USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Keçmiş jurnalistin xəyanəti üzündən ictimai fəal polis bölməsində işgəncəyə məruz qalıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-06-2024, 12:02

Keçmiş jurnalistin xəyanəti üzündən ictimai fəal polis bölməsində işgəncəyə məruz qalıb

Azərbaycanlı fəal ölkədən qaçmağına kömək etdiyi keçmiş jurnalistin qayıdıb onu ələ verməsindən sonra hakimiyyət tərəfindən saxlanılıb və işgəncələrə məruz qalıb

Nida Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanovun şənbə günü evindən oğurlanaraq işgəncələrə məruz qaldığı, iki gün sonra isə sərbəst buraxıldığı bildirilir.

Əmiraslanov “OC Media”ya bildirib ki, o, keçmiş azərbaycanlı jurnalist Şirin (Tire) Abbasovun Azərbaycana qayıtmasından və onu 2016-cı ildə qaçaq yolla ölkədən çıxaranların kimliyini etiraf etməsindən sonra saxlanılıb.

Abbasov əvvəllər “Meydan TV” ilə əməkdaşlıq edib, 2015-ci ildə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan sonra Almaniyadan sığınacaq istəyib.

Abbasovun bu yaxınlarda Azərbaycana qayıdacağını elan etməsi keçmiş həmkarlarında onun hakimiyyətlə işləməyə başladığına dair şübhələr yaradıb.

Mühacirətdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı bildirib ki, Abbasov hakimiyyətin mediaya qarşı davam edən repressiyaları çərçivəsində “Meydan TV” və “Abzas Media”ya qarşı ifadə verib.

“Biz bu barədə ayın əvvəlində öyrəndik. Daha doğrusu, bunu özü deyib. Biz onun qayıtmaması üçün hər şeyi etdik, lakin Şirin fikrindən dönmədi. Berlində olarkən o, [Azərbaycan] hakimiyyəti ilə əməkdaşlıq etdiyini açıq şəkildə bildirdi”, – deyə Muxtarlı “Facebook”da yazıb.

Əmiraslanov azadlığa çıxandan sonra Muxtarlı “Facebook”da yazıb ki, “insanlara təkcə agent kimi fəaliyyət göstərənlər yox, həm də əlindən tutub qaldırdıqları da xəyanət edir”.

“Və xəyanətlərindən həzz alırlar. Bu cür insanlar daha təhlükəlidir, çünki onlar haqqında hər şeyi açıq demək olmur”, – Əfqan Muxtarlı yazıb.

Abbasov 2015-ci ildə hökumətin “Meydan TV”yə reyd keçirərək qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açmasından sonra bir ay müddətinə həbs edilib.

Həmin vaxt o, polisin ona “Meydan TV”yə qarşı ifadə verməsi üçün işgəncə verdiyini iddia edib. Abbasov bildirmişdi ki, o, həmkarlarına qarşı casusluq etmək şərti ilə azadlığa buraxılıb.

Həbsdə işgəncə

Məlumata görə, Əmiraslanov şənbə günü ona gələn poçt bağlamasını götürmək üçün evindən çıxdıqdan sonra saxlanılıb.

Anası “Meydan TV”yə bildirib ki, Nicat 5 dəqiqəyə evə qayıdacağını desə də, sonradan yoxa çıxıb.

Hüquq mühafizə orqanları Əmiraslanovun saxlanıldığı gündən azadlığa buraxılana qədər harada olması barədə şərh verməkdən imtina edib.

Əmiraslanov “OC Media”ya bildirib ki, onun oğurlanması və ya saxlanması ilə bağlı mətbuata açıqlama verməməsi barədə iltizam alınıb. O, bağlamanı gətirən kuryeri gözlədiyi vaxt qaçırıldığını bildirib.

“Sifarişimi onlayn olaraq izləyirdim və kuryer mənə zəng edib gəldiyini söyləyəndə çölə çıxdım və orada gözlədiyimi dedim. Bu zaman kimsə arxadan üstümə atıldı, başıma torba keçirdi və həbs olundum”, – deyə Əmiraslanov bildirib.

O bildirib ki, həbsdə olarkən elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb, huşunu itirib. O, özünə gələndə burnundan qan axdığını deyib.

Əmiraslanovun dostlarından biri anonimlik şərti ilə “OC Media”ya bildirib ki, fəal işgəncələrə məruz qalıb.

“Ayaqları şişib, üzü qızarıb. Həkimə getdi, müayinəsini diqqətdə saxlayacağıq”, – deyə həmin şəxs bildirib.

Əmiraslanov onu saxlayan təhlükəsizlik orqanının kimliyini açıqlamayıb.

Vəkil Yalçın İmanov “OC Media”ya bildirib ki, Əmiraslanov əvvəlcədən əlbir olan bir qrup şəxslə dövlət sərhəddini qanunsuz olaraq keçmə maddəsiylə ittiham olunub.

Bu halın yüngül cinayət sayıldığını deyən İmanov ittihamın müddətinin bir il əvvəl bitdiyini bildirib.

Bununla belə, o qeyd edib ki, Əmiraslanov səkkiz il əvvəl Abbasovun Azərbaycandan qaçmasına kömək edibsə, Abbasov isə bu müddətdə “təqibdən gizlənibsə”, Abbasova qarşı ittihamlar qüvvədə qala bilər, çünki bu, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olub.

“Şirin Tire gəldiyinə görə indi icraat yenilənib. Bu halda Əmiraslanovun cinayət məsuliyyətindən azad ediləcəyindən bəhs etmək mümkün deyil”, – deyə vəkil bildirib.

Əmiraslanovun 2017-ci ildə də sosial şəbəkələrdə hakimiyyəti tənqid etdikdən sonra həbsdə işgəncəyə məruz qaldığı bildirilir.
Keçmiş jurnalistin xəyanəti üzündən ictimai fəal polis bölməsində işgəncəyə məruz qalıb

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-06-2024, 10:03

Bir neçə gün əvvəl saxlanılan Nicat Əmiraslanov azad edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-06-2024, 22:56

Şirin Tire haqda həbs qərarı nəyin qarşılığında ləğv edildi?

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-04-2024, 15:00

Məhkəmə polis tərəfindən döyülən jurnalist İmran Əliyevin vəsatətini təmin etmədi

Gündəm / Sosial / Hadisə

31-03-2024, 18:07

Azərbaycanlı jurnalistin nəşi Ukraynadan vətənə yola salınıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-12-2023, 08:28

"Amnesty International": "Azərbaycan hökuməti müstəqil mediaya qarşı təzyiqləri artırır"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-11-2023, 17:38

Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları “AbzasMedia”ya qarşı baş verənləri pisləyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-11-2023, 02:35

Ülvi Həsənlinin saxlanılması zamanı fiziki işgəncələrə məruz qalıb

Gündəm / Müsahibə / Araşdırma / foto

25-03-2023, 07:39

Deportasiya edilən DAS fəalı Emin Məlikov ciddi təhlükə altındadır

Gündəm / Siyasət / Sosial / Hadisə

23-12-2022, 12:56

Güneyli azərbaycanlı fəal həbs olundu

Siyasət / Sosial

13-09-2022, 22:38

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dünya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallıya azadlıq tələb edib

Gündəm / Sosial / Araşdırma / foto

10-05-2022, 15:16

Əhməd İsmayılov hücuma məruz qalan jurnalistlə görüşdü

Gündəm / Sosial / Hadisə / Araşdırma / Dünya

25-05-2021, 07:48

İyirmiyə yaxın şəxs Almaniyadan Azərbaycana deportasiya ediləcək

Son xəbərlər
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə