USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bəxtiyar Hacıyevin Azərbaycan cəmiyyətinə ünvanladığı müraciət

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

21-01-2023, 23:23

Bəxtiyar Hacıyevin Azərbaycan cəmiyyətinə ünvanladığı müraciət

“Müdafiə Xətti”nə Bəxtiyar Hacıyevin Azərbaycan cəmiyyətinə ünvanladığı müraciət daxil olub.

Olduğu kimi təqdim edirəm:

“Yazıb bildirirəm ki, 09.12.2022-ci il tarixində BŞBPİ-nin təqdimatı ilə barəmdə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Həbsdə olduğum müddətdə ilk gündən davamlı dəstəyinizi hiss edirəm, görürəm. İlk gündən bu günə qədər dəstəyi əsirgəməyən müdafiəçilərimə, siyasi partiya və hərəkatlara, ictimai fəallara,hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələrinə, tək-tək də olsa, bütün vicdanlı vətəndaşlara təşəkkür edirəm. Eyni zamanda, mənə qarşı 2 ildən artıqdır davam edən mənəvi-psixoloji terroru , qondarma ittihamlarla və müstəsna həyasızlıqla açılmış cinayət işi çərçivəsində həbs edildiyimi bildikləri halda bu haqsızlığa susanları, hətta bu və ya digər maraqlar çərçivəsində həbsimə haqq qazandırmaq istəyənləri də görürəm. Bunlar arasında həbsdən azad edilməsi üçün bütün riskləri gözə alaraq azadlığa çıxmaları üçün çalışdığım insanlar da var, bizneslərinə təhlükə yarandıqda bir neçə dövlət qurumunu eyni anda qarşıma alaraq hüquqlarını müdafiə etdiyim iş adamları da, başqaları da...

Həbsimin əsl səbəblərindən birincisi hüquq-mühafizə orqanlarından birinin rəhbərliyi ilə son 2 ildə yaranmış konfliktdir. Səbəbləri bu günə qədər mənə məlum olmasa da, bu dəstə 2021-ci ilin mart ayından etibarən mənə qarşı bənzəri görünməmiş , heç bir əxlaqi , mənəvi çərçivəsi olmayan dezinformasiya , qarayaxma , təhqir və böhtan , təhdid kampaniyasına start verdi. Dəfələrlə mən DİN rəhbərliyinə müraciət edərək , görüşlər keçirərək bu konflikti dayandırmağı , dərinləşdirməməyi təklif, xahiş etsəm də, onlar bu kampaniyanın arxasında olmaqlarını qətiyyətlə inkar edir, məni və ailəmi təhqir hədəfinə çeviridilər. Mən faktlar toplayarq mənəviyyatsız kampaniyanın arxasında bu qurumun olduğunu sübut etdikcə, onlar daha da azğınlaşır, yeni-yeni cinayətlərə əl atır , mənə qarşı cinayət törətmiş şəxsləri himayə edərək onları bu əməlləri davam etməyə təşviq edirdilər. Bu gün həmin şəxslərin azadlıqda, mənim həbsdə olmağım bir daha sübut edir ki, həbsimin sifarişçisi özünə layiq əxlaqa sahib təxribatçıları himayə etməyə davam edir. Mən bu konflikti başlatmamışam, davam etməsində , dərinləşməsində maraqlı olmamışam, dəfələrlə bunu DİN rəhbərliyinə çatdırsam da, öz əxlaqsız hücumlarını davam etdirdiklərinə görə cavab vermişəm, ünvanıma səsləndirdikləri təhqirləri dəfələrlə yumşaq formada özlərinə qaytarmışam. Daha sonra bu şəxslərin beynəlxalq sanksiyalar siyahılarına salınması istiqamətində ardıcıl fəaliyyət göstərmişəm.

03 dekabr 2022-ci il tarixdə BŞBPİ-nin rəis müavini, təzə general-mayor Vüqar Ələkbərovla görüşümüz zamanı o, məndən sanksiya tələblərini 3-4 ay ertələməmi tələb etdi, bunu özünün və övladının Almaniyada müalicəsini davam etdirmək istəyi ilə izah etdi. Görüşün sonunda isə xitam verilmiş cinayət işi haqqında “o zaman axtararıq, sizi ittiham etməyə çalışarıq” dedi. DİN əməkdaşının ABŞ tərəfindən Maqnitski Aktı çərçivəsində sanksiya siyahısına salındığı gündə həbs edilməyim bir daha həbsimin əsl səbəbini göstərir.

Qeyd etdiyim kimi, bu konfliktin yaranması və dərinləşməsində maraqlı tərəf mən yox, DİN olub. Onlar öz əməllərini dayandırmaq əvəzinə hər dəfə yeni “günahkar” axtarırdılar. Gah mənim tənqidlərimin arxasında Ə. Nağıyevin, gah İsveçrə səfirliyinin təşkil etdiyi ziyafətdə yüzlərlə adam arasında olduğuna görə M. Cabbarovun, gah Prezident Administrasiyasından Hikmət Hacıyevin, Ədalət Vəliyevin, gah K. Heydərovun dayandığını bildirirdilər. Hətta V. Ələkbərovla görüşlərdə də o, V. Eyvazovun yerinə kadr təyin etmək istəyi ilə əsaslandıraraq, birinci vitse-prezidentin dayandığını da iddia edirdi.

Digər dövlət qurumlarının rəhbərlikləri fəaliyyətləri ilə onları bu vəzifəyə təyin edən İ.Əliyevdə rəğbət oyatmaq istiqamətində çalışsalar da, bu qurum hərbə-zorba davranışı, cəmiyyətin ən əxlaqsız fərdləri ilə əməkdaşlıq etmək və onları himayə etməklə bütövlükdə hakimiyyətə nifrət oyadır və dərinləşdirir. Son 2 il ərzində dəfələrlə görüşdüyüm DİN-nin rəhbər şəxsləri açıqca “biz olmasaq, xalq 2 günə prezidenti vəzifədən kənarlaşdırar, ona görə də biz gücük, biz hər şey edə bilərik və buna görə heç kim bizə heç nə deyə bilməz”deyiblər.

Bütün bu haqsızlıqlara, 2 il davam edən mənəvi-psixoloji, məhkəmə-hüquq təzyiqlərinə, heç bir şərəf, əxlaq çərçivəsi olmayan təhqir və böhtan kampaniyalarına, öz əlaltıları olan cinayətkarları himayə etdikləri halda məni qondarma ittihamlarla həbs etməklərinə görə son bir ayda ikinci dəfə, 26 gündür aclıq aksiyası keçirirəm. Hər gün aclıq aksiyasının fəsadlarını daha çox hiss edirəm. Həkimlər mütəmadi olaraq mənə aclığın fəsadları haqqında məlumat verirlər. Şəkər səviyyəsinin düşməsi nəticəsində komaya düşmək, qanın laxtalanması, beyində atrofiya və hematoma, mədə xorasının yaranması, böyrək və ürək çatışmazlığı və s. və ilaxır. Təbii ki, orqanizmdən asılı olaraq, ölüm riskini də mütəmadi olaraq mənə xatırladırlar.
Təbii ki, mən də həyatımın və sağlamlığımın hər han risk altında olduğunun fərqindəyəm. Heç bir insan öz xoşu ilə uzun müddət ac qalaraq, sağ qalacağı təqdirdə fiziki və əqli fəsadların qalacağı, əks təqdirdə həyatına son verəcək prosesi davam etdirməz. Təəssüf ki, ölkəmizdəki məhkəmələrin, hətta mən həbsdə olduğum müddətdə də məndən manyakcasına qisas almağa çalışan şəxslərin notariusu kimi fəaliyyət göstərməsinə görə səsimi ölkə ictimaiyyətinə, beynəlxlaq təşkilatlara, varsa, dövlət ağlı olan qərarverici şəxslərə çatdırmağın tək yolu həyatımı qurban verməkdən keçir.

2004-cü ildən başladığım ictimai fəaliyyətim müddətində minlərlə vətəndaşın problemlərinin həllində birbaşa iştirak etmişəm. Təsisçisi olduğum gənclər təşkilatları çərçivəsində hər il yüzlərlə gənc müxtəlif ölkələrdə təhsil və iş imkanları vasitəsilə öz potensiallarını reallaşdırırlar. İllərlə israrlı mübarizə nəticəsində həllinə nail olduğum bəzi problemlərin aradan qalxması milyonlarla insanın həyatlarını asanlaşdırıb. Siyasi, dini, cinsi və digər ayrıseçkilik etmədən hüquqları pozulan hər bir şəxsin yanında olmağa çalışmışam. Dəfələrlə siyasi məhbusların azadlığa buraxılması istiqamətində fəaliyyətimə görə təhdidlər, təzyiqlər və məhrumiyyətlərlə üzləşmişəm. İndi öz həyatım və sağlamlığımla bağlı bütün riskləri nəzərə alaraq, cəmiyyətdən dəstək gözləyirəm.

İndi iki tərəf var. Bir tərəf bütün mümkün yollarla məni haqsız həbsdən azad etməyə çalışır, bu istiqamətdə gecə-gündüz yorulmadan çalışır. Digər tərəf isə, hətta ölümümü, bu ölümün beynəlxalq ictimaiyyətdə Azərbaycan hakimiyyətinə vuracağı zərbəni də gözə alaraq, öz cılız qisasçılıq əməllərini davam etdirirlər, məhkəmələri özünün əlində oyuncağa çevirən, dövlət ağlı olmayan, səviyyəsi himayə etdiyi cinayətkarlardan artıq olmayan, cılız şəxslərdir. Şübhəsiz ki, mənə qarşı 2 il ərzində fasiləsiz davam edən çirkin, mənəvi-psixoloji təzyiq və təhqir kampaniyasından və heç bir cinayət törətmədiyim halda mənim həbs edilməyimdən xəbərdar olan, lakin bu haqsızlığa hələ də susanlar öz səssizlikləri ilə ikinci qrupdakı adamlara dəstək vermiş olurlar.

Məhkəmə-hüquq sustemi bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə heç kim heç nədən sığortalanmayıb. Özümüzü, övladlarımızı, valideynlərimizi, yaxınlarımızı belə haqsız mühakimələrdən qorumaq üçün Azərbaycanda qanunun aliliyini gec-tez təmin etməliyik. Şübhəsiz ki, bir gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babalarının görmək istədiyi cəmiyyət qurulacaq. Ancaq bu, ətrafımızda hər gün baş verən və hər gün artan ədalətiszliklərə qarşı səssizliklə yox, ədalətsizliyə qarşı birgə mübarizə ilə olacaq”.

[media=https://m.youtube.com/watch?v=4sua335jHWg]

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

21-01-2023, 18:07

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 30 gün uzadıldı

Gündəm / Sosial / Araşdırma

21-01-2023, 01:10

Saat 14-00-da Xətai Rayon məhkəməsində Bəxtiyar Hacıyevin məhkəməsidir

Gündəm / Sosial / Hadisə / Araşdırma

18-01-2023, 14:36

Aclıq edən Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib

Gündəm / Sosial / Hadisə

17-01-2023, 19:44

Sabah saat 16-30-da Xətai Rayon Məhkəməsində müdafi tərəfinin vəsatətinə baxacaq

Gündəm / Sosial / Hadisə

16-01-2023, 19:34

Bəxtiyar Hacıyevin anası 7 gündür ki, aclıq edən oğlu ilə görüşüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-01-2023, 23:21

Bəxtiyar Hacıyevin ofisi əlindən alındı

Gündəm / Siyasət / Sosial

8-01-2023, 15:31

Bəxtiyar Hacıyev ailəsi ilə görüşünə və telefon danışığına imkan verilməməsindən şikayətçidir

Gündəm / Sosial

7-01-2023, 18:49

Tofiq Yaqublunun xanımı Maya Yaqublu da bu gündən aclıq aksiyasına başlayıb

Gündəm / Sosial / Hadisə

20-12-2022, 20:25

Xəzər rayon məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı "müdafiə komitəsinin" vəsadətinii təmin etmədi

Gündəm / Sosial

20-12-2022, 17:56

Müdafiə xətti” təşkilatı Bəxtiyar Hacıyevin həbsdən azad olunması tələbilə etiraz aksiyası təyin edib

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə