
İctima fəal, Ramazan Tağıyev azərbaycanlı kriminal dəstənin üzvləri tərəfindən təhdid dolu mesajlar alır. Maraqlı olan məqam budur ki, Ramazan Tağıyev bildirir ki, onu təhdid edən şəxslərdən biri Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə qarşı hücum işində adı hallanan, daha sonra isə sərbəst buraxılan “Roma” ləqəbi ilə tanınan Rəşad adlı şəxsdir. Fəalın sözlərinə görə, həmin şəxs etdiyi təhdid mesajlarında Məhəmməd Mirzəliyə qarşı törətdikləri aktı ona qarşı da törədəcəklərini deyib”.
Təhdidlərdən sonra Ramazan Tağıyev həmin şəxsi Fransa polisinə şikayət edib. Fəal qeyd edib ki, polis qısa müddətdə təhdid edən şəxsin şəxsiyyətini və yerini müəyyənləşdirib. Məlum olub ki, həmin şəxs Fransanın Tuluza şəhərinin Kolomye qəsəbəsində gizlənir. Ramazan Tağıyev bildirib ki, polis tərəfindən faktla bağlı rəsmi cinayət işi başladılıb, şübhəlinin saxlanılması üçün əraziyə xüsusi briqada yönələndirilib və onun ölkəni tərk etməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrinə xəbərdarlıq göndərilib.
İctimai fəal ona qarşı edilən bu təzyiqlərin məişət zəminində olmadığını, birbaşa onun ifadə azadlığı və ictimai fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.
Vəli Şükürov