USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İlham Əliyev: “Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz”

Gündəm / Siyasət / Hadisə / Araşdırma

18-12-2024, 21:22

İlham Əliyev: “Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz”
“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?!”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibə verib.

İlham Əliyev Gürcüstanı Qərbin apardığı “Qafqaz uğrunda döyüşdə mühüm amil” adlandırıb.

Əliyevin sözlərinə görə, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır.

“Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir”, – Əliyev müsahibəsində bildirib.

Əliyev Qərb dövlətlərinin Gürcüstanda daxili proseslərə əhəmiyyətli xarici təsirindən də danışıb, xaricdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyətini qeyd edib.

O, Rusiyanın USAİD-in fəaliyyətini qadağan etmək qərarını da təsdiqləyib.

“Yenə də xarici təsirlərə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamlar, bəlkə də, on minlərlədir. Amma biz bunu tənzimləmişik. Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz. Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq” radiosu kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev qeyd edib.

İlham Əliyev müsahibəsində həmçinin bildirib ki, COP29 zamanı Azərbaycanın üzləşdiyi əsas çətinlik zamanın azlığı olub.

Azərbaycan cəmi 11 ayın içində bu nəhəng tədbirə hazırlaşıb.

Əliyev Qərb KİV-ində Azərbaycanla bağlı gedən xəbərlərə də reaksiya verib:

“”The Washington Post”, “The New York Times”, “Le Figaro”, “Le Monde” – yalançı dördlük hər gün Azərbaycana qarşı məqalələr yayımlayıb. Bu xəbərlər bizə çətinlik yaratmadı. Bu cür xəbərlər sadəcə ikrah hissi yaradır”, – Prezident deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın qlobal qaz emissiyalarında payı 0,1% təşkil edir.

ABŞ-də 12%, Avropa İttifaqında isə daha çoxdur.

“Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, – Prezident deyib.

Prezident İlham Əliyev həmçinin deyib ki, hazırda Makron rejimi Fransanı “uğursuz dövlət”ə çevirir:

“Avropanın mərkəzində – Korsikada onlar (Fransa – red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.

“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.

Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar”, – Əliyev əlavə edib.

İlham Əliyev həmçinin deyib ki, Ermənistan Azərbaycanla silah yarışına girə bilməz.

“Onlar Qərb silahlarının əksəriyyətini pulsuz və ya kreditlə almasına baxmayaraq, təbii ki, sonradan silinəcək, lakin bu halda da bizimlə İkinci Qarabağ Müharibəsinin nəticələrinə qarşı silahlanma yarışına tab gətirməyəcəklər. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı onlar tərəfindən unudulmamalıdır ki, onlar Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin burada, yer üzündə maksimum dəstəyinə baxmayaraq, əgər qarşı növbəti təxribat planlaşdırırlarsa. Biz, heç kim onlara kömək etməyəcək”, – Prezident bildirib.

“Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər”, – dövlət başçısı vurğulayıb.

Azərbaycanda son 1 ildə müstəqil mediaya qarşı repressiyalar total şəkildə davam edirilir.

“AbzasMedia” işi…

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.

İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

“Toplum TV işi”

2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV” kanalın təsisçisi Ələsgər Məmmədli, kanalın video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramin Babayev də var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

“Meydan TV işi”

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub.

Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-12-2024, 02:42

İlham Əliyev Mixail Kavelaşvilini təbrik edib

Siyasət

20-10-2024, 22:04

Gürcüstanda mitinq keçirilir

Siyasət

6-12-2023, 19:17

İlham Əliyev: “Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır”

Siyasət

27-02-2023, 21:31

Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

Siyasət

18-02-2023, 21:20

Prezident İlham Əliyev Münhendə ABŞ vasitəçiliyi ilə Paşinyan ilə görüşüb

Gündəm / Siyasət

24-10-2022, 12:45

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir

Gündəm

16-06-2022, 19:48

İlham Əliyev: Sülh sazişini bir ilə imzalaya bilərik!

Siyasət

19-05-2021, 16:55

Prezident İlham Əliyev Belarusiya Müdafiə Nazirini qəbul edib.

Siyasət

18-05-2021, 09:59

İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Müsahibə / Video

1-02-2021, 21:33

Prezident İlham Əliyev AZTV-yə müsahibə verib - VİDEO

Siyasət

15-01-2021, 21:14

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

Siyasət

21-11-2020, 16:24

İlham Əliyev Rusiyanın müdafiə nazirinin nümayəndə heyətini qəbul edib

Son xəbərlər
  • Dün, 17:55
    Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
  • Dün, 17:48
    İlham Əliyev Qazaxıstanda səfərdədir – Tokayev qarşılayıb
  • Dün, 16:39
    Əli Həsənovun əmlakının siyahısı yayıldı
  • Dün, 16:27
    Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
  • Dün, 16:23
    Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
  • Dün, 16:20
    Sankt-Peterburq–Bakı reysini yerinə yetirən AZAL təyyarəsi qəza enişi edib
  • Dün, 15:18
    “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azad edilib və Rusiyaya yola salınıb
  • Dün, 15:00
    Almaniya Gürcüstandakı səfirini geri çağırır
  • Dün, 14:58
    Sevinc Vaqifqızının ailəsi görüş zamanı təhqirə məruz qaldıqlarını bildirir
  • Dün, 14:20
    Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanılıb
  • Dün, 14:19
    Ramiz Mehdiyev özünü yaxşı hiss edir – Mühafizəçisindən açıqlama
  • Dün, 14:14
    Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı
  • Dün, 14:13
    Azad edilmiş ərazilərdə daha 130 mina aşkarlanıb
  • Dün, 14:11
    Paytaxtda yol qəzalarının yarıdan çoxu piyadavurma hadisələridir
  • Dün, 14:10
    DİN əhaliyə çağırış etdi: “Qanunsuz saxlanılan silahlar təhlükə mənbəyidir”
  • Dün, 14:09
    Xaçmazda qətl hadisəsi – bir nəfər güllələnərək öldürülüb
  • Dün, 14:07
    Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
  • 19-10-2025, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • 19-10-2025, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • 19-10-2025, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • 18-10-2025, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 18-10-2025, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • 18-10-2025, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • 18-10-2025, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • 18-10-2025, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • 18-10-2025, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Daha çox
Çox oxunanlar
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 12:31
Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
16-10-2025, 13:21
İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
16-10-2025, 13:24
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Dün, 16:39
Əli Həsənovun əmlakının siyahısı yayıldı
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
Sosial
Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə