USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azure Ticarət Mərkəzinə sahibkara edilən təzyiqlər

Gündəm / Sosial / Hadisə

17-05-2023, 11:57

Azure Ticarət Mərkəzinə  sahibkara edilən təzyiqlər

Xətai rayon hüquq-mühafizə orqanlarında qəribə mənzərə yaranır. Bir neçə ildir ki, məhkəmə, polis və prokurorluq sahibkarın "Azur" Ticarət Mərkəzinin sahiblərindən şikayətilə bağlı razılığa gələ bilmir.

Qısaca, işin mahiyyəti belədir ki, sahibkar Anar Qəribov burada böyük bir sahəni icarəyə götürüb, bahalı təmir etdirib, bahalı avadanlıq və geniş çeşiddə brend geyimlər gətirib. Ancaq təmirdən sonra yer ev sahiblərinin özlərinin xoşuna gəlib. İki ay keçməmiş "Azur"un sahibləri ona icarə haqqının dəfələrlə artırıldığını bildiriblər ki, bu da tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olub.

Ticarət obyektinin təmirinə və təchizatına bir milyon manata yaxın vəsait yatırdığını söyləyən sahibkar yeni şərtləri qəbul edə bilməyib. Təkcə ona görə yox ki, bu, tərəflər arasında hüquqi olaraq əsaslandırılmış sənədə zidd olub. Ticarəti yeni qurmağa, kreditləri ödəməyə başlayıb və indi də “havadan götürülmüş” əsassız məbləğləri ödəyə bilmədi. Ümumiyyətlə, özünə hörmət edən heç bir adam daha çox soyğunçuluğa bənzəyən belə yanaşma ilə razılaşa bilməzdi.

Münaqişəni sülh yoluyla həll etmək mümkün olmayıb. Yer sahibləri sahibkarı onların şərtlərini qəbul etməyə, ya da ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün ən çirkin üsullara əl atmağa başlayıblar. İşıqları söndürüblər, mağazaya kanalizasiya suyu töküblər, reklam lövhələrini məhv ediblər, mağaza işçilərinə maneələr yaradıblar, malların daşınmasına icazə verməyiblər, obyekti özləri üçün yenidən qurmağa başlayıblar. Bir dəfə sahibkar işə gələndə öz mağazasını tanımayıb- bütün avadanlıqlar onların üzərində asılmış geyimlərlə birlikdə yox olub. O, bunu kim edib və onun bütün əmlakı haradadır sualına cavab tapmayıb.

Və hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Düşünüb ki, tez bir zamanda qayda-qanun yaradacaqlar, hər şey o qədər aydındır ki, xüsusi bir şey axtarmaq lazım deyil. Aydındır ki, belə açıq soyğunçuluq ticarət mərkəzinin rəhbərliyinin razılığı olmadan törədilə bilməzdi. Ancaq ... çox yanılıb.. Hüquq-mühafizə orqanları beş dəfə istintaqa başlayıblar və cinayət işi açmaqdan imtina ediblər. Bu işə hüquqi qiymət verən Xətai Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 158.3, 177.2.3, 177.2.4, 186.3, 190.2-ci maddələrinin aşkar pozulduğunu görür, lakin …

Belə görünürdü ki, cinayət işinin qaldırılmasından imtina ilə bağlı Xətai Rayon Polis İdarəsinin müstəntiqi Ruslan Sadıqovun əvvəllər qəbul etdiyi qərarın ləğvi barədə hakim Bəxtiyar Məmmədovun qərarı problemin kökündən həllinə kömək edəcək. Ancaq elə deyilmiş. Cinayət işinin açılması xahişilə Xətai Rayon Polis İdarəsi rəisinin imzaladığı müvafiq məktuba prokurorluq yenidən imtina cavabı verib.

Və tam aydın olmayan da odur ki, Xətai prokurorluğunun cinayət işinin başlanmasından imtina etməsini yuxarı orqanlar – Bakı prokurorluğu və Baş Prokurorluq dəstəkləyir. Və ona görə yox ki, işdə həqiqətən kirayə verənlərin xeyrinə bir şey vardı. Bəlkə də onlar üçün mundir şərəfi müdafiə etməli olduqları həqiqətdən daha önəmlidir. Axı hər kəsə aydındır ki, məhkəmənin qərarı olmadan heç kimin başqasının əmlakını naməlum istiqamətə aparmağa və aylarla hardasa gizlətməyə, üstəlik, bunu əşya sahibinin xəbəri olmadan etməyə ixtiyarı yoxdur. Uzun və inadlı axtarışlardan sonra tapılan əmlak uyğun olmayan saxlama şəraiti səbəbindən qismən çürüyüb, qismən ya da tamamilə itib.

Düzdür, yer sahibləri deyirlər ki, kirayəçiyə dəfələrlə xəbərdarlıq ediblər ki, oranı tərk etsin, gizli daşınma prosesi isə şahidlərin –öz işçilərinin - yanında həyata keçirilib və videoya çəkilib. Ancaq bu müddətdə işə məhkəmədə baxılırdı və məhkəmə bundan öncə ticarət mərkəzinin sahiblərini xəbərdar etmişdi ki, məhkəmə prosesi başa çatana qədər bu mağazada heç bir şeyə toxunmasınlar. Bəlkə də bu səbəbdən sərf etməyən sahibkarın çıxarılması ilə bağlı hər cəhətdən misli görünməmiş prosesə məhkəmə icraçılarını dəvət etməyiblər, halbuki, bu cür işlər onlarsız həll olunmur.

Müxtəlif versiyalar düşünmək, hər cür fərziyyələr irəli sürmək olar. Ancaq biləndə ki, ticarət mərkəzinin sahiblərindən biri Fuad Rzayev "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin oğludur, belə bir istək yox olur. Və bu amil məhkəmənin, polisin, prokurorluğun bütün dəlillərini üstələyir.

- Yeri gəlmişkən, məhkəmənin qərarında aydın şəkildə göstərilib ki, şahid ifadələrini yerin sahibi Fuad Rzayev verməlidir, lakin qanuna tamamən zidd olaraq onun yerinə izahatı nümayəndəsi Axundova yazır ki, bu da cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır, - tanınmış hüquqşünas Əkrəm Həsənov deyir.

CPM-nin 9.4.1-ci maddəsinə əsasən şahid vasitəçi olmadan, özü ifadə verməlidir, CPM-nin 105-ci maddəsinin əsasında şahidin nümayəndəsi ifadə verilməsi zamanı şahidə yalnız hüquqi məsləhət verə bilər. Prosessual nəzarəti həyata keçirən prokurorluq qəribədir ki, CPM-in kobud şəkildə pozulduğunu görməyib.

Əsasən məhkəmə cinayət məhkəmə icraatının vəzifələrindən: cinayətlərin üstünün tez açılması, cinayət təqibilə əlaqəli bütün halların hərtərəfli, tam və obyektiv aydınlaşdırılması - birinin pozulduğunu bildirib. Hüquq-mühafizə orqanları törədilmiş cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqdan sonra cinayət izlərinin saxlanması və götürülməsi üçün tədbirlər görməyə, habelə dərhal ilkin araşdırma və ya istintaq aparmağa borcludurlar.

Məhkəmənin mövqeyilə razılaşan vəkil Əkrəm Həsənov eyni zamanda bizimlə söhbətində aşağıdakıları qeyd edib. Hüquq-mühafizə orqanlarının hərəkətsizliyi özü-özlüyündə cinayət kimi tövsif edilə bilər. Axı qanun dərhal hərəkət tələb edir. Vaxt keçdikcə dəlilləri aşkar etmək və cinayətkarları məsuliyyətə cəlb etmək daha çətin olur. Bu, həm də ona görə suallar doğurur ki, bu cür davranış Azərbaycan hüquq-mühafizə orqanlarına xas deyil. Onlar hətta qonşuların hər cür xırda səbəblərdən bir-birinə qarşı şikayətlərilə əlaqədar cinayət işləri açmağa tələsirlər.

Burada isə Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə uyğun olaraq xeyli cinayət var: 158 (hüquqi şəxslərin binalarının toxunulmazlığının pozulması), 177 (oğurluq), 186 (qəsdən əmlakın məhv edilməsi və ya zədələnməsi), 190 (qanuni sahibkarlıq fəaliyyətinə mane olmaq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşmaq), 322 (özbaçınalıq). Və bu, dövlət başçısının daim iş adamlarını müdafiə etməyə çağırdığı dövrdə baş verir. Bu yanaşma ilə ölkədə əvvəlcədən uğursuzluğa düçar edilmiş qeyri-məmur biznesi qalmayacaq.

Qanun hər kəs üçün, xüsusən də hüquq-mühafizə orqanları üçün bərabərdir. Amma belə təəssürat yaranır ki, Xətai rayonunda hər orqan üçün femida fərqlidir. Bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb. Çünkü femida hamı üçün eyni olmalıdır.

Bu proses haqqında əvvəlki məqalələr:

“Azure” Ticarət Mərkəzinin günahı ucbatından bir milyon manatdan çox iflasa uğradığını bildirən biznesmenin iddiası üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsi mətbuatın FB-Company-nin Azure Ticarət Mərkəzinə qarşı iddiası üzrə prosesi müşahidə etməsini qadağan edib
Bakı Apellyasiya Məhkəməsi “Azur” və FB-Company şirkətləri arasındakı məhkəməyə jurnalistlərin buraxılmaması barədə qərarını ləğv edib
Apellyasiya Məhkəməsinin ziddiyyətli bəyanatlarının arxasında kim durur?

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

2-05-2023, 09:21

Sədərək Ticarət Mərkəzində kütləvi dava olub

Siyasət / Hadisə

24-04-2023, 18:59

“Kiçik biznes sahibləri vergidən azad ediləcək”

Sosial / Hadisə

25-03-2023, 11:25

Qəzaya düşən “Mercedes-Benz” ticarət mərkəzinə girib

Gündəm / Sosial / Hadisə

8-01-2023, 19:15

"Sədərək Ticarət Mərkəzi" yenə yandı

Gündəm / Sosial

17-12-2022, 19:04

Dərnəgüldəki taxta bazarı da, Vasif Talıbovun əlindən alındı

Gündəm / Hadisə

2-12-2022, 19:11

Xaçmazda avtomobil idarəetməni itirərək ticarət mərkəzinə çırpılıb

Gündəm / Sosial / Hadisə

15-11-2022, 09:25

"Sədərək"-də mağazaya basqın edərək, sahibkarın 30 000 manatını oğurluyub

Sosial

11-02-2022, 15:08

Dövlət Miqrasiya Xidmətinin rəisi Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşüb

Sosial

26-07-2021, 09:22

Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir

Siyasət / Sosial / Dünya

21-02-2021, 23:49

“WhatsApp”ın yeni təhlükəsizlik qaydalarını qəbul etməyənlərin aqibəti necə olacaq?

Sosial

1-04-2020, 15:00

İş adamları Zakir Fərəcovdan Baş Nazir Əli Əsədova şikayət etdilər... - MƏTN

Gündəm

2-03-2020, 13:28

Azərbaycan Rusiya və Körfəz ölkələrində yeni ticarət evləri aça bilər

Son xəbərlər
  • Dün, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • Dün, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • Dün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
Daha çox
Çox oxunanlar
Dün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Dün, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə