USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hüquq müdafiəçiləri: "Azərbaycanda müstəqil məhkəmə yoxdur"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-08-2024, 12:18

Hüquq müdafiəçiləri: "Azərbaycanda müstəqil məhkəmə yoxdur"

Azərbaycanın Konstitusiya ilə demokratik və hüquqi dövlət elan olunmasına baxmayaraq, əslində ölkədə qanunun aliliyi, insan hüquq və azadlıqları təmin edilmir, məhkəmə hakimiyyətinin müstəqilliyi yoxdur. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzi hüquq- müdafiə təşkilatının "Hüquqi Azərbaycan" hesabatında deyilir.

Son bir ildə - 31 iyul 2023-cü ildən iyun 2024-cü ilədək ölkədə siyasi məhbusların siyahısı 100-dən çox adamla artıb. Hazırda cəzaçəkmə yerlərində siyasi motivlərlə həbs olunan ən azı 303 nəfər saxlanılır.

Siyasi məhbusların əksəriyyəti ənənəvi olaraq dindarlardır, lakin son bir ildə həbs olunan fəalların və jurnalistlərin sayı kəskin şəkildə artıb.

2023-cü ilin avqust ayından sədr Afiyəddin Məmmədov başda olmaqla “İşçi masası” alternativ Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri həbs edilib.

2023-cü ilin noyabrında jurnalistlərin həbs dalğası başlayıb. Hazırda həbsdə 20-dən çox jurnalist saxlanılır. Bunlar “Abzas Media”, “Toplum” TV, “Kanal-13” və digər internet- nəşrlərin jurnalistləridir.

“Toplum” TV işi üzrə beş fəal da həbs olunub.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov başda olmaqla, qurumun fəalları və jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2 (xarici valyuta qaçaqmalçılığı) maddəsilə həbs olunublar.

İctimai fəallar və dindarlar Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddə alveri) təqiblərə məruz qalıblar.

Saxlanmalar və axtarışlar prosessual normaların pozulması ilə, şübhəlilərin seçdikləri vəkilləri dəvət etmədən aparılır.

Məhkəmələr qətimkan tədbiri seçərkən təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı şikayətlərə məhəl qoymurlar.

Cinayət-prosessual qanunvericilikdə 10-a yaxın müxtəlif qətimkan tədbirinin olmasına baxmayaraq, məhkəmələr, bir qayda olaraq, jurnalistlərə, fəallara, dindarlara qarşı ən sərt qətimkan tədbirini -həbsi seçirlər.

Hətta ciddi sağlamlıq problemləri olan şəxslər, məsələn, “Toplum” TV-nin təsisçisi, qalxanabənzər vəz xərçəngi olan Ələsgər Məmmədli, iflic olmuş fəal Famil Xəlilov, gözdən əlil, araşdırmaçı jurnalist Hafiz Babalı ilkin həbsə məruz qalıblar.

İşin mahiyyəti üzrə məhkəmə istintaqı da obyektiv aparılmır, müdafiə tərəfinin əksər vəsatətləri təmin edilmir, jurnalistlərin videogörüntüləri aparılmır və bəzən proseslərə, ümumiyyətlə, onları buraxmırlar.

Eyni zamanda, siyasi məhbuslara qarşı sərt olan hakimlər vəzifəli şəxslərə qarşı yumşaq olurlar.

Belə ki, 4 yeni doğulmuş körpənin ölümünə səbəb olan yanğına görə məsuliyyət daşıyan Perinatal Mərkəzin rəhbərlərinə münasibətdə məhkəmə ev dustaqlığı şəklində həbs qətimkan tədbirilə kifayətlənib.

2024-cü ilin mayında Azərbaycan prezidenti 154 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb, lakin bu qərar heç bir siyasi məhbusa şamil edilməyib.

Şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma haqqında qanunvericilik normadan nadir hallarda siyasi məhbuslara qarşı istifadə olunur, halbuki, məhkəmələr keçmiş məmurlara qarşı bundan aktiv şəkildə istifadə edirlər.

Hesabatda insan hüquqları sahəsində ixtisaslaşmış vəkillərin təzyiqinə də diqqət yetirilir. Son illərdə Yalçın İmanov, Əlaif Həsənov, Namizad Səfərov, Xalid Bağırov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Elçin Namazov və digər müdafiəçilər vəkillikdən kənarlaşdırılıb.

2021-ci ilin iyulunda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər qəbul edilib, belə ki, hakimlər vəkillərin prosesi qəsdən təxirə saldıqlarını düşünsələr, onları 500 manata qədər cərimə etmək səlahiyyətinə malikdir.

Azərbaycan məhkəmələri Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını tətbiq etmirlər.

Avropa Şurasının 2024-cü ilin aprelində açıqlanan yeni hesabatına görə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ən pis icra edən ölkələr siyahısına yenidən rəhbərlik edib.

Ümumilikdə, məhkəmə sistemi Konstitusiyanın tələblərinə cavab vermir.

«Məhkəmələr siyasi hakimiyyətin göstərişi ilə hökm çıxarırlar. Məhkəmədə əsas rolu prokuror oynayır, məhkəmə yalnız prokurorun tələblərini təsdiqləyir, vəkillik institutunun rolu isə sıfıra endirilib. Ölkədəki siyasi məhbuslara (hazırda onların sayı 300-dən çoxdur) görə məsuliyyət məhkəmə sisteminin üzərinə düşür. 4 aprel 2023-cü ildə İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. O həmçinin Məhkəmə-Hüquq Şurasının rəhbəri oldu. Lakin ötən müddətdə məhkəmə sistemində heç bir müsbət dəyişiklik baş verməyib, əksinə, ölkədə siyasi məhbusların sayı sürətlə artıb", - Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hesabatı şərh edərkən deyib.

Qeyd edək ki, Siyasi məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən təsis edilib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-07-2024, 16:30

Şərlənırək həbs olunan Ayxan İsrafilov işgəncələrə bəruz qalır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-06-2024, 12:52

Hüquq müdafiəçiləri Azərbaycanda 310 siyasi həhbusun olduğunu bildirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 19:16

Məhkəmə "Abzas Media" işi üzrə üç jurnalist müttəhimi yenə də həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-04-2024, 01:42

Ali Məhkəmə Almaniyadan deport olunduqdan sonra həbs olunan müxalifətçini həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-01-2024, 15:14

Həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədovun işi üzrə məhkəmə başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-12-2023, 12:01

Hüquq müdafiəçisi Elçin Məmmədov axtarışa verilib

Siyasət

18-12-2023, 10:19

AXCP qurultayı siyasi məhbuslara azadlıq tələb edən bəyanat qəbul edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-11-2023, 21:31

Apellyasiya Məhkəməsi Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərini yenə həbsdə qaldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-09-2023, 16:47

“Müdafiə Xətti” son 3 ayda ölkədə insan haqlarının vəziyyətilə bağlı hesabat yayıb

Gündəm / Sosial / Hadisə / Araşdırma

7-08-2023, 15:25

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev həbs edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-06-2023, 03:48

DAS təşkilatı Almaniyada siyasi məhbusların azad edilməsini tələb edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

25-04-2023, 00:31

Siyasi məhbus hesab edilən şəxslərin sayı 182 nəfərdir. Tam siyahı

Son xəbərlər
  • Dün, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • Dün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Dün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Dün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə