USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Milli Mətbuat günündə Azərbaycan jurnalistləri Avropa Şurasının diqqətinə ölkədəki media problemlərini çatdırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-07-2023, 19:59

Milli Mətbuat günündə Azərbaycan jurnalistləri Avropa Şurasının diqqətinə ölkədəki media problemlərini çatdırıb


Milli Mətbuat Günündə Azərbaycan jurnalistlərindən və fəallardan ibarət böyük bir qrup 2022-ci ilin fevralında qüvvəyə minmiş media haqqında yeni qanunun tətbiqinin mənfi nəticələrilə bağlı narahatlıqlarını ifadə etmək üçün Avropa Şurasının rəhbər orqanlarına müraciət edib.

“Media haqqında” qanunun Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəalarına uyğun olmaması ilə bağlı yerli ekspertlərin hələ qanun qəbul edilməzdən əvvəl açıqladıqları mövqe 2022-ci ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyasının açıqladığı rəydə də təsdiqlənib.

Komissiyanın gəldiyi qənaətə görə, qanun Avropa Şurası standartlarına qətiyyən cavab vermir, Avropa Şurasına üzv olan hər hansı bir ölkədə belə məzmunlu qanunun tətbiqi yolverilməzdir.

Venesiya Komissiyasının rəyindən sonra Avropa Şurası Nazirlər Komitəsi 2022-ci ilin dekabrında qəbul edilmiş qətnaməsində gecikmədən qanuna dəyişiklik edilməsini tələb edib.

“Bizdə dərin təəssüf yaradır ki, qanunun mürtəce, ifadə və media azadlığını hədələyən məzmunu ilə bağlı ifadə edilmiş mövqelər, ortaya qoyulmuş rəylər indiyədək qətiyyən diqqətə alınmayıb, qanunun tam gücü ilə tətbiq edilməsinə başlanıb. Xüsusilə, qanunun jurnalistika fəaliyyətini az qala lisenziyalı fəaliyyət növünə çevirən müddəalarının tətbiqi - dövlət tərəfindən media, jurnalistlərin vahid reyestrinin yaradılması, vahid vəsiqələrin verilməsi, reyestrə daxil edilənlərin fəaliyyətinin qanuni jurnalist fəaliyyəti hesab edilməsi, müstəqil media, azad jurnalistikanın fəaliyyətini olduqca neqativ təsirləndirməkdədir”, - müraciətdə deyilir.

Reyestrlə bağlı informasiyalar qapalıdır, bununla belə, natamam bilgilərə görə azı 50 medianın reyestrə daxil edilməsindən imtina olunub. Digər tərəfdən, çıxış yolunu məhkəmələrə şikayət etməkdə görən medialarla bağlı məhkəmələr də ədalətli qərar vermir.

Qanunun Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı media rəhbərləri və jurnalistlərin Konstitusiya Məhkəməsinə müraciətləri də baxılmamış qalıb.

“Təəssüflər olsun ki, belə tənzimləmələrin tətbiq olunması, Azərbaycanı təməl hüquq və azadlıqların hakim olduğu Avropa ailəsinə yaxınlaşdırmır, onu ifadə, media azadlığının kövrək qalıqlarının da təhlükə altına düşdüyü ölkəyə çevirməkdədir”, - müraciətdə qeyd olunur.

Müəlliflər bütün bunların Avropa Şurasının müşahidəçiliyi altında baş verməsindən təəssüf hissi keçirdiklərini bildirirlər.

“Bu, Azərbaycan cəmiyyətində, mediada Avropa Şurası kimi bir qurumun fəaliyyəti ilə bağlı inamsızlıq mühitinin yaranmasına səbəb olub.

“Sərhədsiz reportyorlar” təşkilatının media azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 154-cü yerdədir. Bu qanunun qəbulu və icrası Azərbaycanda media mühitini bundan sonra daha da ağırlaşdıracaq və jurnalistlər üçün ciddi problemə çevirəcək. Onsuz da Azərbaycanda söz və ifadə azadlığına təzyiqlər artan xətt üzrə davam edib, hələ də həbsxanalarda jurnalistlər var”, - müraciətdə deyilir.

Məhdudlaşdırıcı “Media haqqında” qanunun icrasından sonra 2023-cü il martın 14-də Saatlı rayonunda su təchizatının yaxşılaşdırılması tələbilə keçirilən aksiyada, həmçinin iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağının yaratdığı ekoloji problemlə bağlı keçirilən aksiya zamanı müstəqil jurnalistlərin çəkiliş aparmasına imkan verilməyib.

Bir sıra dövlət qurumları media reyestrindən keçməyən jurnalist və mediaların informasiya sorğularını cavablandırmaqdan imtina edirlər.

“Biz, bu müraciəti imzalayan media təmsilçiləri, Azərbaycan hökumətinə Avropa Şurasına üzvlüklə bağlı öhdəliklərin qətiyyətlə xatırladılmasını, "Media haqqında" qanunun ifadə və media azadlığına sağalmaz yaralar vurmadan dəyişdirilməsinin istənilməsini, əks halda bu problemlərin həllinə qədər Azərbaycanın üzvlüyünün dondurulmasını gündəmə gətirilməsini rica edirik”, - müraciətdə deyilir.

Müraciət Avropa Şurası Parlament Assambleyasına, onun Monitorinq Komitəsinə, insan hüquqları üzrə komissarına, Azərbaycan üzrə həmməruzəçilərinə ünvanlanıb.

Müraciəti 60-dan çox jurnalist, media eksperti, vətəndaş cəmiyyəti fəalı imzalayıb.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-06-2023, 00:12

AŞPA həmməruzəçiləri Azərbaycanda ciddi narahatlıq doğuran məsələlərin qaldığını deyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-05-2023, 00:19

RATİ Beynəlxalq Mətbuat Azadlığı Günündə bütün tənqidçiləri azad etməyə və ifadə azadlığına çağırış edib

Gündəm / Sosial / Hadisə

3-05-2023, 20:42

Arqument.az -ın redaktoru: "Media haqqında Qanununun Konstitusiyaya ziddir"

Gündəm / Sosial / Hadisə / Araşdırma

1-05-2023, 21:44

Ekspert: "Media haqqında" qanun Azərbaycan Konstitusiyasına ziddir

Siyasət / Sosial

3-04-2023, 13:36

Avropa şurası jurnalistlər üçün seminar təşkil edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

9-02-2023, 10:47

ADR partiyası AŞ-nın Venesiya Komissiyasının üzvləri ilə “Siyasi Partiyalar haqqında” qanunu müzakirə edib

Gündəm / Siyasət / Sosial

13-01-2023, 19:46

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu ilə əlaqədar müraciəti

Siyasət / Sosial

13-09-2022, 22:38

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dünya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallıya azadlıq tələb edib

Sosial

4-05-2022, 08:02

Janna Kavelye: "Media haqqında yeni qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır"

Gündəm / Siyasət / Sosial / Araşdırma

27-04-2022, 18:03

ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalistlərlə görüşüb

Siyasət

23-09-2021, 12:31

XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşdü

Siyasət

23-09-2021, 08:45

XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşdü

Son xəbərlər
  • Bugün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Bugün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Bugün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Bugün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Bugün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Bugün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Bugün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Bugün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Bugün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Bugün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Bugün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Bugün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Bugün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Bugün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Bugün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Bugün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Bugün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • Dün, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • Dün, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • Dün, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • Dün, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • Dün, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • Dün, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • Dün, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • 30-01-2026, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • 30-01-2026, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
Dün, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə