USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Adil Qeybulla: “İstənilən insan aclığın dördüncü həftəsində komaya düşə bilər”

Gündəm / Sosial / Müsahibə / Araşdırma

5-02-2023, 10:13

Adil Qeybulla: “İstənilən insan aclığın dördüncü həftəsində komaya düşə bilər”

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 27 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 4-də tibb elmləri doktoru Adil Qeybulla təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb. 6 saatadək davam edən görüşdən sonra Adil Qeybulla Turana deyib ki, Bəxtiyar Hacıyevi müayinə edib.

“Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəfliyi var. Amma komunakabellidir, huşu aydındır”.

O Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimləri ilə birgə Hacıyevi müayinə etdiklərini, hemodinamik göstəricilərini yoxladıqlarını deyib.

“Ona lazımi tövsiyyələr verdik. Ədliyyə Nazirliyininn Baş Tibb İdarəsinin həkimləri lazımi tədbirlər görürlər, onun səhhətini nəzarətdə saxlayırlar. Əgər icazə versələr yenidən Bəxtiyar Hacıyevi müayinə edəcəm”.

Həkim bildirib ki, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.

“Onun huşu aydındır. Mən onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək”.

O Bəxtiyar Hacıyevin çəki itirdiyini, qan təzyiqinin və qanda şəkərin aşağı olduğuna diqqət çəkib.

“Bədəndə su itkisi olduğuna görə, adekvat qaydada bədənin sanki quruması baş verir. Çəki itirilməsinə səbəb olan əsas amillərdən biri budur. Aclığa uyğun olaraq çəki itirməsi, halsızlıq var. Əlbəttə lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin”.

Həkim Bəxtiyar Hacıyevin komaya düşməsini də istisna etməyib.

“Aclıq edən insanın komaya düşməsinin əsas səbəbi qanda şəkərin miqdarının aşağı düşməsidir. Bu baxımdan valideynləri haqlıdır. Yəni şəkərin enməsi, qanın qatılaşması tendensiyası var. Bunlar aclıq aksiyası zamanı müşahidə edilən əsas amillərdəndir. İstənilən aclıq edən insan aclıq aksiyasının üçüncü, dördüncü həftəsində qanda şəkərin aşağı düşməsindən, yəni qlükozanın qanda səviyyəsinin aşağı enməsindən komaya düşə bilər”.

Həkim deyib ki, ən qorxulu amil adinamiya fonunda (bədənin gücünün itirilməsi-red) baş verən komaya düşməkdir.

“Yəni mübadilə pozuntusu dərin davam edir bədəndə geridönməz proseslər olur. Bəxtiyar Hacıyevdə hələlik o situasiya deyil”.

Adil Qeybulla Hacıyevin aclığı dayandırmadığını deyib.

“Aclıq aksiyası onun silahıdır. Biz ona qarşıa bilmərik”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 27 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Müsahibə / Araşdırma

4-02-2023, 22:33

Həkim Adil Qeybulla: "İctimai fəal Bəxtiyar Hacıyevin səhhəti həddən artıq ağırdır"

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

4-02-2023, 12:14

Həkim Adil Qeybullaya Bəxtiyar Hacıyevi müayinə etməyə icazə verilib

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

31-01-2023, 17:06

İctimai fəal Bəxtiyar Hacıyev 23-cü gündür ki, Bakı aclıq edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-01-2023, 22:31

Bəxtiyar Hacıyev xalqa müraciət etdi

Gündəm / Siyasət / Sosial

28-01-2023, 20:20

Bəxtiyar Hacıyevin səhhəti getdikcə pisləşir

Gündəm / Sosial / Hadisə

16-01-2023, 19:34

Bəxtiyar Hacıyevin anası 7 gündür ki, aclıq edən oğlu ilə görüşüb

Gündəm / Sosial / Hadisə / Araşdırma

14-01-2023, 23:28

Siyasi məhbuslara azadlıq tələbi ilə 22 fəal aclıq aksiyasını davam etdirir

Gündəm / Sosial / Hadisə / Araşdırma

10-01-2023, 20:20

Vəkili Nemət Kərimli: sabah saat 14:00-da həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə etmək üçün təcridxanada olacaq

Gündəm / Siyasət / Sosial

9-01-2023, 15:17

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

Gündəm / Sosial / Səhiyyə

14-12-2021, 23:56

Həkim: Saleh Rüstəmlinin həyatı üçün çox ciddi təhlükə var

Sosial / Səhiyyə

19-02-2021, 16:35

Adil Qeybulla peyvəndin ikinci dozasını vurdurdu

Son xəbərlər
  • Bugün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Bugün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Bugün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Bugün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Bugün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Bugün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Bugün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Bugün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Bugün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Bugün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Bugün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Bugün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Bugün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Bugün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Bugün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Bugün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Bugün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • Dün, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • Dün, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • Dün, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • Dün, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • Dün, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • Dün, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • Dün, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • 30-01-2026, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • 30-01-2026, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
Dün, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə