USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Təxribatçılar Ordumuza dəstək aksiyasının əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEO

Gündəm

15-07-2020, 14:00

Təxribatçılar Ordumuza dəstək aksiyasının əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEODünən axşam saatlarından başlayaraq Bakıda orduya dəstək şüarı altında minlərlə insan küçələrə çıxdı.

Baku TV xəbər verir ki, məqsəd Tovuz rayonunda erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın qanının yerdə qalmayacağını göstərmək və əsgərlərimizin yanında olduğunu nümayiş etdirmək idi.

Əvvəlcə Azadlıq meydanına toplaşan minlərlə insan daha sonra Şəhidlər Xiyabanına doğru yürüş edərək, şəhidlərin ruhuna ehtiramını bildirdi, dövlətimizə və əsgərlərimizə dəstək şüarları səsləndirdi, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etdilər.
Təmkinlilik və həmrəylik nümayiş etdirən Azərbaycan polisi isə təşkil olunan bu aksiyaya müdaxilə etmirdi, ümumi situasiyanı nəzarətdə saxlayırdı.

İnsanların qarşısına çıxan Müdafiə Nazirliyinin rəsmiləri orduya dəstəyə görə, birlik nümayiş etdirdiklərinə görə xalqa minnətdarlıqlarını bildirdilər. Azərbaycan xalqının ordusunun yanında olması, həqiqətən, qürurverici idi.

Təxminən gecə saat 02:00 radələrində insanların böyük əksəriyyəti dağılışsa da, bu vəziyyətdən sui-istifadə edənlər ortaya çıxdı. Artıq baş verənlər orduya və əsgərə dəstək mahiyyətində deyildi.

Xalqın və dövlətin bu həssas dönəmində yaranmış vəziyyətdən sui-istifadə edən bir qrup şəxs təxribata əl atdı və ortaya heç bir məntiqə sığmayan mənzərə çıxdı. Təxribatçı qrup parlament binasının qapılarını və şüşələrini sındıraraq zorla içəri daxil oldular.

Binaya daxil olduqdan sonra bu şəxslər içəridəki avadanlıqlara da ziyan vurdular. Onların bu hərəkətlərinə artıq göz yummaq olmazdı.

Saatlardır səbr və təmkin nümayiş etdirən Azərbaycan polisi əvvəlcə xəbərdarlıq edərək, dağılmağı tələb etdi, lakin aksiyaçılar buna məhəl qoymadılar. Nəticədə, asayiş keşikçilərimiz təxribatçılara müdaxilə etmək məcburiyyətində qaldı.

Özbaşınalıq edən bir qrup şəxs saxlanıldı. Milli Məclisin qarşısındakı meydan da xüsusi vasitələrdən istifadə edilməklə boşaldıldı.

Aksiyanın əsl mahiyyətini unudan təxribatçı qruplar qarışıqlıqdan istifadə edərək, iki avtobus və bir neçə polis avtomobilinə ziyan vurdular. Polis isə qısa bir müddət ərzində ərazidə asayişi bərpa etməyə nail oldu.

Nəticə göz önündədir. Minlərlə insanın bir ağızdan “Qarabağ!” deyə qışqırıb, ordumuza dəstək verdiyi dinc və şərəfli aksiya bir anda hansısa qüvvələrin təxribatı nəticəsində öz istiqamətini dəyişdi. Dövlət orqanlarının binasına hücum, iğtişaş və xoş olmayan görüntülərlə nəticələndi.

Bir qrup insanın mənfur əməlləri vətənpərvərlik və milli birlik hissləri ilə başlayan möhtəşəm nümayişə kölgə saldı. 90-cı illərin əvvəllərini xatırladan bu görüntülər həmin dövrdə olduğu kimi, bu gün də insanlar arasında çaşqınlıq və xaos yaratmaq, vəziyyətdən milli yox, şəxsi maraqlar naminə istifadə etmək cəhdləri idi. Lakin unutmayaq ki, bu cür mənzərə ancaq düşmənlərimizin işinə yarayır.

Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanın düz qarşısında baş verənlər şəhid olan hərbi qulluqçularımızın xatirəsinə də hörmətsizlik oldu. Lakin nə xaricdəki düşmənlərimiz, nə də daxildəki təxribatçılar unutmasınlar ki, bu cür ucuz provokasiya ilə Azərbaycan xalqını dövlətinə qarşı qoya bilməzlər.

Unutmayın! Güclü Azərbaycanda dövlət-xalq birliyi heç vaxt sarsılmayacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-07-2020, 13:39

Ötən gecə baş verən təxribatla bağlı cinayət işinə başlanıldı

Siyasət

15-07-2020, 12:19

TÜRK PA-nın Baş katibi Azərbaycana dəstək nümayiş etdirdi

Siyasət

27-06-2020, 13:16

"Murov Qartalı" Raquf Orucovun dəfnində Müdafiə Nazirliyinin rəsmiləri niyə İŞTİRAK İŞTİRAK ETMƏYİB??

Araşdırma

24-06-2020, 11:57

“Şoyqunun zəngi olmasaydı...” – nazir o faktı niyə indi açıqladı?

Maqazin

19-06-2020, 12:19

Məşhur model cazibədar libasda daha bir istedadını nümayiş etdirdi - VİDEO

Siyasət

17-04-2020, 12:19

XİN başçısı: “Gürcüstan Azərbaycana dəstək və həmrəylik mesajı göndərir”

Mədəniyyət

10-04-2020, 09:22

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi

İdman

25-03-2020, 10:32

"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etdilər

Gündəm

23-03-2020, 19:00

Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Son xəbərlər
  • Dün, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • Dün, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • Dün, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • Dün, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
Dün, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
Dün, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
27-09-2026, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə