USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Mən fəxrlə deyə bilmirəm ki; “Mən Azərbaycanlıyam!"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-07-2024, 18:17

Mən fəxrlə deyə bilmirəm ki; “Mən Azərbaycanlıyam!"
Bir zamanlar ulu öndər Heydər Əliyev demişdir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"



Ancaq, bu gün Azərbaycan vətəndaşı azərbaycanlı olmağı ilə fəxr edə bilmir. Bu gün Azərbaycan vətəndaşı vətəndə xoşbəxt deyil.

Ölkədə istənilən sahəni görürsən görərsən ki, həmin sahə rüşvət və korrupsiya içində batır.

Bəli, istənilən sahə. İstənilən qurum.

Hansından başlayıb hansında qurtarım? Başlayım ölkənin giriş qapısı olan gömrükdən.

Artıq dörd ildir pandemiya bəhanəsi ilə quru sərhədlər bağlıdır. Ölkə rəsmən Şimali Koreyaya dönüb. Vətənə giriş və çıxış isə yalnız hava nəqliyyatı ilədir. Xaricdən vətənə dönən azərbaycanlıların elə aeroportda əsəbləri pozulur. Gömrük əməkdaşları baqajların üzərinə "qırmızı lenti" vurdusa, çamadan hökmən açılacaq. Hələ bir, dəyəri 1000 dollardan bahalı bir şey gətir, gözündən gətirəcəklər. Dünyanın heç bir yerində elə şey yoxdur, amma bizdə var.

Avtomobil və ölkəyə gətirilən yüklərin gömrük rüsumlarının rəsmi dövlət rüsumları ayaqlar altındadır. Bu rüsumlar yalnız kağız üzərində qalıb. Cəllad kimi istədikləri qiyməti oxuyurlar. Necə deyərlər; "damara baxıb qan alırlar."

Belə olduğu halda mən necə fəxr edim ki, "azərbaycanlıyam!?"

Gələk polisə. Həə...

Şərəfli və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borclu olan polis peşəsinə.

Amma bu gün azərbaycanlılar polisə güvənmir, etibar etmir. Əksinə polisin şər böhtanından Allaha sığınır. Polis orqanları elə günə salınıb ki, artıq narkotik maddələri bəzi polis əməkdaşlarınn əli ilə satılır. Bir narkotik alüdəçisinin və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin həbs olunması üçün əməliyyatçı öz cibindən 300 manata yaxın pul xərcləməlidir ki, narkomanı məhkəmə tibbi ekspertizadan keçirsin. Bunu isə heç bir polis zabiti etmir.

Hələ 1000-1300 manata sürücülük vəsiqəsini satan polis idarələri və avtomobillərə verilən dövlət nömrə nişanlarının verilməsinin demirəm. Bu bambaşqa aləmdir. Hər gün baş verən ölüm və ciddi xəsarətlərlə nəticələnən avtomobil qəzalarının əsas səbəbləri məhz budur.

Məhkəmələrə gəlincə, Azərbaycanda birinci vətəndaş həbs olunur, daha sonra cinayət vətəndaşın boynuna qoyularaq illərlə həbsxanalarda məhv olmağa məhkum olunur.

Ədalətsizliyin, rüşvət və korrupsiyanın tüğyan etdiyi və Tərtər işi cinayətkarlarının ədalətli mühakimə olunmadığı bu ölkədə vətəndaş necə fəxr etsin ki, azərbaycanlıyam?!

Ölkədə ən bərbad vəziyyət sosial sahədə olan problemlərdir. Yüzə yaxın qazinin intihar etdiyi bu ölkədə, uşaq pulunun verilmədiyi bir ölkədə, əmək haqlarının və pensiyalarının minimum olduğu bir ölkədə, sosial təminatların olmadığı bir ölkədə yaşayan azərbaycanlı necə fəxr etsin ki, "mən azərbaycanlıyam?!"

Səhiyyə sistemindən danışmağa dəyməz Bu barədə danışmaq ürək ağrıdır. Əhalinin 50%-dən çoxu xəstədir. Tibbi sığortası olmayan şəkər xəstələri, onkoloji xəstələr və digər xəstəlikdən əziyyət çəkənlər Allahın ümüdünə qalıb.

Belə olduğu halda vətəndaş necə fəxr etsin ki, "mən azərbaycanlıyam?!"

Gəldik təhsilə. Təhsil artıq 20 ildir ki,ölüb və çoxdan dəfn olunub. Tələbələr təhsil haqqını ödəyə bilmir. İctimai nəqliyyat xərcləri, kirayə qalma xərcləri, təhsil haqqı xərcləri az imiş, hələ qiymət almaq üçün zorla tələbədən tələb olunan rüşvət təhsilimizin və tələbələrimizin ağrılı yeridir. Acgöz məmurlar isə utanmadan, həyasızcasına xalqın puluna xaricdən tələbə gətirib onları ölkəmizdə pulsuz oxutmaq qərarına gəlib. Bu gün müəllimlər məktəblərdə alverçiyə çevrilib. Təhsil sahəsində çalışan müəllimlərin 5% -ni kişi müəllimlər təşkil edir. Bu sahədə çalışan müəllimlərin əksəriyyəti isə 100 manata namusunu, əxlaqını, şərəfini, vicdanını satırlar. Bunu biz bələdiyyə, parlament və prezident seçkilərində dəfələrlə şahidi olmuşuq.

Şərəfini, əxlaqını, namusunu qoruyaraq hakimiyyətin bu çirkin işlərinə baş qoşmayan şərəfli müəllimlərimizə eşq olsun!

Belə olduğu halda vətəndaş necə fəxrlə desin ki, "mən fəxr edirəm ki, azərbaycanlıyam?

Qaz, su, elektrik, benzin və s. Hansını deyim? Hansı qalsın?

Əziz oxucum. Deyəcəksiz ki, bəs "Asan Xidmət?" Bu yalnız gözə kül üfürməkdən başqa bir şey deyil. Gözdən pərdə asmaq üçün yaradılan bir modeldir.

Hakimiyyət əgər həqiqətən ölkədə rüşvəti, korrupsiyanı aradan qaldırmaq istəyirsə qeyd etdiyim və etmədiyim problemlərin həllini Asan Xidmətə verə bilərdi.

Hakimiyyət isə sadəcə bunu istəmir. İstəmir ki, xalq azad, xoşbəxt yaşasın. Çünki, xalqın milyonlarla pulu havayı ciblərə axır. Millət isə qul, nökər kimi bu hakimiyyətə təzim etməyə məhkumdur.

Ən gülməlisi isə bu ölkədə müxalifət belə yoxdur. Hakimiyyətin cib müxalifəti adlandırdığı AXCP və Milli şura özünü "avtobusda" görmək istəmədiyi üçün xalq arasında da nüfuzu yoxdur. Bunların yalnız quru bir adı var. Müxalifət.

Əsil müxalifət partiyaları ayda bir iki dəfə Avropa və ABŞ səfirlikləri ilə görüşüb ölkənin durumunu müzakirə etməlidir. Bu müxalifəti isə Avropa və ABŞ səfirlikləri ciddi qəbul etmir. Yalnız ölkələrinin "Milli Günü" münasibətilə təşkil etdikləri ziyafətlərə dəvət edir. "Müxaliflər" isə üzlərində uşaq sevincilə bir qarın yemək üçün bu tədbirlərə qatılırlar. Halbuki, əsil müxalifət çıxış yollarını xalqla paylaşıb əməli işlər görməlidir. Ölkədə seçkiləri baykot etməklə müxalifət olmaz! Bu aciz və qorxaqlar xasdır.

Belə olan halda mən necə fəxr etdim ki, mən azərbaycanlıyam!?

Paylaş:
Digər xəbərlər

Siyasət

11-05-2024, 15:16

Salim bin Məhəmməd əl-Malik: “Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir”

Sosial / Hadisə

8-07-2023, 17:20

Azərbaycandan Məkkəyə gedən Hacılarımız vətənə dönüb

Gündəm / Sosial

24-03-2023, 10:31

Gömrük komitəsinin "tuman əməliyyatı"

Gündəm / Sosial

19-01-2023, 12:10

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb

Gündəm / Sosial / Hadisə

27-12-2022, 11:48

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad olundu

Sosial

3-09-2022, 18:36

Biz buyuq

Sosial

6-09-2021, 11:32

Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə verildi

Gündəm / Siyasət / Araşdırma

4-09-2021, 15:04

Bu ölkədə əcnəbilər belə vətəndaşdan üstündür

Sosial

9-06-2021, 11:19

Vüsal Hüseynovdan ölkəyə giriş-çıxış edəcək xaricilərlə bağlı AÇIQLAMA

Siyasət

15-10-2020, 13:40

"Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

Siyasət

2-07-2020, 13:54

Rahat günlər başa çatır... - İDDİA

Siyasət

2-05-2020, 16:31

Özünü "Azərbaycanın dostu" kimi aparan Mişanın GİZLİ ÜZÜ - İLGİNC

Son xəbərlər
  • Bugün, 17:04
    Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
  • Bugün, 16:57
    Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
  • Dün, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • Dün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Dün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Dün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
Daha çox
Çox oxunanlar
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
31-01-2026, 01:04
Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Bugün, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə