USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"ABŞ Prezidenti Donald Trampın Cənab Prezidentə təbrik məktubu göndərməsi dövlətlərimiz arası uğurlu əməkdaşlığın və ortaq dəyərlərin nəticəsidir"

Gündəm

17-05-2020, 09:30

"ABŞ Prezidenti Donald Trampın Cənab Prezidentə təbrik məktubu göndərməsi dövlətlərimiz arası uğurlu əməkdaşlığın və ortaq dəyərlərin nəticəsidir"Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubuna münasibətində bildirib.

Millət vəkili deyib ki, məktubda ABŞ Prezidenti Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini bildirib, dövlətimizin beynəlxalq təhlükəsizliyini gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək yönündə siyasətini rəğbətlə qarşılanıb. Eyni zamanda, məktubda xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsində ABŞ-ın marağının olduğu qeyd edilib: "ABŞ Prezidenti tərəfindən göndərilən bu və bundan öncəki ənənəvi məktubların əsas məntiqi ondan ibarətdir ki, Cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyünün bərpasına, müstəqilliyinin qorunmasına və Azərbaycan xalqının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlik idarəetmə modelinə olan dəstəyi nümayiş etdirməkdir.
Nəzərinizə çatdırım ki, ABŞ – Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır, Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Eyni zamanda, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır".

Millət vəkili həmçinin Trampın məktubda "koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır" fikrinə də toxunaraq bildirib ki, pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin apardığı siyasət dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilib: "Həyata keçirilən bütün tədbirlər əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasi ilə yanaşı, sosial rifahının yaxşılaşdırılması olub. Hökumət maraqlı operativlik nümayiş etdirdi. Sosial dəstək paketləri, sahibkarlarla bağlı proqramlar, neftin qiymətinin sürətlə aşağı düşdüyü bir vaxtda manatın məzənnəsini təmkinlə qoruması və cəmiyyətə özgüvənliklə “qorxmayın” mesajı verməsi ürəyəyatımlı oldu".

Millət vəkili bildirib ki, ilk növbədə diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir: “Burada xüsusilə qürurverici məqam isə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir.

Müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır”.

M.Əfəndiyev Koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus tərəfindən də dəyərləndirdildiyini xatırladıb: "Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib ki, COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm". Əminliklə deyə bilərik ki, koronavirusla mübarizədə Azərbaycan üzüağ çıxıb".

Deputat onu da vurğulayıb ki, dünya üçün belə çətin vaxtlarda ABŞ kimi Azərbaycan da xarici ölkələrə və təşkilatlara yardım əlini əsirgəməyib: "Azərbaycan dövləti pandemiya dövründə Ümümdünya Səhiyyə Təşkilatına, Çin Xalq Respublikası, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiyaya humanitar yardım edib”.

foto.info.az

Paylaş:
Digər xəbərlər

Gündəm

5-05-2020, 23:44

Koronavirusa qarşı mübarizədə dövlətimizin operativ və adekvat tədbirlərindən ibarət reaksiyası bütün dünyaya nümunədir

Siyasət

25-04-2020, 11:40

Türkiyə XİN Trampın 1915-ci illə bağlı bəyanatını pislədi

Bölgə

11-04-2020, 10:52

Koronavirus yardımının içindən Qurban bayramı təbriki çıxdı - Ağdamda

Bölgə

10-04-2020, 16:49

Ağdam İcra Hakimiyyətinin yardım hiyləsi ÜZƏ ÇIXDI

Müsahibə

6-04-2020, 10:10

Donald Tramp koronavirusa yoluxmuş Boris Consondan danışdı

Gündəm

21-03-2020, 16:00

İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ

Siyasət

3-03-2020, 10:52

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Siyasət

28-02-2020, 10:55

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Dünya

24-02-2020, 13:59

Donald Tramp Hindistana getdi

Son xəbərlər
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə