USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ucarda kütləvi narazılıq... - Nazirlik isə məhkəmə ilə hədələdi...

Bölgə

30-06-2020, 12:38

Ucarda kütləvi narazılıq... - Nazirlik isə məhkəmə ilə hədələdi...
“Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir əsas və səbəb olmadan vətəndaşlara qarşı kobud hərəkətlər edir, təhqir edir, insanları alçaldır, hətta vətəndaşlara zor tətbiq etməkdən belə çəkinmir”.

Bu barədə bir qrup Ucar sakini tərəfindən AFN-in redaksiyasına göndərilən müraciətdə qeyd edilir. Mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə, əmək və əhalinin sosial müdafiəsi nazirinə və insan haqları üzrə müvəkkilə (ombudsman) müraciət edən vətəndaşlar bildirirlər ki, S.Nuriyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon sakinləri ilə kobud davranır, hətta insanları təhqir etməkdən belə çəkinmir.
Şikayət məktubunda adı qeyd edilən sakinlər hər biri ayrı-ayrılıqda mərkəz rəhbərindən gördüyü münasibəti dilə gətirib. Həmin şəxslərin şikayətini qısa redaktələrlə təqdim edirik:

- Mən Mehdiyev Bayram Qüdrət oğlu, 70 yaşım var, qoca insanam. El-oba arasında nüfuz və hörmətim var. Oğlum Asif 2018-ci il tarixdən işsiz kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb. Ata olaraq narahat olub oğlum Asifin işi ilə maraqlanmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə getdim. Həmin vaxt oranın müdiri Samir Nuriyev mənə dəhlizdə kobuscasına dedi ki, nəyə gəlmisən. Ona oğlum Asif Mehdiyevin işsiz kimi burada qeydiyyatda olmasını bildirib nə vaxt işlə təmin olunacağını soruşduqda ucadan qışqıraraq “İş yoxdur buranı tərk et” cavabını verib kobud hərəkətlər etdi. Mən ona övladım yaşda olduğunu deyib, sakit danışmağı, kobudluq etməməyi xahiş etdikdə, daha da coşub mənə qışqıra-qışqıra dedi ki, mən sənin övladın ola bilmərəm, rədd ol buradan çıx get düdüyün biri düdük! 70 yaşım var indiyə qədər belə ədəbsiz, nalayiq hərəkət edən, insanları alçaldan vəzifəli şəxslə rastlaşmamışdım.Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin mənə qarşı etdiyi etikadan kənar nalayiq hərəkətlər mənə çox pis təsir etdi, əsəb sarsıntısı keçirdim.

- Mən Şirinov Raqif Ayaz oğlu, himayəmdə iki azyaşlı uşağım var. Həyat yoldaşım və mən işsizik. İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. İşlə maraqlanmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində getmişdim. Həmin vaxt mərkəzin müdiri Samir Nuriyev mənimlə kobud rəftar etdi, acılayıb mənə dedi ki, işin yoxdur ailəni dolandıra bilmirsənsə get özünü öldür. Mən bundan çox məyus oldum, heyrətləndim ki, ali təhsilli idarə rəhbəri mənə gör nə təklif edir. Bunu təsdiq edən şahidlər var ki, araşdırma aparılan zaman adlarını göstərəcəm. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev demək olar ki, hər gün vətəndaşlarla belə kobud rəftar edir, acılayıb təhqir edir. Belə insanın dövlət qulluğunda işləməsi yolverilməzdir. Onu da qeyd edim ki, bu barədə şikayət ərizələri ilə müraciətlər etdikdən sonra işlə təmin olunmuşam. Ancaq xahişim belə yarıtmaz insanın qanuni qaydada cəzalandırlmasıdır.

- Mən Səfiyev Haqverdi Səfi oğlu, 3-cü qrup gözdən əliləm ki, buna görə hər ay 230 manat təqaüd alıram. Himayəmdə böyüyünün 8, ortancılının 7 yaşı və kiçiyi 9 aylıq olmaqla 3 uşağım var. İki uşağım məktəbli olsada imkansızlıqdan dərsə getməyiblər. Çünki ailəmizdə heç kəs işləmir. Ancaq 3-cü qrup əliliyə görə aldığım 230 manatın ümidinə aclıq, yoxsulluq və səfalət içində yaşayırıq. Buna isə yaşamaq demək olmaz. Həmçinin sağ gözüm kordur. Kənddə yaşasaq da, iri və xırdabuynuzlu heyvanlarımız yoxdur. Tövləmiz və torpaq sahəmiz var. Ancaq maddi imkanımız yoxdur ki, iri və ya xırdabuynuzlu heyvan alıb saxlayıb gəlir əldə edib normal dolanaq. Buna görə mən özünüməşğulluq proqramında iştirak edib təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Müdir Samir Nuriyev mənə qarşı kobudluq göstərdi etik normalara uyğun olmayan kobud rəftar etdi. Bu adam vətəndaşlarla çox kobud nifrət və qəzəblə rəftar edir. Buna görə mən bir daha Ucar rayon Məşğulluq Mərkəzinə getmədim. Çünki Samir Nuriyevin etikadan kənar hərəkətləri mənə çox pis təsir göstərdi.

- Mən Kərimbəyli Emin Mustafa oğlu, özüm və həyat yoldaşım işsizik. İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. İşlə maraqlanmaq üçün atam Kərimov Mustafa Oktay oğlu Ucar rayon Məşğulluq Mərkəzində gedən zaman mərkəzin müdiri Samir Nuriyev onunla kobud rəftar edib ona “rədd ol buradan çıx get” deyib. Mən bunu eşidib çox pis oldum. Çünki Samir Nuriyevə bu haqqı kim verib ki, 55 yaşlı kişiyə “rədd ol buradan çıx get” deyir. Mən eşitmişəm ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev insanlarla çox pis rəftar edir, vətəndaşları təhqir. Belə insanın dövlət qulluğunda işləməsi yolverilməzdir.

- Mən İsmayılov Fikrət Qüdrə oğlu bildiriəm ki, ailəm 4 azyaşlı uşaq olmaqla 6 nəfərdən ibarətdir. Özüm DOST İş Mərkəzi MMC-nin xətti ilə ictimai işlərdə fəhlə işləyirəm ki, buna görə ayda 250 manat maaş alıram. 4 azyalşı uşağın 6 nəfərlik ailənin başqa gəliri yoxdur. Buna görə acınacaqlı vəziyyətdə yaşayırıq. Elə olur ki, adi quru çörək almağa maddi imkanımız olmur. Aldığım maaş 6 nəfərlik ailənin 10 gün normal yaşamağına güclə çatır. Həyat yoldaşım işlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində bir ildən çoxdur ki, qeydiyyatdadır. Həyat yoldaşımın işlə nə vaxt təmin olunması üçün 12 may 2020-ci il tarixdə Ucar rayon Məşğulluq Mərkəzində oldum. Həmin vaxt idarənin müdiri Samir Nuriyev heç bir əsas olmadan mənimlə kobud rəftar edib alçaldıb məni idarədən qovdu. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev mənə dedi ki, “Prezident İlham Əliyevin göstərişi var bir ailədən bir nəfər işləyə bilər, buna görə sənin həyat yoldaşın işlə təmin oluna bilməz, sən kanal zibil təmizləyənə oxşamırsan üstün təmizdir, başına molla papağı qoymusan get mollalığını et.
Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin mənə qarşı etdiyi etikadan kənar nalayiq hərəkətlər mənə çox pis təsir etdi, əsəb sarsıntısı keçirmişəm.Bu şəxs vəzifəyə yaramayan biridir.
Samir Nuriyev daima insanlarla belə etikadan kənar, kobud şəkildə davranır, hətta əlbəyaxa davalar da edir, artıq bu vəzifəyə təyin edildiyi qısa müddət ərzində insanlara arasında ciddi narazılıqlar yaradıb”.

- Mən Zakirov Təvəkkül Müğdət oğlu, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin mənə qarşı etdiyi qanunsuzluğa görə ailəm aclıq içində yaşamağa məhkum olub. 2019-cu il tarixdə özünüməşğulluq proqramına qoşulmaq üçün qeydiyyata alındım, 17 günlük təlimdə iştirak etdim. Həmin təlimdə iştirak edən 16 nəfərin hamısı aktivlərlə (iri və xırda buynuzlu heyvanlarla) təmin edildilər. Ancaq mənə qanunsuz olaraq aktivlər verilmədi. Hansı ki, mən təlimdə yüksək bal topladım, həyətyanı sahəmə baxış keçirilib, otlaq sahəm və tövləm var.
Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev insanlarla kobud rəftar edir qanunsuzluğa süründürməçiliyə yol verir. Onun bu qanunsuz hərəkətlərinə görə mənim 4 nəfərlik ailə üzvüm aclıq içində yaşamağa məhkum edilib.
Hansı qanuna əsasən mənimlə birlikdə təlimdə iştirak etmiş 16 nəfərə aktiv verildiyi halda mən bu hüquqdan məhrum edilmişəm?

- Mən Səfərov Elman Ağalı oğlu, bizim ailədə də heç kəs işləmir. İşlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi 5 ildir ki, qeydiyyatdayam. İşlə maraqlanmaq üçün bir il əvvəl Ucar rayon Məşğulluq Mərkəzinə getmişdim. Həmin vaxt mərkəzdə mənə dedilər ki, avtomobillərin yuyucu sexində boş iş yeri var orada işləyə bilərsən. Mən onlara izah etdim ki, 55 yaşım var böyrəklərimdə xəstəlik olduğu üçün avtomobillərin yuyucu sexində işləyə bilmərəm, çünki səhhətim buna yol verməyəcək. Mənə münasib iş verin ki, işləyib ailəmi dolandıra bilim. Mənim sözümə əhəmiyyət verilmədi. Məndən sonra iş axtaran kimi qeydiyyata alınmış şəxslər isə işlə təmin olundular. Bir ay əvvəl yenə Ucar rayon Məşğulluq Mərkəzinə iş axtarmağa gedən zaman yenə mənə avtomobillərin yuyucu sexində işləməyi təklif etdilər. Mən həmin vaxt başa düşdüm ki, Ucar rayon Məşğulluq Mərkəzinin rəhbərliyi məni ələ salır. Mərkəzin rəhbərliyinin insanlarla aqressiv davranmasını, etik qaydalara riayət etməməsini insanlardan eşitmişdim və əyani şahidi oldum. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev özünü hegomon kimi aparıb insanları alçaldıcı sözlərlə təhqqir edir, aqressiv danışr.

- Mən Həsənov Sarvan İbrahim oğlu özünüməşğulluğa görə qeydiyyatda idim. Ucar rayon Məşğulluq Mərkəzinin əməkdaşları gəlib tövləmə baxış keçirdilər. Həmin vaxt qonşuluğumda yaşayan qardaşım Sərxanın heyvanları mənim həyətyanı sahəmdə otlayırdı. Mən onlara bunu izah etdikdə bəhanə gətirib məni həmin proqramdan qanunsuz olaraq çıxardılar. Mən onlara izah etdim ki, kənd icra nümayəndəsindən arayış alın, bilin ki, mənim iri və xırda buynuzlu heyvanım yoxdur. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev üstümə qışqırıb dedi ki, “bizi ələ salmısan sən kimsən ağıllı ol heyvana oxşayan”.
Bu insanın dövlət işində işləməsi yol verilməzdir. Qeyd edim ki, Ucar rayonunda elə vətəndaşa özünüməşğulluq proqramı ilə iri və xırda buynuzlu heyvanlar verilib ki, onlar işləyirlər, onların heyvanları var. Buna dair faktlarım var”.

Sakinlər ölkə rəhbərliyindən xahiş edirlər ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin davranışları araşdırlsın, barəsində ciddi tədbirlər görülsün.

Məsələ ilə bağlı AFN-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, şikayət ərizəsinə baxılıb və ərizədə qeyd edilənlər həqiqəti əks etdirmir: “Müraciətdə qeyd olunan xüsusatlara məhkəmə müstəvisində baxılacaqdır”.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-06-2020, 14:15

Nazirlik ölkədə vətəndaş narazılığını artırır - İTTİHAM

Bölgə

15-06-2020, 13:16

"Başına molla papağı qoymusan, get mollalığını elə..." - GİLEY

Siyasət

2-06-2020, 12:19

Sahil Babayevin kadrı karantini pozdu: - Həbs olunacaqmı?

Araşdırma

6-05-2020, 16:00

Bu nazirlik laqeydlikdə və qanunsuzluqda ittiham edilir - GİLEY

Sosial

28-04-2020, 15:35

"Bizi kölə gününə qoyub..." - GİLEY

Gündəm

1-04-2020, 13:16

Səfər Mehdiyev adam öldürənlə belə davranır - FAKT

Siyasət

16-03-2020, 16:41

Prezidentdən sahibkarlara sərt XƏBƏRDARLIQ

Bölgə

4-03-2020, 15:51

Beyləqan məşğulluğunu bazara çevirib - İTTİHAM

Bölgə

3-03-2020, 18:05

Bləsuvarda başçı vətəndaşlara qarşı... - "Bizə nə koronavirus lazımdır, nə də düşmən..."

Son xəbərlər
  • Dün, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • Dün, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • Dün, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • Dün, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
Dün, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
Dün, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
27-09-2026, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə