USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ərdoğan təbliğatı: FETÖ-Mənsimov və İbadoğlunu birləşdirən dəyərdir

Gündəm / Sosial / Hadisə / Araşdırma

13-08-2023, 00:58

Ərdoğan təbliğatı: FETÖ-Mənsimov və İbadoğlunu birləşdirən dəyərdir

Ərdoğan hakimiyyəti FETÖ təbliğatını Azərbaycanda uğurla aparır. Hakimiyyətin mediyaları bu gün həbsdə olan iqtisadçı alım Qubad İbadoğluna qarşı qarayaxma kampaniyası aparır. Bu kampaniya FETÖ adı altında ziyalılarımızın qarşı atılan ləkədir.

Plan pozulanda alternativ və çox təhlükəli ssenarilər ortaya çıxır ki, bunu dəf etmək də ciddi problemə çevrilir. Bu gün hər birimiz bu planları reallaşdırmaq üçün neçə-neçə beyin mərkəzləri, analitik qrupların fəaliyyətə keçdiyinin şahidiyik. Böyük Britaniyanın baş naziri, əfsanəvi lideri Uinston Çörçilin vaxtilə “əsrin xəstəliyi” adlandırdığı “kommunizm”i bu gün FETÖ-nün timsalında görürük və eyniləşdirmək mümkündür. “Report”un mövzu ilə bağlı dərc etdiyi məqalədə deyilir ki, bu xəstəlik Azərbaycan və Türkiyənin başı üzərində “Domokl qılıncı” kimi asılmış vəziyyətdədir – dağıdılıb məhv edilsə də, alaqotu kimi qalmaqdadır.

Bəli, fəaliyyətdədir, can versə belə. Hər vəchlə də çirkin, məkrli planını reallaşdırmaqdadır. Amerikadan idarə olunan şəbəkə daha çox Ankara və Bakıda şəbəkəsini yenidən bərpa etmək niyyətindədir. Birində “aşpaz” ləqəbli Mənsimov, digərində “iqtisadçı” Qubad İbadoğlu vasitəsilə. Şükürlər olsun ki, hər ikisinin intellekti məkrli planlarını, çirkin arzularını reallaşdırmağa imkan vermir. Lakin, necə deyərlər, milçək bir şey deyil, ancaq könül bulandırır. Həbsi ətrafında şou yaradılan Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda dəfələrlə yazılıb, iddialar ortaya atılıb.

Azərbaycan dövlətinə qənim kəsilən müxtəlif marginal qüvvələrin lideri kimi yanında olan anti-Azərbaycan, anti-türk düşüncəli adamları ətrafında birləşdirib. Yanında duranlar arasında Mübariz Mənsimovun olması da təbiidir. Vaxtilə FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunub. Mağara təfəkkürlü bu insan ikiüzlü və qeyri-yetkin siyasəti ilə seçilib. Bir vaxtlar Ərdoğanın və Türkiyə hökumətinin ünvanına mədhiyyələr yağdırıb, elə ki, barəsində cinayət işi açılır və məhkəmə qurulur, mövqeyini tam dəyişməsi ilə yadda qalıb. Hər ikisini də bu gün FETÖ ilə birləşdirən dəyərlər mövcuddur.

Bəli, reallıq budur ki, Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman xaricdəki ünsürlər mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və bu iki ölkədə öz məkrli planlarını reallaşdırmağa çalışıb və çalışır da. Dəfələrlə bu istiqamətdə arzuedilməz olaylara da şahid olmuşuq. Həmin təxribatçı, pozucu qüvvələrin planlarının baş tutmaması sevindiricidir. Çünki cəmiyyət, xalq kütlələri pozuculuğa, təxribata, ölkənin xaos, anarxiyaya sürüklənməsi deyil, məhz sabitliyin davamlı xarakter almasını dəstəkləyiblər. Bu gün Türkiyə və Azərbaycan tək regionda deyil, dünyada çox güclü bir dövlətə çevirilib. Bir tərəfdən Ermənistan və havadarlarının Qarabağda irimiqyaslı təxribatları, özlərini müxalifət kimi qələmə verənlər, digər tərəfdən isə FETÖ şəbəkəsinin çeşid-çeşid təxribatlarının şahidi oluruq. Böhtan kampaniyasında istifadə edilən metodlar eynilik təşkil edir.

30 il Qarabağda hüquqları tapdalanan, yurdsuz-yuvasız qalan, məcburi köçkün həyatı yaşayan soydaşlarımızı görməyən Qərb dairələri Azərbaycana təzyiqi artırıb. İstəkləri isə konkret faktlar əsasında saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Guya onların hüquqlarını müdafiə edir, “tapdalanan haqlarını” qoruyurlar. Əslində, Amerikanı maraqlandıran İbadoğlunun həbsi deyil. Əllərinə düşən bu imkandan maksimum yararlanmağa çalışan qüvvələr Qubad İbadoğlunun həbsindən istifadə edərək Azərbaycana hücum təşkil edirlər. İndi Qərbdə bu məsələyə öz arşınları ilə yanaşanların sayı çoxalıb və bu aksiyanın arxasında kimlərin dayanması isə gün kimi aydındır.

Beləliklə, FETÖ terror şəbəkəsi Türkiyə və Azərbaycanda aktivləşib. Qardaş ölkədə indiki iqtidar partiyasının təkrar qələbəsi ilə çirkin planları puç olan FETÖ terror təşkilatı öz emissarlarına “hücum” əmri verib. Təşkilatın çirkin planlarını faş etmək istiqamətində fəaliyyətə keçən iki ölkənin hüquq-mühafizə orqanları bir sıra qalmaqallı həbslər həyata keçirməyə müvəffəq olub. Azərbaycanda əvvəlcə özünü iqtisadçı alim kimi qələmə verən Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olundu, ardınca da Türkiyədə Fazil Qasımov soyadlı şəxs həbs olunub Azərbaycana gətirildi. Hələ ki, istintaq gedir və onun gedişində bir çox faktların üzə çıxacağı şəksizdir. Çox güman ki, istintaq gedişində də bir sıra mətləblərə aydınlıq gətiriləcək.

Bu işin Türkiyəyə də gedib çıxacağı şəksizdir. Bəlli olduğu kimi, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il əvvəl şübhəli yollarla milyonlar qazanan Mübariz Mənsimovu FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham edərək həbs edib. İbadoğlu da illər uzunu Mənsimovla sıx əməkdaşlığı ilə tanınıb. Hər iki şəxsin anti-Azərbaycan qüvvələrin maliyyələşməsində, çirkin ittihamlarla çıxış etmələrinə dair çoxsaylı faktlar mövcuddur. Elə Mənsimovun da İbadoğlunun həbsindən xeyli “təsirləndiyi” və aktivləşdiyi göz önündədir. Tabeliyində olan, yemlədiyi media və siyasilərə çirkin anti-Azərbaycan fəaliyyətə keçməsinə rəvac verib. Sirr deyil ki, illərlə şübhəli biznesi ilə milyonlar qazanan Mübariz Mənsimovun maliyyə qazanmasında FETÖ-nün əvəzsiz rolu olub və faktlar kifayər qədərdir.

İbadoğlu-Mənsimov-FETÖ üçbucağı

Əvvəlcə onun qaranlıq keçmişinə nəzər salaq. İllər uzunu özünü xeyriyyəçi və “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməyə çalışan bu şəxs əslində bütün həyatı boyu şübhəli fəaliyyəti ilə seçilən biri olub. Türkiyədə çirkli və şübhəli biznes fəaliyyətinə məhdudiyyətlər qoyulduqdan sonra qarayaxma və böhtan kampaniyasına start verən Mənsimov indi bu yolda heç nədən çəkinmir. Əvvəlkitək nəinki FETÖ terror qruplaşması ilə, hətta anti-Azərbaycan qüvvələrlə əməkdaşlığa da başlayıb. Bu sırada Qubad İbadoğlu ilə əlaqəsini də xüsusi qeyd etmək olar. Bu iki şəxsi birləşdirən ümumi dəyərlər və maraqlar var. İlk növbədə də FETÖ ilə əməkdaşlıq bunları birləşdirir.

Məhz hər iki şəxsi də bu dəyərlər birləşdirir. Məlumdur ki, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il öncə Mənsimovu məhz bu ittiham üzrə həbs ediblər. Və aparılan araşdırmaların nəticələri də bu əməkdaşlığı təsdiq etdi. Çirkli biznesdən məhrum olan Mənsimovun köməyinə yenə FETÖ və onun rəhbəri Fətullah Gülən gəlib. Bəzi məlumatlara görə, İbadoğlu və Mənsimov dəfələrlə görüşüb Güləndən aldıqları tapşırıqları, gələcək fəaliyyətlərini müzakirə ediblər. Hər iki şəxsi də məhz Türkiyəyə və Azərbaycana qarşı fəaliyyət birləşdirir. Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönəldiblər. Xaricdəki anti-Azərbaycan qüvvələrinin maliyyələşdirilməsi də məhz onların birgə fəaliyyətinin nəticəsidir.

Yeri gəlmişkən, Mübariz Mənsimov dəfələrlə Azərbaycanla bağlı müxtəlif iddialar səsləndirərək, biznesində yaranmış problemlərə görə Azərbaycanda müxtəlif şəxsləri ittham etməsi ilə yadda qalıb. Hətta bir az da irəli gedərək, siyasi iddialarla dolu mesajlar da verməyə start verib. Məhz “İbadoğlu-Mənsimov” cütlüyü Azərbaycanda FETÖ-nün kimliyi ilə işbirliyi qurub ölkədə sabitsizlik göstərmək niyyətindədirlər. Əlbəttə, hələ ki, istintaq gedir və tam əminliklə demək olar ki, istintaq çox şeyləri ortaya qoyacaq.

Mənsimovun biznesi heç zaman təmiz olmayıb

İllər uzunu özünü Azərbaycanda az qala Hacı Zeynalabdin Tağıyev davamçısı kimi qələmə verməyə çalışmış Mənsimovun biznesi sağlam əsaslara söykənirmi? Əlbəttə ki, yox. Gəlin, faktlara nəzər salaq. Əvvəlcə, Azərbaycandakı “Xəzər Lənkəran” futbol klubundan başlayaq. Mübariz Mənsimovun guya xeyriyyəçiliklə məşğul olduğu iddiaları cəmiyyətə sırınırdı. Əslində isə iş adamı futbol klubuna dəstək vermək və xeyriyyəçi görüntüsü yaratmaqla Azərbaycan dövlətinin böyük vergi imtiyazlarından yararlanırdı. Yəni, qazandıqlarının cüzi hissəsini xeyriyyəyə sərf etməklə, daha çox qazanırmış. “Xəzər-Lənkəran” klubu bağlananda “bu stadionu eşşək fermasına çevirəcəyəm” deyən də Mənsimovdur.

Götürək, elə İŞİD-lə əməkdaşlığı. Qərb kəşfiyyatı “Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mübariz Mənsimovun biznesinin “qaranlıq üzü” də işıqlanmağa başladı. Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda da Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Araşdırmalardan məlum olur ki, terrorçularla biznes əlaqələrinə məxsus olan Mübariz Mənsimov fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınmağı bacarıb.

Ermənilərin dostu Mənsimov

Mənsimovun ermənilərlə işbirliyini də yada salaq. “Azərbaycan sevdalısı” kimi özünü cəmiyyətə sırımağa çalışan bu şəxsin ABŞ-da erməni diasporunun fəal üzvü, biznesmen Levon Termenciyanla ortaqlığını yada salaq. Hətta, Mübariz Mənsimovun Kaliforniyada qeydiyyatdan keçən “Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyan idi. Bu, həmin erməni Termenciyanlar ailəsidir ki, uzun müddət Qarabağın işğalda saxlanılması istiqamətində fəaliyyət göstəriblər və işğal dövründə Azərbaycan torpaqlarındakı separatçılara maliyyə dəstəyi ilə tanınırdılar. Bunu Mübariz Mənsimov da çox yaxşı bilirdi, amma buna rəğmən ermənilərlə ortaq oldu. Çünki bu adam üçün iddia etdiyi kimi, Vətən, millət yox, təkcə biznes maraqları önəmlidir və indi onu danışdıran da məhz biznes maraqlarıdır. İstisna deyil ki, erməni Termenciyan Mübariz Mənsimovla ortaqlıqdan qazandığı pulları Qarabağdakı separatçı rejimə göndərib və bu, Mübariz Mənsimovun da işğalçı separatçılara dolayısı ilə dəstək verdiyi deməkdir.

Bəli, Mənsimov xeyriyyə məqsədilə pullar xərcləyə bilər, xəstələrin müalicəsinə və ya tələbələrin təhsilinə yardım edə bilər, vətənpərvər olduğunu deyə bilər. Hər kəsin fikir və söz azadlığı var. Lakin fikirlərlə sözlər gerçəkdən fərqli olanda, vəziyyət birmənalı alınmır. Mübariz Mənsimovun da problemi budur. Hər dəfə açıqlamalarında "Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram" deyən Mübariz Mənsimov vaxtilə ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termenciyanla şərik olub. Məhz birlikdə 2016-cı ildə "Palmali USA LLC" gəmi şirkətini yaradıblar.

Beləliklə, söylənilənlərdən bu qənaətə gəlmək olar ki, Mənsimov həbs olunan Qubad İbadoğludan sonra çətin duruma düşüb. Onun FETÖ ilə işbirliyində olduğunu istintaq müəyyən edəcək. Lakin İbadoğlunun həbs olunması Mənsimov və tərəfdarlarını çətin duruma salıb. Bu səbəbdən də tabeliyində olan yerli və beynəlxalq media şəbəkəsini işə salıb. Azərbaycana qarşı çirkin kampaniyaya start veriblər. Bu səbəbdən də hüquq-mühafizə orqanları bu cinayətkar şəbəkənin çirkin planlarını ifşa etməlidirlər. Çirkin və qarayaxma kampaniyasının haradan qaynaqlandığı və onların sifarişçiləri də faş olunmalıdırlar.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

11-08-2023, 21:55

Azərbaycan FETÖ əməliyyatı adı altında Ərdoğanın sifarişini yerinə yetirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

9-08-2023, 14:20

Türkiyədən sonra Azərbaycan Fətulla Gülən camaatına qarşı kütləi həbslərə başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

9-08-2023, 08:42

FETÖ adı ilə daha bir alim Türkiyədə həbs olunaraq Azərbaycana gətirilərək həbs olundu

Gündəm / Sosial / Hadisə

31-07-2023, 17:54

Azərbaycan FETÖ -yə qarşı Türkiyə ilə birgə mübarizə aparacaq

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-07-2023, 17:41

İqtisadçı alim Qubad İbadoğlu 3 ay 26 gün həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

24-07-2023, 11:19

Azərbaycanda FETÖ ilə bağlı əməliyyatda dörd nəfər həbs edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-07-2023, 02:11

İqtisadçı alim, sədri Qubad İbadoğlu həbs edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

23-07-2023, 23:09

Hökumət mediyası Qubad İbadoğlunun FETÖ əlaqəsinə görə saxlanıldığını deyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-07-2023, 12:44

Türk müşaviri: “FETÖ 170 ölkədə fəaliyyətini davam etdirir”

Sosial / Hadisə

20-06-2023, 17:07

Mübariz Mənsimovun atası Qurban Mənsimov vəfat etdi

Sosial

23-08-2021, 09:44

Qubad İbadoğlu Londonda özünə iş tapdı

Sosial

16-03-2020, 12:09

Mübariz Mənsimov aclığa başladı – YENİLƏNİB

Son xəbərlər
  • Bugün, 00:18
    Putin Azərbaycanla münasibətləri yumşaltmaq üçün Bakıya nümayəndə heyəti göndərir
  • Bugün, 00:14
    Ucarda yol qəzası: üç nəfər xəsarət alıb
  • Bugün, 00:11
    Astarada pir yanıb
  • Dün, 16:13
    Müsavat Partiyasına Rusiya əleyhinə aksiya keçirməyə icazə verilmədi
  • 5-07-2025, 19:58
    Azərbaycanlı müğənni Meksika-ABŞ sərhədində öldürülüb
  • 5-07-2025, 17:09
    Emin Ağalarovun Çarvak sahilində “Sea Breeze” layihəsi Özbəkistanda narazılıq doğurub
  • 5-07-2025, 17:05
    Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
  • 5-07-2025, 16:59
    Erdoğandan Azərbaycan-Rusiya gərginliyinə çağırış: “Təmkinli olmaq lazımdır”
  • 5-07-2025, 14:55
    Ukraynanın qatı tərəfdarı olan ABŞ generalı NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı təyin olunub
  • 5-07-2025, 14:52
    Xaçmazda Aşura günü könüllü qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 14:50
    Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında növbəti məzun buraxılışı olub
  • 5-07-2025, 14:46
    Danışan şəkil
  • 5-07-2025, 14:43
    Günün fotosu
  • 5-07-2025, 14:42
    CHP Bələdiyyələrinə Qarşı Əməliyyatlar Genişlənir: Daha Üç Böyükşəhər Bələdiyyə Başçısı Saxlanılıb
  • 5-07-2025, 14:29
    Moskva vilayətindəki Azərbaycan diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi
  • 5-07-2025, 14:26
    “Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
  • 5-07-2025, 14:22
    Aşura günü ilə bağlı ölkə üzrə qanvermə aksiyası keçirilir
  • 5-07-2025, 13:22
    ​“AzerGold” qiymətli metalların yerli və xarici bazarlarda satışını uğurla davam etdirir
  • 4-07-2025, 19:17
    “Təhlükədə olan alimlər” təşkilatı Azərbaycan hökumətini tənqidçi alimləri azad etməyə çağırdı
  • 4-07-2025, 19:08
    Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib
  • 4-07-2025, 19:02
    Natiq Cavadlının apellyasiya şikayəti təmin edilmədi
  • 4-07-2025, 18:22
    Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 4-07-2025, 18:20
    Astarada ağacdan yıxılan 55 yaşlı kişi həyatını itirib
  • 4-07-2025, 18:18
    Ərdoğan və Pezeşkian Xankəndidə görüşüblər
  • 4-07-2025, 18:17
    Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
  • 4-07-2025, 18:15
    Ukraynanın keçmiş müdafiə naziri axtarışa verilib
  • 4-07-2025, 16:27
    “AzerGold” QSC-nin daha bir sosial layihəsi uğurla icra edilib
  • 4-07-2025, 13:22
    Milli Məclis Səudiyyə Ərəbistanı ilə iki sazişi ratifikasiya edib
  • 4-07-2025, 13:19
    Bakıda marketdən oğurluq edənlər saxlanılıb
  • 4-07-2025, 13:17
    Prokuror İmamoğluna 8 il 9 ay həbs və siyasi qadağa tələb edib
  • 4-07-2025, 13:14
    Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
  • 4-07-2025, 13:12
    Ərdoğan Qarabağda – Türkiyə Prezidenti Azərbaycana səfər edib
  • 3-07-2025, 22:41
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasına baş çəkiblər
  • 3-07-2025, 22:35
    İmişlidə etiraz edən sakinlərə hökm oxundu: Onlarla nəfərə azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzası verilib
  • 3-07-2025, 21:55
    “Amnesty International” Azərbaycan və Rusiyada İnsan Hüquqlarının Pozulmasını Pislədi
Daha çox
Çox oxunanlar
1-07-2025, 15:05
Xalqa limit, Avropaya milyonlar: Əliyevin “israf” arqumenti və reallıq
3-07-2025, 13:44
Hakim Sülhanə Hacıyevanın səlahiyyətlərinə xitam verildi
2-07-2025, 10:27
Aynur Elgünəş beynəlxalq mükafata layiq görüldü
30-06-2025, 19:31
Əli Kərimlinin “Kyiv Post”da Rusiyanın işğal siyasəti ilə bağlı məqaləsi dərc olunub
1-07-2025, 14:56
Vəkil: Hacı Vəliyev karserdə işgəncəyə məruz qalıb, aclıq aksiyası keçirir
30-06-2025, 17:43
Toplum TV işi: Nazirlik 79 min manat tələb edir – məhkəmədə kəskin çıxışlar, rədd edilən ittihamlar
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
5-07-2025, 17:09
Emin Ağalarovun Çarvak sahilində “Sea Breeze” layihəsi Özbəkistanda narazılıq doğurub
5-07-2025, 17:05
Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
5-07-2025, 14:42
CHP Bələdiyyələrinə Qarşı Əməliyyatlar Genişlənir: Daha Üç Böyükşəhər Bələdiyyə Başçısı Saxlanılıb
5-07-2025, 14:26
“Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
4-07-2025, 19:17
“Təhlükədə olan alimlər” təşkilatı Azərbaycan hökumətini tənqidçi alimləri azad etməyə çağırdı
4-07-2025, 19:08
Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib
Sosial
Astarada pir yanıb
Sevinc Vaqifqızı doğum gününü həbsdə qeyd edir — RSF azadlıq çağırışı etdi
Xaçmazda Aşura günü könüllü qanvermə aksiyası keçirilib
“Abzas Media” əməkdaşları aclıq aksiyasını dayandırıb
Aşura günü ilə bağlı ölkə üzrə qanvermə aksiyası keçirilir
Aqil Abbas Milli Məclisdə polis əməkdaşlarının maaşlarının artmasını istəyib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə