USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Eynşteynin casus məşuqəsi - Dahi fizik ABŞ-ın nüvə sirlərini sevgisinə qurban verib - FOTO

Dünya

8-06-2021, 07:53

Eynşteynin casus məşuqəsi - Dahi fizik ABŞ-ın nüvə sirlərini sevgisinə qurban verib - FOTOİki nəhəng şəxsiyyət arasında heç bir qadın bu cür oyun oynaya bilməzdi. Dahi fizik Albert Eynşteynin məşuqəsinə çevrilmək, dünya şöhrətli heykəltəraş Sergey Konenkovun həyat yoldaşı olmaq, bu statuslarda münasibətləri tənzimləmək və Moskvanın məxfi tapşırıqlarını yerinə yetirmək ona heç də asan başa gəlməyib. Bütün bu çətinliklərə baxmayaraq, Marqarita Konenkova üzərinə düşən missiyanı yerinə yetirməyi bacarıb.

1895-ci ildə Udmurtiyanın Sarapul şəhərində anadan olan Marqarita Konenkova (qız soyadı Vorontsova) gimnaziyanı bitirdikdən sonra təhsilini Moskvada Ali Qadın Hüquq Məktəbində davam etdirib. O, gənc yaşlarından ölkənin yaradıcı insanları arasında özünə yer tapıb, tanınmış yazıçılar, bəstəkarlar, rəssamlarla yaxın dostluq münasibətləri yaradıb, onların bütün tədbirlərində Marqarita Konenkova ən sevimli qonaq qismində iştirak edib. Cazibədarlığı, xoş münasibəti, intellekti ilə fərqlənən gənc xanıma bir çox tanınmışlar evlilik təklifi edib. Marqarita Konenkova isə bu təkliflərin içərisindən dünya şöhrətli heykəltəraş Sergey Konenkovu seçib.

Valideynləri bu seçimlə razılaşmayıblar, heykəltəraşın Marqaritadan 22 yaş böyük olmasına görə onlar bu evliliyə razılıq verməyiblər. Buna baxmayaraq, Marqarita öz seçimindən dönməyib və onlar 1922-ci ildə ailə həyatı qurublar.

1923-cü ildə Konenkovlar ailəsi Nyu-Yorkda təşkil olunan sovet incəsənət sərgisində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıblar. Əslində səfərin rəsmi adı sərgi olub, qeyri-rəsmi isə Marqarita Konenkovanın ABŞ-da agent kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Beləliklə, 3 aylıq ABŞ-a səfər edən cütlük yalnız 22 ildən sonra SSRİ-yə qayıdıb.

Marqarita Konenkovanın Amerikadakı fəaliyyəti ilə bağlı sənədlərin yarıdan çoxu bu günə kimi də "məxfi" qrif altında saxlanılır. Bu illər ərzində o, böyük peşəkarlıqla SSRİ-nin xüsusi xidmət orqanlarına xidmət edib.

Onun qarşısına qoyulan ən çətin və mürəkkəb tapşırıq ABŞ-ın atom layihəsi ilə bağlı məlumatları toplamaq olub. Bu məqsədlə Marqarita Konenkovaya Albert Eynşteynlə münasibət yaratmaq tapşırığı verilib. Bu missiyanın yerinə yetirilməsində ona həyat yoldaşı yardımçı olub. Belə ki, 1935-ci ildə Eynşteynin işlədiyi Prinston Universiteti Sergey Konenkova dahi fizikin büstünü hazırlamaq sifarişini verib. Eynşteyn saatlarla heykəltəraşın qarşısında oturmaq məcburiyyətində qalıb. Artıq iki gündən sonra Eynşteyn bu üzücü "prosedur"dan bezdiyini bildirib. Üçüncü gün isə hər şey dəyişib. Həyat yoldaşının emalatxanasına gələn Marqarita Konenkova Eynşteynin ağlını başından alıb və elə həmin gündən sonra da dahi fizik emalatxanaya planlaşdırılmış vaxtdan bir neçə saat əvvəl gəlib. Münasibətlər günü-gündən daha da yaxınlaşıb. Eynşteyn ağlına da gətirməyib ki, Marqarita Konenkovanın bu münasibətlərdə tamam başqa bir məqsədi var. Amma məqsəd öz yerində, Marqarita Konenkova da Eynşteynə ürəkdən bağlanıb, onu sevib.

Eynşteyn Marqarita Konenkovanı bütün tədbirlərinə dəvət edib, onu öz həmkarları ilə, atom layihəsində iştirak edən alimlərlə də tanış edib. Bununla da cazibədar qadın agent zaman-zaman ABŞ-ın atom layihəsi haqqında SSRİ üçün lazım olan informasiyaları əldə edə bilib.

Bəzi araşdırmaçıların qənaətinə görə Eynşteyn Amerikanın atom sirlərini könüllü olaraq Konenkovaya açıb. Nüvə silahına sahib olan ABŞ-ın planetdə mütləq hakimliyi, hegemonluğu Eynşteyni ciddi narahat edib və o belə düşünüb ki, Amerikanı "susdurmağa" qadir olan ikinci bir dövlət olmalıdır.

Konenkovlar cütlüyü 1945-ci ildə geri, SSRİ-yə çağırılıb. Marqarita Kenonkovanın 22 il ərzində agent kimi xidmətləri açıqlanmayıb. Onların Moskvada qarşılanması isə Marqarita Kenonkovanın fəaliyyətinin hansı səviyyədə olması haqqında təsəvvür yaradıb. Belə ki, ailəyə Moskvanın mərkəzində 4 otaqlı mənzil, Tver küçəsində Sergey Kenonkov üçün böyük emalatxana və şəxsi avtomobil hədiyyə edilib. Sonralar məlum olub ki, İosif Stalin və Lavrenti Beriya Marqarita Konenkovanın xidmətlərini yüksək qiymətləndiriblər.

1990-cı illərin sonlarında isə Marqarita Konenkovanın təkcə agent yox, həm də Eynşteynin məşuqəsi olduğu da üzə çıxıb. Eynşteynin Marqaritaya yazdığı məktublar hərraca çıxarılanda həmin məktubların mətnləri kütləvi informasiya vasitələrində tirajlanıb. Dahi fizik bu məktublarda sevgi etiraflarını ifadə edib və Marqarita Konenkovaya ALMAR deyə müraciət edib - Albert və Marqarita...

1955-ci ildə Albert Eynşteyn, 1971-ci ildə isə Sergey Konenkov vəfat etdikdən sonra Marqarita Konenkovanın ağır illəri başlanıb. Uzun illər sovet kəşfiyyatına işləyən agent unudulub. Dahi fizikin məşuqəsi, dünya şöhrətli heykəltəraşın həyat yoldaşı 1980-ci ildə baxımsızlıqdan və imkansızlıqdan vəfat edib. Vəfatından sonra Marqarita Konenkovanın şəxsi arxivi Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən məhv edilib. (musavat.com)

Paylaş:
Digər xəbərlər

Dünya

4-06-2021, 12:05

Çin

Sosial / Dünya

20-02-2021, 02:03

Ərdoğandan xəbərdarlıq: Əhalinin sayı azala bilər

Gündəm / Siyasət / Dünya

18-02-2021, 14:46

İlham Əliyev sazişi təsdiqlədi: Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək olacaq

Hadisə / Dünya

18-02-2021, 00:52

Dubay əmirinin qızı atası tərəfindən girov kimi saxlandığını açıqlayıb

Siyasət / Dünya

10-02-2021, 09:34

Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub

Dünya

4-02-2021, 13:08

İran İslam Respublikası son qırx iki ildə nəzərə çarpacaq dərəcədə irəliləyib

Dünya / İdman

1-02-2021, 18:05

Türkiyə millisinin gənc ulduzu “Liverpul”a keçə bilər

Siyasət / Dünya

27-01-2021, 17:31

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Sosial / Səhiyyə / Dünya

26-01-2021, 01:20

Həkim immunoloq: Çin vaksinlərinin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır

Dünya

1-08-2020, 12:57

Məşhur bloqer çimərlikdən sonra dəridən qumu təmizləməyin asan yolunu göstərdi - VİDEO

Dünya

16-04-2020, 12:40

Koronavirus bitən kimi toyudur

Dünya

7-04-2020, 14:15

Telefona başı qarışan qadın ölümlə üz-üzə qaldı - VİDEO

Son xəbərlər
  • Dün, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • Dün, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • Dün, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • Dün, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
Dün, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
Dün, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
27-09-2026, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə