
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı İranla davam edən müharibəni müzakirə etdiyi bildirilir.
Məlumata görə, avqustun 8-də Trampın təşəbbüsü ilə baş tutan telefon danışığında ABŞ Prezidenti mövcud təzyiqlərin davam etdiriləcəyi halda İranın təslim olub-olmayacağı barədə İlham Əliyevin fikrini öyrənib.
Bildirilir ki, Azərbaycan Prezidenti belə bir ssenarini real hesab etmədiyini deyib.
İlham Əliyev mövqeyini əsaslandırarkən 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsini xatırladıb. O qeyd edib ki, həmin dövrdə də İranın təslim olacağı ilə bağlı proqnozlar səsləndirilsə də, uzunmüddətli müharibə əksinə, İran cəmiyyətinin daha sıx birləşməsinə səbəb olub.
Məlumata əsasən, Azərbaycan Prezidenti İranın təslim olmasını gözləməyin real olmadığını, mövcud vəziyyətdən çıxış yolunun sülh və konstruktiv danışıqlardan keçdiyini vurğulayıb.
İlham Əliyev Azərbaycanın regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu da bildirib.