USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Sevinc Vaqifqizinın məhkəmədəki ifadəsi:

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-03-2025, 08:03

Sevinc Vaqifqizinın məhkəmədəki ifadəsi:
“İnsan həqiqətə nə qədər dözə bilər? – Alman filosofu Nitşe bu sualı verir.

Biz ölkə başçısı İlham Əliyevin nümunəsində bunun 2 il 2 ay çəkdiyini deyə bilərik. Nə vaxt ki, biz araşdırmalarımıza başladıq və o, özü, qurduğu korrupsiyalaşmış hökuməti barədə həqiqətləri daha eşitmək istəmədi.

Ona görə də heç təəccüblü deyil ki, Ülvini saxlayan Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçısı Rauf Quliyev ondan ittiham olunduğu maddə ilə bağlı yox, “Niyə Qarabağdakı inkişafdan deyil, korrupsiyadan yazırsınız?” – deyə soruşub.

Bəs biz nədən yazırdıq?

Hökumət televiziyaları “Xan kəndinə qayıdır” mahnısının sədaları ilə xalqı bihuş edərkən biz göstərirdik ki, bəli, “Xan” hər kəsdən qabaq Qarabağa qayıdıb, torpaq islahatı aparmadan əkinə yararlı torpaqları ailəsi və məmur şirkətləri arasında bölüşdürüb.

Məcburi köçkünlər Qarabağa qayıdarkən artıq məmurlar böyük torpaq sahələrinin sahiblərinə çevrilmişdilər. Qarabağ veteranları isə azad etdikləri torpaqlarda pullarını ya vaxtında ala bilməyən, ya da heç almayan fəhlələrə dönmüşdülər.

“Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” – deyən prezidentin təkcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini üzə çıxardıq.

Biz başqa hansı həqiqətləri üzə çıxarmışdıq?

Məhkəmə araşdırmalarımızla üzə çıxarmışdıq ki, “Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır” – deyən prezidentin yaxın məmur çevrəsi bu mübarizədən “hava yastıqları” ilə qorunur. Məhkəmədə nazirlərin adları çəkilsə də, hakimlər onları korrupsiya ittihamları ilə bağlı dindirməkdən imtina edirlər.

Əlbəttə ki, İlham Əliyevin sözləri ilə əməlləri arasındakı bu təzadı üzə çıxarmış “Abzas Media”nın əməkdaşları onun qəzəbinin hədəfinə çevrildi. 21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən ölkəyə pul keçirməkdə ittiham edir. Amma ittiham olunan şəxslərin heç biri, heç vaxt nə gömrükdə saxlanılıb, nə də üzərlərindən bəyan olunmamış pul tapılıb.

İstintaqın “sənəd” saydığı materialların heç biri orijinal deyil. Bu “sənəd”lərdəki imzaların ora necə yerləşdirilməsini aydınlaşdırmaq üçün istintaq orqanına verilən vəsatətlərimiz təmin olunmadı.

Bizim guya “mütəşəkkil cinayətkar dəstə” olmağımızı istintaq onunla əsaslandırır ki, nə vaxtsa xarici səfərlərimiz kəsişib. Hər kəsin hərəkət azadlığı var və istənilən şəxs, istənilən ölkəyə səfər edə bilər. Xarici ölkəyə səfər etmək cinayət deyil.

İstintaq orqanı 2015-ci ildən bəri edilən səfərləri araşdırıb ki, o tarixdə ümumiyyətlə “Abzas Media” mövcud deyildi.

Bu iş üzrə həbs edilən iqtisadçı dostumuz Fərid Mehralızadə ümumiyyətlə “Abzas Media”nın əməkdaşı olmayıb. Onun niyə həbs olunduğunu müstəntiqdən soruşanda zarafatla mənimlə eyni şəhərdə, Füzulidə doğulduğunu dedi. Yerli olmağımızdan başqa istintaqla heç bir əlaqəmiz sübuta yetirilməyib.

Digər 6 jurnalistə Bakı Şəhər Baş Polis İdarəsinin Məhəmməd Kekalovdan fiziki və psixoloji təzyiq əsasında aldığı ifadələrlə ittiham elan olunub. O, polis idarəsində 48 saatdan çox saxlanılıb, vəkillə təmin olunmayıb və ailəsinin ona tutduğu vəkildən də imtina etməyə məcbur edilib. Dövlət hesabına tutulan vəkil isə 1 il müddətində onun həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı məhkəməyə bircə şikayət də ünvanlamayıb. Görünür, dövlət vəkili Kekalovun həbsdə qalmasından məmnun olub.

Biz Azərbaycanda korrupsionerlərin ifşasının nə vaxtsa həbslə bitəcəyini gözləyirdik. Buna görə də Məhəmmədlə söhbətimizdə əgər nə vaxtsa işgəncə ilə hədələnib Ülviyə, mənə qarşı ifadə verməyini istəsələr, buna razılaşmasını istəmişdik. Məhəmmədin bizə qarşı ifadə verməsi bu hədələrlə qarşılaşdığının göstəricisidir.

Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti sübut tapa bilmədiyi işlərdə insanlara hədə-qorxu gəlməklə dostlarının əleyhinə ifadə alıb həbsə göndərmək yolunu seçir.

Həbsimiz İlham Əliyevin və ətrafının korrupsiya cinayətlərini üzə çıxardığımıza görə, bizi bu yolla işimizdən uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki biz hökumətin istədiyi kimi icazəli jurnalistika ilə məşğul olmaq istəmədik.

İstintaq orqanı “Abzas Media”nı “azad və peşəkar media olması görüntüsü formalaşdıran qurum” kimi təqdim edir. Biz görüntü yox, azad və peşəkar medianın özüyük.

İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsində dindirilən araşdırmaçı jurnalist Hafiz Babalını diqqətini pəncərədəki çirk çəkmişdi və daha sonra idarənin pəncərələrinin yuyulması üçün ayrılan vəsaitin necə mənimsənildiyini üzə çıxarmışdı.

Bizi “çirkli pullar”da ittiham edən idarə öz pəncərələrinin çirkinin vaxtlı-vaxtında yuyulmasına diqqət etsə, yaxşı olar.

İlham Əliyev indi də çıxışlarında həbs etdirdiyi media işçilərini, fəalları “satqın”, “xəyanətkar”, “beyni yuyulmuş gənclər” deyə damğalayır. Biz nə “xəyanətkar”, nə “satqın”, nə də “beyni yuyulmuş gənclər”ik. Biz onun yalanlarını üzə çıxarmış jurnalistlərik. Çünki işimiz vətəndaşları siyasətçilərin manipulyasiyalarından duyuq salmaq, onları gözlənilən təhlükəylə bağlı xəbərdar etməkdir.

Fikir verirsinizsə, istintaq dövründə verdiyimiz bütün vəsatətlərin sonunda “tam rədd edilsin” yazıb imza atan bir şəxs var. Bu, Bakı Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Toğrul Hüseynovdur.

27 cildlik istintaq materialları ilə tanış olarkən o, Daron Acemoğlu ilə Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” adlı kitabını oxuyurdu. Uzun illər aparılan tədqiqatın nəticəsi olan bu kitabda o qənaətə gəlinir ki, ekstraktiv, yəni istismarçı, hakim elitanın mənfəətinə xidmət edən, cəmiyyətin qalan hissəsini yoxsulluğa sürükləyən siyasət sonunda millətlərin və dövlətlərin tənəzzülünə gətirib çıxarır. Baş müstəntiq istismarçı siyasəti ifşa edən jurnalistləri öz imzası ilə həbsə göndərməyə razılaşmışdı.

Çünki ancaq bu yolla vəzifədə irəliləmək mümkündür. Mükafatını da aldı, baş müstəntiqlikdən istintaqın rəisi vəzifəsinə qədər yüksəldi.

Siz də məhkəmə başlayanda bir vəsatət istisna olmaqla bütün vəsatətlərimizi rədd etməklə bu tənəzzülə imza atmağa razılaşmısınız. Ümid edirəm mükafatsız qalmazsınız.

Bu iş nə qaçaqmalçılıq məsələsidir, nə qanunsuz sahibkarlıq, nə vergidən yayınma, nə də saxta sənəd düzəltmə. Bu, həqiqətə dözümsüzlük məsələsidir”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

12-03-2025, 16:59

AbzasMedia əməkdaşları Sevinc Vaqifqızı və Elnarə Qasımova bugünkü məhkəmə iclasında ifadə verib

Sosial

30-10-2023, 16:33

Digər rayonların sakinləri də Qarabağdan ev ala biləcəklər

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

3-06-2023, 19:18

Qarabağda quruculuq işlərini prezidentin ailə şirkətləri həyata keçirir ARAŞDIRMA

Siyasət

25-04-2023, 08:03

Peskov: "Vladimir Putinin dublyorunun olması ilə bağlı iddialar həqiqətə uyğun deyil"

Sosial

8-01-2021, 15:38

Keçmiş məcburi köçkünlər azad olunmuş torpaqlara bizneslərini apara biləcəklərmi? - Nazirlikdən AÇIQLAMA

Sosial

8-01-2021, 15:00

Məcburi köçkünlər üçün tikilən evlərin aqibəti ilə bağlı VACİB AÇIQLAMA

Sosial

7-01-2021, 17:12

İLHAM ƏLİYEV: KÖÇKÜNLƏR CAVAB VERSİNLƏR - ÖZ DƏDƏ-BABA TORPAQLARINA GETMƏK FİKİRLƏRİ VAR, YOXSA YOX?

Siyasət

4-01-2021, 20:17

İran şirkətləri Qarabağa gələ bilər

Siyasət

19-11-2020, 15:27

Qarabağa gedib, ermənilərə kömək etdik – PKK

Siyasət

6-10-2020, 18:56

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədri

Siyasət

7-08-2020, 15:30

Ramiz Mehdiyev itirə-itirə gedir... - GƏLİŞMƏ

Siyasət

3-07-2020, 16:51

Şok etiraf: “ABŞ hökuməti Qarabağa...” – Azərbaycana qarşı təxribat

Son xəbərlər
  • Bugün, 19:32
    Haaqa şəhərində “Free Press Live 2026” mükafatları təqdim olunub
  • Bugün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə