USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Elmar Hüseynov - Media qladiatoru

Gündəm / Siyasət / Hadisə / Müsahibə / Araşdırma

3-07-2024, 11:25

Elmar Hüseynov - Media  qladiatoru

Çingiz SULTANSOY

Elmar Hüseynovun işıqlı xatirəsinə

Mən qladiatoram. Amma 2000 il əvvəlki kimi, qan ləkələrini örtmək üçün qum səpilmiş sirk arenasına musiqi sədaları altında çıxmıram. Lakin qanlı döyüşlərə tamaşa etməyi xoşlayan, çörək və əyləncə, təhlükəsiz stress və adrenalin axtaran çoxlu adam mənə də baxır.

Mən qladiatoram. Arenaya baxan geniş açılmış yaxud qıyılmış gözlər, açıq ya bağlı, qışqıran, söyən ya çeynəyən ağızlardan ibarət dairənin mərkəzində, sevinc ya qəzəb dolu, əyləncə və qan hərisi, biganə insanların diqqət mərkəzində olmağa öyrəşmişəm.

Mən qladiatoram. Əyləncəniz indi başqa cür adlansa da, nə fərqi, sizi əyləndirmək üçün sağlamlığımı, həyatımı təhlükəyə atır, sabaha ümidsiz yaşayıram, sizsə məni yaxşı tanısanız da, taleyimə biganəsiniz.

Qladiatoram. İnsanlar mənimlə bağlı duyğu və təəssürata öyrəşsələr də, ölməyim ya sağ qalmağım veclərinə deyil, ölsəm, başqa qladiatoru eyni maraqla izləyəcəklər, təki mahir və cəsur olsun.

Qladiatoram. Ancaq bütün qladiatorlar kimi əlimi baş tribunaya uzadıb ənənəvi salamımızı "Ave, Sezar, morituri te salutant!” - "Sevin, Qeysər, ölümə hazırlar səni salamlayır!" hayqırmıram. Elə ona görə də qeysərdən aman gözləmirəm.

Qladiatoram. Yoldaşlarımın yaralanması, əlilliyi, ölümləri, həyatımız boyu gördüyümüz zor, qan və qətllərə çoxdan öyrəşmişəm. Bu illər ərzində nələrdən keçmədim? Döyüşdən, həyəcan və ölümcül riskdən ləzzət almağa da öyrəşmişəm, ötüb sovuşan təhlükələrdən sonra həyatın şirinliyini daha çox və dərindən duyuram - yasəmən, nərgiz və qızılgül ətrini, günorta istisində əncir yarpaqlarının xəfif xışıltısı, suyun şırıltısı, dadı və sərinliyini, qadın gözəlliyi və sevgisini. Ancaq bizimlə oynanılan bu qaydasız, ədalətsiz və qəddar oyuna, bizə qarşı aparılan döyüşə də yox, qırğına öyrəşəmmədim, heç vaxt da öyrəşməyəcəm, barışmayacam!..

Qladiatoram. Düşməni üstələmək, zərbəni daha məharətlə vurmaq və zərbələrdən yayınmaq üçün məşq edir, əzələ gücü və çevikliyimi, reaksiyamı artırıram. Arena təhlükəli, qəddar və xaindir, amma qəribə cazibəsi də var. Lakin məharət və təcrübəmə baxmayaraq, ahıl yaşıma çatmayacam, mənim kimilər çox yaşamır, çünki həddən artıq qeyri-bərabər vəziyyətdəyik.

Qladiatoram. Nə qəhrəman, nə pəhləvan, nə də qan tökməkdən həzz alan deyildim, həyatı, sadə və sakit ləzzətlərini xoşlayan adi bir insan idim, taleyin hökmüylə qılıncdan yapışası oldum. Amma döyüş bitəndə, yorğun-arğın, qan-tər içində, qılıncımdan, bəzən yaramdan qan axa-axa qalibin – mənim adımı təkrarlayan kütlənin səsini nifrət qarışıq acı bir məmnunluqla dinləyirəm.

Qladiatoram. Adi, dolanmaq üçün gecə-gündüz çalışan və heç də istədiyi kimi yox, imkanı çatdığı kimi yaşayan bir ailədə doğulub böyümüşəm. Amma atam əsil-nəcabətli, güclü və varlılar qarşısında heç vaxt əyilməzdi, məni də belə öyrədib. Bu xasiyyətimə görə qladiator oldum - rəiyyət, qul kimi böyüyəndən yaxşı qladiator ya döyüşçü olmaz.

Qladiatoram. Tanınmayan, adi adamlar arasında doğulub böyüdüm. Amma qara camaatın adlarını tez-tez, az qala qeysərin adı qədər hörmətlə çəkdiyi, sərvətinin say-hesabını itirmiş zəngin və güclülər adımı yaxşı tanıyır.

Qladiatoram. Mənzildən çox qutuya bənzəyən kiçik və darısqal otaqda yaşayıram, amma dəbdəbəli mülk, villa və bina sahibləri arenada hərəkətlərimi, sözlərimi diqqətlə izləyir.

Qladiatoram. Ailə qurmaq, uşaq böyütmək qismətim olmadı. Amma qılınclarla toqquşan qılıncımı nə qadər heyran qadın baxışı izləyir! Ərləri məni adam saymasalar da Romanın ən gözəl və əsilzadə matronaları* məni gizlicə yatağına dəvət edir - qadınlar cəsarətli, məşhur və başlıcası, ölümə məhkumları xoşlayır.
Qladiatoram. Amma sinəmdə, çiyinlərimdə zireh, əllərimdə isə retiariusun** toru və üçdişli mızrağı, samnisin*** qalxanı və adından ad aldığımız qılıncı – gladiusu yoxdur. Amma mənim də əlimdə ölümcül silah var, məni də qumlu dairədə ölüm gözləyir – minlərlə, onminlərlə qana susamış, maraq dolu, nadir halda mərhəmət duyulan gözlərin əhatəsində...

Mən qladiatoram. Ancaq 2000 il öncəki kimi, öldürmək ya öldürülmək üçün arenaya çıxmasam da, yaxşı bilirəm ki öz yatağımda ölməyəcəm. Kim bilir, son ölümcül zərbədən yayına bilməyib haçan, harda can verəcəm? Al qanım mələfəni buladığı çirkli-pasaxlı xəstəxana çarpayısında, siqaret kötükləriylə dolu çirkli döşəmədə yaxud asfaltda?

Mən qladiatoram, çağdaş qladiator, müstəqil jurnalistəm. Hakimiyyət mənə "müxalifətçi” deyir, çünki belə sərf edir ona - ləbbeyk deməyəni müxalif çıxarmaq. Amma müxalif deyiləm, xalqın ağrı və dərd-sərini, milyonların narazılığı, istək və ümidlərini dilə gətirən, kağıza və kompüterə köçürənəm. Tanımadığım sadə insanların hörmət etdiyi və sevdiyi, əlini möhkəm sıxdığı, kürəyini şappıldatdığı, ucuz yeməkxanalarda yedirib-içirdiyi yazar mənəm. Nüfuzlu, tanınmış oliqarxların kəc baxdığı, nifrət və ehtiyat etdiyi imza sahibi mənəm. Tarixin tozlu yollarında itib batan, əlyazmaları tonqallarda yandırılan, Spartakın yürüş və döyüşlərini qələmə alan da mənəm! Napoleon Bonapartın iki yüz il əvvəl "deyingən, məzəmmət edən, kralların müəllimi” dediyi jurnalist də mənəm! Zəmanəsinin ən qüdrətli adamı, Amerikanın prezidenti Riçard Niksonu əlli il əvvəl qələminin gücüylə istefaya göndərən jurnalist də mənəm!..

Ancaq bilmirəm, növbəti məqaləmdən sonra Bakı üzərində açılan səhəri görəcəmmi?

Mən qladiatoram, çağdaş qladiator. Haqq və ədalət tərəfdarıyam, qələmimlə yalana, riyaya qarşı vuruşuram, sözlə zərbə endirirəm, yalan, riya, zorakılıq tərəfdarları isə mənə cavab zərbələri vurur. "Qələm qılıncdan itidir”, "Qılınc yarası sağalar, söz yarası sağalmaz” kimi Azərbaycan atalar sözləri boş yerə yaranmayıb ki... Məhz sözün gücünə görə, susdurmaq üçün hakimiyyət məni və həmkarlarımı pulla, müxtəlif imtiyazlarla ələ almağa çalışır, alınmayanda aşağılayır, alçaldır, təhqir edir, hədələyir, məhkəməyə verir, cərimələyir, zindana salır, işgəncə verir, döyür, öldürür.

Siz isə yazdığımız material, çəkdiyimiz videolarla yanaşı bütün bu hədə, zor, həbs, işgəncə haqqında xəbərləri oxuyur, ekranda qan axan üzümüzə baxır, amma əzabımıza, taleyimizə biganə qalmaqda davam edirsiniz. Bilmirsiz ki, başımıza gələnlər sizin də başınıza gələcək? Gəlir, gəlməyə başlayıb artıq...

Mən qladiatoram, çağdaş qladiator. Salnamə və sənət əsərləri arenalarda can verən qədim Roma qladiatorları haqda bir çox məlumat, əfsanə və təsvirləri günümüzə çatdırıb. Qan və faciə girdabında yaşayan və ölən bu adamların ulduz olanları zamanında tanınsa da, hörmətləri olmayıb, əksinə, həmişə xor baxılıb, aşağılanıb.

Yalnız minilliklər sonra qladiatorlar haqqında şeirlər, romanlar yazılıb, şəkil, video, filmlər çəkilib, çəkiləcək də. Pula və gücə xidmət edən bir çox həmkarımdan fərqli olaraq, mən və haqq-ədalət uğrunda mübarizə aparan azsaylı həmkarlarım Roma qladiatorlarına çox oxşayırıq. Amma fərqli cəhətlərimiz də var. Onlar sağ qalmaq üçün vuruşurdular, biz yox, onların cəsarəti və rəşadəti ümidsizlikdən, başqa yolun yoxluğundan doğurdu, bizim cəsarət və dəyanətimiz əqidədən, haqqa sədaqətdən qaynaqlanır. Onlar "Ave, Caezar, morituri te salutant!” hayqırırdılar, biz "Ave, Veritas, morituri te salutant!” – "Sevin, Həqiqət, ölməyə hazırlar səni salamlayır!” - deyə bilərik. Haqqımız çatır...

Axı biz, çağdaş qladiatorlar, ölkə və dünya xəbərlərini, baş verənlər haqda həqiqəti sizə çatdırırıq, amma özünə jurnalist deyib, bizdən olmayanlar həqiqəti ya təhrif edir, ya gizlədir, ya da yalan və böhtan danışırlar. Biz bilgi və bilik verir, gözünüzü açır, sizi əyləndirəndə də gücləndiririk, onlarsa pula, imtiyazlara satılıb şərə xidmət edir, sizi əyləndirəndə də aldadır, zəiflədirlər. Məhz onlara görə peşəmiz ikinci ən qədim peşə adlanır...

Mən qladiatoram, çağdaş qladiator – müstəqil jurnalist. Hakimiyyətə xidmət edənlər də özünə jurnalist deyir, amma bizi onlarla eyniləşdirmək dağda-dərədə, çöllərdə qarnıac, amma azad gəzib-dolaşan qurdla tox, sümsük ev itini eyniləşdirmək kimidir.

Mən qladiatoram, çağdaş qladiator. Biz qırılmaq, yoxa çıxmaq üzrəyik. "Bu ölkədə fərli jurnalist yoxdur?” kimi şikayətləri tez-tez eşidir, şəbəkələrdə oxuyuram. Qırılıb qurtarsaq, həyatınızın nə qədər sönük, darıxdırıcı, bayağı və bəsit olacağını təsəvvür edirsinizmi? Edirsinizsə, niyə susursunuz? Axı bizim yalnız sözümüz güclüdür, özümüz yox! Dördüncü hakimiyyət adlanırıq, amma birinci üçü olan yerdə, oxucu və izləyici dəstəyi olmayan yerdə biz də zəif, hətta acizik.
Elmar Hüseynov kimi oğul, güclü qladiator öldürüldü, qatilləri məlum, üstündən 19 il keçib, amma indiyəcən cəzalandırılmayıblar... Bəs Rafiq Tağının, Alim Kazımlının qatilləri?

Bəs "Abzas Media"nın həbsxanaya gülə-gülə gedən gəncləri – Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova?

Bəs gənc olmayan Əziz Orucov, Hafiz Babalının zindan həyatı?

Bütün bunlar sizi narahat etmir, qayğılandırmır?

Daha 2000 il keçməlidir ki, ölməyə hazır olanların qədri, qiyməti bilinsin?!...

Elmar Hüseynov - Media  qladiatoru

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

2-03-2024, 19:06

Jurnalist Elmar Hüseynovun öldürülməsindən 19 il ötür

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 06:31

Mir Şahin ötən gün dünyasını dəyişən tanınmış yazıçı Çingiz Hüseynovu təhqir etdi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-06-2023, 14:05

İlkin Süleymanovun etiraf videosunu yayıblar

Sosial / Hadisə

14-05-2023, 13:41

Türkiyə prezidentini seçir

Siyasət / Sosial

3-05-2023, 14:27

Deputat yeni təyinata etiraz etdi

Siyasət

23-08-2022, 18:43

Ermənilər silaha əl atacaqlarsa...

Gündəm / Siyasət / Mədəniyyət / Bölgə

1-02-2021, 19:49

Prezident: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”

Siyasət

10-11-2020, 09:19

Paşinyan: Mənim başqa yolum yox idi

Müsahibə

6-07-2020, 12:38

"Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"

Müsahibə

30-06-2020, 12:19

“İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” - Xalq artisti

Müsahibə

22-06-2020, 13:37

İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA

Siyasət

12-05-2020, 09:29

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə