USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sosial

6-09-2026, 12:39

Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
İmişli rayonunun Əliyetməzli kəndində küçə itinə qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılması, eləcə də Sumqayıtın Corat qəsəbəsində bir itin diri-diri dərisinin soyulduğu və aldığı ağır xəsarətlər səbəbindən xilas edilə bilmədiyi barədə yayılan məlumatlar növbəti dəfə cəmiyyətin qarşısında çox ağır sual qoyur: Biz harada səhv etdik ki, belə insanlar yetişdirdik?

İmişlinin Əliyetməzli kəndində yayılan görüntülərdə iddialara görə Dayanət adlı şəxsin heyvana qarşı qəddar rəftar etdiyi görünür. Coratda isə bir küçə iti ağlasığmaz işgəncəyə məruz qalıb. Bu məsələlər dərhal və ciddi şəkildə araşdırılmalı, məsul şəxslər törətdikləri əməlin ağırlığına uyğun real cəza almalıdırlar. Amma məsələ yalnız bu iki hadisə deyil. Son dövrlərdə Zaqatalada 4 aylıq pişiyin bıçaqlanaraq öldürülməsi, bir itin cinsi zorakılığa məruz qalması və müxtəlif heyvana qarşı işgəncələr ilə bağlı yayılan məlumatlar da göstərir ki, ortada təsadüfi hadisələr yox, ciddi bir ictimai problem var. Bir insan nə qədər mənəvi cəhətdən çürüməlidir ki, müdafiəsiz bir canlının ağrısından zövq alsın? Heyvanı sevməmək, uzaq durmaq ayrı məsələdir. Amma canlı bir varlığa işgəncə vermək, onu bıçaqlamaq, dərisini diri-diri soymaq, qorxusuna və ağrısına baxıb həzz almaq normal insan davranışı deyil. Və burada artıq “amma o adamın psixoloji problemi var”, “dəli olub”, “nə edək, belə insanlar var” kimi bəhanələrin arxasında gizlənmək olmaz.

Bəli, belə insanlar var. Amma niyə var və niyə rahat şəkildə aramızda gəzməyə davam edirlər? Niyə cəmiyyətimizdə heyvana işgəncəni görən hamı rahat-rahat yoluna davam edir? Niyə kiminsə iti daşlaması, pişiyi öldürməsi, heyvana əzab verməsi bəzi insanlar üçün ciddi cinayət deyil, sadəcə “heyvan məsələsi”dir? Ən böyük problemlərdən biri qanundakı boşluqlar və cəzasızlıqdır. Əgər bir insan canlıya ağlasığmaz işgəncə verir və nəticədə cüzi cərimə, formal araşdırma və ya heç bir real cəza ilə üzləşmirsə, dövlət və cəmiyyət ona faktiki olaraq hansı mesajı verir? "Nə edirsən et ciddi bir şey olmayacaq"?

Amma problem yalnız və yalnız struktur boşluqlarda deyil. Çünki qanun zəif ola bilər, amma insanın içində heç olmasa minimum vicdan, mərhəmət və əxlaq olmalıdır. Əgər bir insan diri canlının çabalamasına baxıb bundan həzz alırsa, problem təkcə qanunda deyil. Problem həmin insanın yetişdiyi mühitdə, aldığı tərbiyədə və cəmiyyətin ona aşıladığı dəyərlərdədir. Biz uşaqlara nə öyrədirik?

Zəifi qorumağı, yoxsa ondan güclü olduğumuz üçün onu əzməyi? Bir çoxumuz hələ də küçə heyvanına qarşı zorakılığı adi bir şey hesab edirik. “İtdir də”, “küçə heyvanıdır”, "heyvandır, şüursuzdur nə olub ki?” deyib keçiririk. Məhz bu düşüncə qəddarlığın ən rahat sığınacağıdır.

Çünki siz bir canlının ağrısını əhəmiyyətsiz saydığınız anda, həmin ağrıya işgəncə verən insanı da dolayı yolla cəsarətləndirirsiniz.

Sosial şəbəkədə bir neçə gün qəzəblənmək, paylaşım etmək, sonra isə növbəti xəbərə keçmək də kifayət deyil. Hadisə araşdırılana, günahkar tapılana və real məsuliyyətə cəlb edilənə qədər ictimai təzyiq olmalıdır.

Xüsusilə əksər Şərq cəmiyyətlərində zorakılığın normallaşdırılması, heyvan həyatına dəyər verilməməsi və cəzasızlıq mühiti problemin həll olunmasının əksinə daha çoxalmasına səbəb olur. Bu hadisələr bizim cəmiyyətimizdə, bizim küçələrimizdə, bizim gözümüzün qarşısında baş verir.
Və hər dəfə susanda, “mənlik deyil” deyib kənara çəkiləndə, qəddarlığı “bir itə görə bu qədər hay-küy salmayın” sözləri ilə kiçildəndə, əslində həmin mühitin davam etməsinə kömək etmiş oluruq.

Qəddarlıq edən insan qədər, qəddarlığı görüb susan cəmiyyət də öz payına düşən məsuliyyəti daşımalıdır.

Çünki məsələ sadəcə öldürülən bir it və ya bıçaqlanan bir pişik deyil.

Məsələ budur ki, biz necə bir cəmiyyətə çevrilirik ki, müdafiəsiz bir canlının işgəncə altında qışqırması birinin əyləncəsinə, digərinin isə “mənə aid deyil” münasibətinə çevrilir?

Heyvana işgəncə verən şəxsə bəraət qazandırmaq olmaz. Hadisəyə susan, onu kiçildən və cəzasız qalmasına şərait yaradan münasibət də dəyişməlidir.

Çünki qəddarlıq edənlərin rahat gəzdiyi, susanların isə özünü “normal insan” hesab etdiyi cəmiyyət sağlam cəmiyyət deyil. Və ciddi şəkildə nəzərə almaq lazımdır ki, işgəncə verən, işgəncəyə meyilli insanlar normal deyil. Onların aramızda olması təkcə heyvanlar yox, insanlar, uşaqlar üçün də ciddi təhlükədir.

Şəhanə Nəsirli

Paylaş:
Digər xəbərlər

Sosial

6-09-2026, 12:31

Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sosial / Hadisə

16-03-2023, 09:46

İranda baş verən aksiyalarda saxlanılan uşaqlar cinsi zorakılığa məruz qalır

Gündəm / Sosial

5-09-2022, 12:54

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı

Sosial

29-06-2022, 13:23

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Gündəm / Sosial / Hadisə

27-05-2022, 19:42

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb

Sosial

16-06-2021, 13:47

Erməni əsirliyində olanlar dəhşətli faktları açıqladı

Sosial

9-06-2021, 09:52

Bu gün erməni terrorçularının məhkəmə prosesi olacaq

Gündəm / Sosial / Video

26-08-2020, 11:44

Bəşəriyyət qadınla yüksələcək...

Sosial

2-06-2020, 12:57

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2020, 13:55

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Son xəbərlər
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
Daha çox
Çox oxunanlar
19-10-2026, 23:42
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
16-10-2026, 23:33
Sergey Lavrov da Bakıya gələcək
19-10-2026, 13:05
Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
19-10-2026, 13:06
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
19-10-2026, 13:02
Anar Bayramov səhiyyə naziri təyin olundu
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə