USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Tofiq Yaqublu müraciət edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

2-05-2025, 02:28

Tofiq Yaqublu müraciət edib
Tofiq Yaqublunun cəmiyyətə müraciəti

“Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası ikinci aya keçdi. Etiraf edim ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır. İlham Əliyevin mənə və mənim ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qurtaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir. 1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və onların şəxsən İlham Əliyevə nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir.

Əziz dostlar, həbs edildiyim ilk gündən, xüsusi ilə də aclıq aksiyasına başladığım dövrdən mənə möhtəşəm dəstək verməyinizdən, mənim haqqında xoş sözlər demənizdən və yüksək qiymətləndirmənizdən xəbərim var. Buna görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizin mənə bu münasibətinizdən doğan ərkdən istifadə edərək sizdən bir təmənnam var. Bilirsiniz ki, Əliyevlər rejiminin bu illər ərzində siyasi məhbuslar üzərində qurduğu bütün istintaqlar eynən mənim işimdə olduğu kimi absurd və uydurmalardan ibarətdir. Ümumi şəkildə bu məhkəmə proseslərində çıxarılmış hökmlərin əsassızlığını sübut edən detallardan xəbərsizik. Siyasi məhbusların məhkəmə zallarındakı ittihamı alt-üst edən çıxışları, alibiləri, gətirdikləri sübut və faktları elə məhkəmə divarları arasında qalır. Məhkəmə prosesindən yazılmış reportajlar və təəssüratlar onların heç 1 fazini də çölə çıxarmağa qadir deyil. Bildiyiniz kimi sonuncu məhkəmə prosesində 134 səhifəlik son söz yazmışam. Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bir ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyyə edin.

Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm, amma nə edim ki, Əliyev rejimi mənə başqa seçim imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu antiinsani və antixalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər. Ümid edirəm ki, mənim bu xahişimi yerə salmazsınız. Sizləri dünyalar qədər sevirəm. Sağ olun və haqqınızı halal edin. Xahiş edirəm bu müraciətimi paylaşın və onun yayılmasına çalışın. Hörmətlə, Tofiq Yaqublu”

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2025, 14:37

Tofiq Yaqublunun apelyasiya məhkəməsi mayın 6-na təyin edilib

Gündəm / Siyasət / Sosial / Araşdırma

17-04-2025, 20:17

Nigar Həzi: "Tofiq Yaqublunu öldürürlər"

Gündəm / Araşdırma

7-04-2025, 19:55

Tofiq Yaqublunun vəkili Nemat Kerimli onun həkim müayinəsi ilə bağlı Penitensiar Xidmətə müraciət edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

1-04-2025, 18:14

Vəkil: “Bu gündən etibarən Tofiq Yaqublu aclıq aksiyasına başlayıb”

Gündəm / Siyasət / Sosial / Araşdırma

1-04-2025, 09:58

Həbs olunan Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Gündəm / Siyasət / Hadisə / Araşdırma

31-03-2025, 13:10

Tofiq Yaqublu aprelin 1-dən aclıq aksiyasına baslayacağini bildirib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

31-03-2025, 13:06

Tofiq Yaqublu xalqa müraciət etdi

Gündəm / Siyasət / Sosial / Araşdırma

12-03-2025, 16:53

Tofiq Yaqublu: “75 yaşımda həbsxanadan çıxmaqdansa, ölümü seçirəm“

Sosial

11-10-2024, 11:16

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi və…

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-06-2024, 01:25

Tofiq Yaqublunun hakimə dediyi sərt sözlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

6-01-2023, 01:05

Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Son xəbərlər
  • Dün, 23:48
    Gültəkin Hacıbəyli saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib
  • Dün, 23:46
    Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
  • Dün, 16:51
    Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
  • Dün, 16:45
    Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayrılıb
  • Dün, 16:42
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası çatıb
  • Dün, 16:40
    Arayik Harutyunyan: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”
  • Dün, 16:37
    DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib
  • Dün, 16:36
    Meyxanaçı Ağakərim vəfat edib
  • Dün, 12:23
    Paytaxtda pirotexniki vasitələr satılan anbar aşkarlandı
  • Dün, 12:21
    ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırdı
  • Dün, 12:19
    AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
  • Dün, 12:18
    Dekabrın 18-də 36 nəfər cinayətdə şübhəli bilinərək saxlanılıb
  • Dün, 12:14
    Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
  • Dün, 12:12
    “Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
  • Dün, 12:09
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınıb
  • Dün, 12:06
    Aİ Ukrayna məsələsinə görə Çexiya, Macarıstan və Slovakiyaya siyasi təzyiq göstərəcək
  • Dün, 12:04
    Milli Məclis Avropa Parlamenti ilə bağlı bəyanat qəbul edəcək
  • Dün, 12:02
    Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Dün, 12:00
    Bu il narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb
  • Dün, 11:57
    Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  • Dün, 11:55
    Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb
  • Dün, 11:53
    Gürcüstanda əhalinin orta aylıq xərci Azərbaycandan təxminən 20% çoxdur
  • 18-12-2025, 10:54
    Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
  • 18-12-2025, 10:52
    Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
  • 18-12-2025, 10:50
    Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
  • 18-12-2025, 10:47
    34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
  • 18-12-2025, 10:42
    Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
  • 17-12-2025, 23:41
    Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
  • 17-12-2025, 23:37
    Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
  • 17-12-2025, 23:34
    Göyçayda yol-nəqliyyat hadisəsi: xəsarət alan var
  • 17-12-2025, 23:33
    Ərdoğan Rusiyanı və Ukraynanı Qara dənizdə xəbərdar etdi
  • 17-12-2025, 23:28
    Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanılıb
  • 17-12-2025, 23:27
    Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
  • 17-12-2025, 23:25
    Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
  • 17-12-2025, 23:23
    İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Daha çox
Çox oxunanlar
14-12-2025, 14:32
İctimai fəal Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində ölüb
14-12-2025, 22:14
Sidneydə yəhudiləri hədəf alan silahlı hücum: 11 nəfər ölüb
14-12-2025, 14:36
“Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir” – Elçin Əmirbəyov
14-12-2025, 22:13
Şamaxıda iki nəfər dəm qazından zəhərləndi
14-12-2025, 22:46
İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədi saxlanılıb – yaxınları
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
Müsahibə
Dün, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
Dün, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
Dün, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
12-12-2025, 19:58
Əli Kərimlinin saxlanılması ilə bağlı AXCP-nin bəyanatı
Sosial
Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
Paytaxtda pirotexniki vasitələr satılan anbar aşkarlandı
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırdı
Dekabrın 18-də 36 nəfər cinayətdə şübhəli bilinərək saxlanılıb
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bu il narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə