USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sosial

Bugün, 12:31

Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Bakıda eyni küçələrin bir neçə ildən bir yenidən təmir olunması, əvvəlki işlərə çəkilən xərclərin çox vaxt açıq şəkildə göstərilməməsi və daha sonra həmin ərazilərə yenidən milyonlarla manat ayrılması ciddi suallar yaradır. Bu, dövlət vəsaitlərinin necə idarə olunması ilə bağlı suallar və ciddi korrupsiyanın olduğunun göstəricisidir.

Araşdırdığım Təbriz və Ağa Nemətulla küçələri bunun konkret nümunəsidir. Açıq mənbələrdə və dövlət saytlarında 2016–2026-cı illər ərzində bu küçələr və onların kəsişdiyi ərazilərlə bağlı ən azı 9 ayrı təmir və yenidənqurma işi barədə məlumat var. Ən böyük məlum rəqəm isə 2026-cı ildə ortaya çıxır: 23 milyon 720 min 984 manat.

Hadisələrə tarix üzrə ardıcıllıqla, sadəcə 10 illik bir dövr əhatəsində baxdıqda mənzərə daha aydın görünür.

2016-cı ildə Təbriz küçəsi istiqamətində yol və infrastruktur işləri aparılıb. Amma həmin işlərin dövlətə neçə manata başa gəldiyi açıq mənbələrdə göstərilmir.

2018-ci ildə Təbriz küçəsinin 1,1 kilometrinin təmir edildiyi hökumət tərəfindən bildirilir. Bu mərhələnin də ayrıca qiyməti açıqlanmır.

Elə həmin il Təbriz küçəsinin qalan 2,4 kilometrinin də təmir edildiyi dövlət mediasında yazılır. Beləliklə, 2018-ci ilin iyununda küçənin ümumilikdə 3,5 kilometri yenilənmiş olur.

Amma yenə də bir sual cavabsız qalır: Bu qədər iş dövlətə ümumilikdə neçə manata başa gəlib? Bu rəqəm açıq mənbələrdə görünmür.

2021-ci ildə Təbriz küçəsi ilə kəsişən Ağa Nemətulla küçəsinin 1,8 kilometrlik hissəsinin təmir edildiyi bildirilir.

2024-cü ildə həmin yol şəbəkəsi yenidən təmir edilir. Əhmədbəy Ağaoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişən hissəsi yenidən təmir olunur. Bu işin də ayrıca maliyyə dəyəri açıqlanmır.

Elə həmin il Ağa Nemətulla küçəsində asfalt örtüyünün yenilənməsi üzrə yenidən iş aparılır. Yəni 2021-ci ildə əsaslı təmir edilmiş küçədə cəmi üç il sonra yenidən asfalt işi görülür. Bu işə nə qədər vəsait xərcləndiyi də açıqlanmır.

2025-ci ilin martında Ağa Nemətulla küçəsində yenidən yol təmiri aparılır. Beləliklə, 2021-ci ildə əsaslı təmir edilmiş küçə və onun yaxınlığındakı yol infrastrukturu sonrakı illərdə yenidən təmir proqramlarına daxil edilir. Bu işin qiyməti də açıq şəkildə göstərilmir.

Və gəlirik 2026-cı ilə.
Burada artıq ən böyük rəqəm ortaya çıxır.

2018-ci ildə 3,5 kilometri əsaslı şəkildə yenidən qurulmuş Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhmədbəy Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsi yenidən abadlıq və yenidənqurma layihəsinə salınır. Tenderin qalibi “Qrand Dizayn Konstrakşn” MMC olur.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlanan müqavilənin dəyəri 22 milyon 966 min 964 manatdır. Yəni təxminən 23 milyon manat.

2026-cı ildə üzümüzə gələn günlərdə yenidən Ağa Nemətulla küçəsi üzrə də növbəti layihənin icrası nəzərdə tutulur. Bu işin dəqiq maliyyə dəyəri isə hazırda açıq məlumatlarda ayrıca görünmür.

Beləliklə, 2016–2026-cı illər ərzində Təbriz və Ağa Nemətulla küçələri, eləcə də onların kəsişdiyi yol şəbəkəsində mənim müəyyən etdiyim ən azı 9 təmir və yenidənqurma işi var.

Amma 23 milyon manat da son rəqəm deyil.

2026-cı ildə Təbriz küçəsinin abadlıq və yenidənqurma layihəsinin hazırlanması üçün ayrıca layihə-smeta müqaviləsi də bağlanıb.

Məbləğ 754 min 20 manatdır. Bu vəsait “Az.Arxitektura” MMC-yə ödəniləcək.

Abadlıq və yenidənqurma üçün 22 milyon 966 min 964 manat...Layihə-smeta sənədləri üçün 754 min 20 manat. Tutaq ki, layihə üzərində 10 nəfər işləyib və hər birinin orta aylıq maaşı hətta 2 500 manat olub. Komandanın bir aylıq əməkhaqqı 25 min manat edir. Altı ay işləsələr belə, 150 min manat edir. Layihə-smeta məsələsində bütün mümkün xərcləri ən yüksək rəqəmlərlə hesablasaq, əməkhaqqını, proqram təminatını, geodeziya və digər texniki xərcləri də maksimum həddən götürsək belə, 754 min manatın böyük hissəsi yenə izahsız qalır. Təxmini hesablamada ortada 600 min manatdan çox fərq görünür və bu məbləğin nəyə xərcləndiyi barədə ciddi sual yaranır. Bu isə korrupsiya şübhəsini daha da gücləndirir. Beləliklə, yalnız açıq mənbələrdən dəqiq müəyyən edə bildiyim 2026-cı il məbləği 23 milyon 720 min 984 manatdır.

Amma diqqət edin. Bu rəqəmə 2016, 2018, 2021, 2024 və 2025-ci illərdə görülmüş işlərin xərcləri daxil deyil.

Deməli, bu küçələrə və onların ətrafındakı yol infrastrukturuna müxtəlif illərdə xərclənmiş real dövlət vəsaiti 23,72 milyon manatdan daha yüksəkdir. Nə qədər yüksək? İctimaiyyər bunu açıq məlumatlardan hesablaya bilmir.

Məsələnin ən ciddi tərəflərindən biri də budur. 2018-ci ildə Təbriz küçəsində 55 min kvadratmetr sahədə iki lay asfalt döşənib.

Yol mühəndisliyində düzgün layihələndirilmiş və keyfiyyətlə tikilmiş asfalt yol örtüyünün xidmət müddəti şəraitdən asılı olaraq 10–20 il və daha artıq ola bilər. Təbriz küçəsində isə əsaslı yenidənqurmadan cəmi bir neçə il sonra həmin küçənin müəyyən hissəsi yenidən böyük həcmli yenidənqurma layihəsinə salınır.

Burada iki ehtimal ortaya çıxır. Əgər 2018-ci ildə və sonralar görülən işlər artıq yararsız vəziyyətə düşübsə, onda əvvəlki əsaslı təmirin keyfiyyəti və ona xərclənmiş dövlət vəsaitinin səmərəliliyi barədə sual yaranır.

Əgər həmin infrastruktur hələ də yararlıdırsa, onda 2026-cı ildə 23 milyon manatdan artıq vəsaitin konkret olaraq nəyə xərclənəcəyi izah edilməlidir. Hər iki halda ictimaiyyətin sorğuya çəkmək haqqı var.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına istinadən yayılan xəbərlərdə “Qrand Dizayn Konstrakşn” MMC-nin nizamnamə kapitalının 100 manat olduğu göstərilir. Qanuni təmsilçisi Səbuhi Nurullayevdir.

Məlumatın yayıldığı vaxt isə şirkətin 55 min 775 manat vergi borcunun göründüyü bildirilir. Təxminən 23 milyon manatlıq dövlət müqaviləsi alan şirkətin maliyyə və texniki imkanları barədə ictimaiyyətin məlumat almaq haqqı var. Burada əsas suallardan biri budur: Vergi borcu tenderin keçirildiyi və qalibin müəyyənləşdirildiyi tarixdə mövcud idimi?

Əgər mövcud idisə, şirkətin tenderə buraxılması hansı hüquqi əsasla mümkün olub?

Əgər mövcud olmayıbsa, bunu təsdiqləyən sənədlər açıqlanmalıdır.

Şəffaf satınalma sistemi məhz belə suallara cavab verməlidir. 2018-ci ildə Təbriz küçəsinin əsaslı yenidən qurulmasına neçə manat xərclənib?

Həmin işlərin podratçısı hansı şirkət olub? Layihənin zəmanət müddəti nə qədər olub? 2018-ci ildə və sonralar görülən işlərin texniki vəziyyəti 2026-cı il layihəsindən əvvəl yoxlanılıbmı? Yeni layihədən əvvəl müstəqil texniki audit aparılıbmı? 2018-ci ildə və sonralar qurulan hansı infrastruktur 2026-cı ildə söküləcək və yenidən tikiləcək?

22 milyon 966 min 964 manatın ayrı-ayrılıqda neçə manatı asfalta, səkiyə,abadlığa və digər işlərə ayrılıb?
754 min 20 manatlıq layihə-smeta xidmətinin qiyməti necə hesablanıb Tenderdə neçə şirkət iştirak edib? Digər şirkətlərin qiymət təklifləri nə qədər olub? Qalib şirkətin vergi borcu tender tarixində mövcud idimi? 2018-ci ildə və sonrakı illərdə dövlətin pul ödədiyi hansı işlərə 2026-cı ildə dövlət yenidən pul ödəyəcək?

Bu araşdırmanı daha maraqlı edən başqa bir rəqəm də var.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2026-cı ilin avqustunda bildirib ki, son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb. 200 milyard dollar. Bu, təxminən 340 milyard manatdır.

20 ilə sadə şəkildə böldükdə, ildə orta hesabla 10 milyard dollar edir. Burada bir məsələni dəqiq qeyd etmək lazımdır. Bu 200 milyard dolların hamısı dövlət büdcəsindən şəhər yollarına xərclənmiş vəsait deyil. Buraya özəl, xarici və dövlət investisiyaları, yaşayış və biznes tikintisi, istehsal, nəqliyyat, kommunal və digər sahələr daxil ola bilər.

Amma məhz buna görə həmin rəqəmin strukturu ictimaiyyət üçün aydın olmalıdır.

200 milyard dolların nə qədəri dövlət investisiyasıdır? Nə qədəri şəhər infrastrukturuna yönəlib? Yollara, metroya, su və kanalizasiyaya nə qədər xərclənib? Bunun nəticəsi nədir?
Bakının inzibati ərazisi təxminən 2 200 kvadratkilometrdir. 200 milyard dolları sırf maliyyə miqyasını göstərmək üçün şəhərin ərazisinə bərabər bölsək, hər bir kvadratkilometrə 90,9 milyon dollar düşür.

Bu, təxminən 154,5 milyon manatdır. 10 kvadratkilometr üçün isə 909 milyon dollar.
Əlbəttə, real investisiya kvadratkilometr prinsipi ilə bölüşdürülmür.

Bu, yalnız 200 milyard dollar rəqəminin nə qədər böyük olduğunu göstərən nəzəri müqayisədir.

Məsələn, Balaxanının ərazisini təxminən 19 kvadratkilometr götürsək və eyni nəzəri bölgünü tətbiq etsək, təxminən 1,73 milyard dollar alınır. Manatla bu, təxminən 2,94 milyard manatdır.

200 milyard dolların miqyasını təsəvvür etmək üçün kifayət qədər təsirli müqayisədir.

1,73 milyard dollar Balaxanı ölçüsündə bir ərazidə yolların, su və kanalizasiya sistemlərinin, drenajın, elektrik və qaz infrastrukturunun, məktəb və bağçaların, parkların, küçə işıqlandırmasının və ictimai nəqliyyatın çox geniş şəkildə yenilənməsi üçün böyük maliyyə resursudur.

Bakı metrosunun 2030-cu ilədək genişləndirilməsi üzrə açıqlanan plana görə, təxminən 20 kilometr yeni metro xətti və 10 yeni stansiya üçün təxminən 2,5 milyard dollar investisiya nəzərdə tutulur. Sadə müqayisə aparaq.
200 milyard dolları 2,5 milyard dollara bölürük. Nəticə 80-dir.

Yəni 200 milyard dollar maliyyə miqyasına görə 80 belə metro genişləndirmə proqramına bərabərdir.

Mexaniki nisbət tətbiq etsək, bu rəqəm 1 600 kilometr metro xətti və 800 stansiya ölçüsünə çıxır. Bu, Bakıda 800 stansiya tikilməli idi demək deyil. Bu, yalnız 200 milyard dolların hansı maliyyə miqyasından söhbət getdiyini göstərir.

Sinqapurda 2005–2020-ci illər üzrə təsdiqlənmiş əsas kapital investisiyalarının cəmi təxminən 207 milyard Sinqapur dolları olub.
Bu da təxminən 160 milyard ABŞ dolları miqyasındadır.

Paris şəhərinin 2025-ci il üzrə investisiya büdcəsi isə təxminən 2,39 milyard avrodur. Bu rəqəmlər Bakı üçün açıqlanan göstərici ilə eyni metodologiya əsasında hesablanmayıb.
Ona görə də birbaşa müqayisə edilə bilməz. Amma bu müqayisə bir şeyi göstərir: Bakı üçün deyilən 200 milyard dollar son dərəcə böyük rəqəmdir. Belə bir rəqəm səsləndirilirsə, onun strukturunun da açıq şəkildə təqdim edilməsi normal tələbdir.

Əsas məsələ artıq “Bakıya nə qədər pul yatırılıb?” sualı deyil.
Əsas məsələ bu pulların nəticəsidir.

Niyə əsaslı şəkildə yenidən qurulmuş küçələr bir neçə ildən sonra yenidən milyonlarla manatlıq layihələrə salınır?
Niyə əvvəlki təmirin qiyməti ictimaiyyətə açıq deyil?
Niyə bir küçənin 10 illik maliyyə tarixçəsini toplayıb onun dövlətə ümumilikdə neçə manata başa gəldiyini hesablamaq mümkün deyil?

2016–2026-cı illər ərzində Təbriz və Ağa Nemətulla küçələri və onların kəsişdiyi yol şəbəkəsi üzrə 9 təmir və yenidənqurma işi müəyyən edilir.

Amma bu 9 işin hamısının dövlətə neçə manata başa gəldiyini təxmini hesablamalarımla ən azından 100–150 milyon manat korrupsiya aralığında dəyərləndirirəm.

Dəqiq bilinən minimum rəqəm 23 milyon 720 min 984 manatdır. Real tarixi məbləğ bundan çoxdur. Nə qədər çox olduğunu isə ictimaiyyət bilmir.

Eyni küçənin təkrar-təkrar təmir olunması, əvvəlki milyonların məbləğinin görünməməsi, səkkiz il sonra yenidən 23,7 milyon manatlıq layihənin ortaya çıxması və satınalma prosesində yaranan suallar korrupsiya risklərinin araşdırılması üçün kifayət qədər ciddi siqnallardır.

2018-ci ildə əsaslı şəkildə yenidən qurduğunuz küçəyə 2026-cı ildə yenidən 23,7 milyon manat xərcləyirsinizsə, əvvəlki təmirə xərclənən pulların nəticəsi haradadır?

Əlbəttə ki, bu, satirik bir sualdır. Nəticə göz qabağındadır.

Başqa bir faktı da xatırlasaq, 2010–2014-cü illərdə dövlət büdcəsindən ümumilikdə 528 milyon ABŞ dolları, yəni yarım milyard dollardan çox vəsait Gənclik metrosunun ətrafındakı “Qələbə meydanı” yol qovşağı layihəsinə xərclənib.

Bunun heç bir ciddi etirazla qarşılanmaması Azərbaycan cəmiyyətinin öz cibinə, öz vergisinə və öz gələcəyinə laqeyd olduğunun nümunəsidir.

Çünki söhbət hansısa abstrakt dövlət pulundan getmir. Bu pullar sizin pulunuzdur.

Bu pullar sizin övladınızın təhsilindən, yolunuzdan, yeməyinizdən, istirahətinizdən, ölkənizdən, həyatınızdan və azadlığımızdan oğurlanan pullardır.

İnsan düşünən varlıqdır. Bu cür düşüncəsizliklə ətrafa laqeyd yanaşma sizin insanlığınızı sual altına qoyur.

Kamran Nəsirli

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

29-04-2023, 21:24

Türkiyə və Azərbaycan prezidentləri “TEKNOFEST” festivalında iştirak ediblər

Sosial

29-06-2022, 13:23

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Gündəm / Sosial / Hadisə

27-05-2022, 19:42

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb

Sosial

12-08-2021, 09:16

Ümummili liderimizin adını daşıyan prospekti zibilliyə çevirib vətəndaşları dövlətdən narazı salanlar - FOTOLAR

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 16:09

Partiya sədri SOCAR-ı və “Azərsu” ASC-ni "topa tutdu"-Nə üçün xərcləri fantastik artır? Nə üçün xərclərin tərkibi, mənbəyi araşdırılmır?...

Sosial

15-07-2020, 17:19

Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür - GƏLİŞMƏ

Sosial

2-06-2020, 12:57

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Gündəm / Sosial / Hadisə / Təhsil / Bölgə / Araşdırma

28-04-2020, 16:10

Təhsil Nazirliyinin islahata ehtiyacı var... - GƏLİŞMƏ

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2020, 13:00

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Sosial

9-03-2020, 14:21

Şəkinin, Oğuzun, Qəbələnin hər bir kənd məktəbində 25 min manatlıq dezinfeksiya işləri necə aparılıb? - İTTİHAM

Sosial

7-03-2020, 16:16

Bayram bazarı: nələr bahalaşıb? – Foto

Son xəbərlər
  • Bugün, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • Bugün, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • Bugün, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • Bugün, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • Dün, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
  • 21-08-2026, 10:42
    Cavid Kərimov AAYDA-da rəhbər vəzifəyə təyin edildi
  • 19-08-2026, 23:58
    Ərdoğan hakimiyyətini sərt tənqid edən ilahiyyatçı Alparslan Kuytul saxlanıldı
  • 19-08-2026, 23:55
    Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI
  • 19-08-2026, 14:37
    Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
  • 19-08-2026, 14:29
    NATO-dan İrana sərt xəbərdarlıq: “İstənilən təhlükəyə qarşı mübarizəyə hazırıq”
Daha çox
Çox oxunanlar
31-08-2026, 18:22
Qırğızıstanda folqa fabriki yanıb
31-08-2026, 18:10
İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
4-09-2026, 23:16
Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
4-09-2026, 23:21
Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
31-08-2026, 18:20
Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
31-08-2026, 18:24
Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə