USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Müdafiə xətti” Azərbaycanda insan hüquqlarının pisləşdiyi barədə bəyanat yayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-01-2025, 11:09

  “Müdafiə xətti”  Azərbaycanda insan hüquqlarının pisləşdiyi barədə bəyanat yayıb

2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.

2024-cü ildə də əvvəlki illərdə olduğu kimi, bir çox hallarda ölkə Konstitusiyasının, İnsan Hüquq və Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib, insan hüqüqları, xüsusilə siyasi azadlıqlar kobud surətdə tapdanılıb.

2024-cü ildə ölkədə yığıncaqlar və sərbəst toplaşma azadlığı bir anlayış olaraq aradan qaldırılıb, müxtəlif kateqoriyaya məxsus şəxslərin sosial tələblər və məmur laqeydliyinə qarşı dövlət idarələrinin qarşısında etiraz aksiyaları istisna olmaqla, nəinki siyasi və ictimai tələbli aksiyalar, hətta məhdud saylı insanların ictimai maraq kəsb edən məhkəmələrin qarşısında toplaşması da güc strukturlarının müdaxiləsi ilə müşayət olunub.

Siyasi, ictimai, inanclı fəallara qarşı repressiyalar kəmiyyət və keyfiyyət baxımından güclənibmiş, siyasi məhbusların sayı 2023-cü ilin dekabr ayındakı 254 nəfərə qarşı 2024-cü ilin dekabr ayında 331 nəfər olub, bir ildə 77 nəfər artıb.

2023-cü ilin noyabrında “Abzas Media” jurnalistlərinin həbsilə başlayan dalğa 2024-cü ildə “Toplum” TV, “Meydan” TV, “Kanal-13”, “Məclis.info” jurnalistlərinə qarşı cinayət işlərilə davam edib.

Həmin il "Xural" İnternet televiziyasının rəhbəri Əvəz Zeynallı, bloqer və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev həbs ediliblər.

Həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov həbs ediliblər.

Anar Məmmədlinin həbsi beynəlxalq təşkilatların keçirilən seçkilər haqda rəyini nəzərə aldığı yeganə seçki monitorinqi təşkilatının ləğv edilməsinə yönəlib, Rüfət Səfərovun həbsi isə həm “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının fəaliyyətinin iflic edilməsinə yönəlib, həm də onun ABŞ Dövlət Departmentinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nın qalibi olmasına reaksiyadır.

Hesabatda Siyasi Menecmet institunun təsisçisi Azər Qasımlının, müxalifətçi siyasətçilər Tofiq Yaqublu və Qubad İbadoğlunun, Qarabağ müharibəsi veteranı Rza Səfərsoyun və digər fəalların əsassız həbs olunduğu göstərilir.

Hesabat ilində təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti beynəlxalq standartlardan aşağı olmaqda davam edib

Əsas səbəblər İki yeni həbsxana kompleksinin istifadəyə verilməsinə baxmayaraq, cəzaçəkmə müəssisələrində və təcridxanalarda saxlanma yerlərinin real məhbus sayından az olması, əksər tikililərin köhnəliyi, müasir standartlara cavab verməməsi, məhbusların və təqsirləndirilən şəxslərin qida və sanitar-gigiyenik vasitələrlə təminatının müasir standartlara cavab verməməsi, sovqat çatdırılması və görüş qaydalarının ifrat sərtliyi və tibbi xidmətin əvvəlki illərlə müqayisədə daha aşağı keyfiyyətdə olmasıdır.

Əvvəlki illərlə müqayisədə məhbuslar üçün tibbi xidmətin keyfiyyəti pisləşib. Təcridxanalarda sıxlıq müxtəlif kateqoriyalardan olan məhbusların, o cümlədən risk qrupuna daxil şəxslərin bir yerdə saxlanmasına səbəb olur ki, bu da müxtəlif insidentlərin baş verməsinə, yoluxucu xəstəliklərin yayılması təhlükəsinə gətirib çıxarır. 2018-cu ildə Daxili İşlər Nazirliyinin inzibati həbsdə olanların saxlanması təcridxanasında yeni korpusun istifadəyə verilməsinə baxmayaraq, ifrat sərt sovqat qaydaları, yataq dəstlərinin vaxtında dəyişdirilməməsi, sıxlıq səbəbindən risk qrupundan olan şəxslərin başqaları ilə bir yerdə saxlanması, qida və telefon əlaqəsinin, gəzinti normalarının standartlara cavab verməməsi davam edir.

Məhkəmələrin, xüsusən Ali Məhkəmənin və Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma bokslarındakı şəraitin həddən artıq ağır olması davam edir, qışda soyuq, yayda dözülməz isti, ventilyasiyanın olmaması səbəbindən siqaret tüstüsünün təsiri məhkəməyə gətirilən məhbusların sağlamlığına və psixi durumuna mənfi təsir edir, hesabatda deyilir.

Ölkədə istintaqa cəlb edilən, saxlanılan şəxslərin və məhkumların hüquqi müdafiəsi sivil dünyada ən aşağı yerlərdən birini tutmaqda davam edir. Buna səbəb vəkillərin sayının normadan bir-neçə dəfə az olması, hüquqi xidmətin minimum müqavilə qiymətinin vaxtaşırı artırılaraq çoxları üçün əlçatmaz olmasıdır.

Məhkəmə proseslərində mütəmadi olaraq vəkillərin peşə fəaliyyətinə hakimlər, prokurorluq nümayəndələri, son zamanlar hətta konvoy əməkdaşları tərəfindən maneələrin yaradılması onların işinin effektivliyinə ciddi zərər vurur.

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatı hakimiyyət orqanlarını hesabatda göstərilən insan hüquqları pozuntularını aradan qaldırmağa, Azərbaycanın imzaladığı konvensiya və bəyannamələr və ölkə Konstitusiyası ilə qoyulan öhdəliklərə əməl etməyə çağırır.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

10-12-2024, 13:27

Anar Məmmədli: "İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir"

Gündəm / Siyasət / Sosial / Araşdırma

15-10-2024, 19:48

Hüquq müdafiəçiləri Avtandil Məmmədovun işi ilə bağlı ATƏT-ə müraciət ediblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-08-2024, 12:18

Hüquq müdafiəçiləri: "Azərbaycanda müstəqil məhkəmə yoxdur"

Gündəm / Siyasət / Sosial / Araşdırma

1-02-2024, 20:38

Avropa İnsan Hüquqları Məhkəməsi ilahiyyatçıya qarşı cinayət təqibini qanunsuz olduğunu tanıyıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

25-01-2024, 12:27

Danimarkalı deputat Mogens Yensen Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dövrlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqləri qeyd edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-01-2024, 15:13

Avropa İttifaqı Azərbaycanda insan hüquqları və KİV azadlığı sahəsində vəziyyətdən çox narahatdır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-11-2023, 20:23

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı Azərbaycanda insan haqlarının pozulmasını pisləyən bəyanatla çıxış edib

Siyasət / Sosial

26-03-2023, 22:20

XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Gündəm / Sosial / Müsahibə / Araşdırma

25-03-2023, 13:15

ABŞ Dövlət Departamenti Azərbaycandakı insan hüquqları pozuntuları haqda bəyanat yayıb

Gündəm / Siyasət / Araşdırma

30-12-2022, 15:40

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı ilin yekunlarına dair hesabat təqdim edib

Son xəbərlər
  • Dün, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • Dün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Dün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Dün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə