Özbəkistanın Buxara vilayətində 4,7 bal gücündə zəlzələ olub.
Məlumatı Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzi yayıb.
Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.
Dağıntı və itki barədə məlumat verilməyib.