyi pretenziyada bildirib ki, yayımlanan bu materiallar tamamilə yalandır və onun jurnalist kimi işgüzar nüfuzuna ciddi zərbə vurur. O qeyd edib ki, istintaq dövründə verdiyi ifadələrdə Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə olan əlaqələrinin sırf araşdırma xarakterli olduğunu bəyan edib:

“İstintaq materiallarında da mənim onlarla olan yazışmalarım jurnalist araşdırmaları ilə bağlı kommunikasiya kimi qiymətləndirilib.”

Babalı əlavə edib ki, məhkəmə hökmü olmadan onun fotolarını və adını yayımlayaraq barəsində yalan məlumatların ictimailəşdirilməsi jurnalist kimi fəaliyyətinə zərər vurur.

Qeyd edək ki, Hafiz Babalı daha əvvəl də “Qafqazinfo”, “ATV” və “İki Sahil” qəzetini məhkəməyə vermiş, lakin uzun sürən prosesdən sonra məhkəmə onun iddialarını təmin etməmişdi.

2023-cü ilin dekabrında həbs edilən Hafiz Babalı ilə yanaşı, “Abzas Media”nın direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də saxlanılıb. Onlar qaçaqmalçılıq və digər ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

2025-ci il iyunun 20-də çıxarılan hökmlə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlər ittihamları rədd edir və bu həbslərin korrupsiya ilə bağlı araşdırmalarına görə həyata keçirildiyini bildirirlər.

Paylaş:
Digər xəbərlər

Sosial

10-08-2024, 01:04

Məhkəmə Hafiz Babalının ATV telekanalı ilə məhkəmə çəkişməsi prosesinə baxıb

Hadisə

7-03-2024, 20:11

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri daha üç ay uzadıldı

Hadisə

19-01-2024, 17:25

Apellyasiya Məhkəməsi yenə də jurnalist Hafiz Babalını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 05:35

Jurnalist Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir

Hadisə

15-12-2023, 11:00

Jurnalist Hafiz Babalı 3 ay müddətinə həbs olundu. Onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

Son xəbərlər
  • Bugün, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • Dün, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • Dün, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • Dün, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • Dün, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
Dün, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
Dün, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
Dün, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə