USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ötən gün saat 23:00 radələrində Bakının Suraxanı rayonu, Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, KİA markalı, 77 YF 704 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Kamaz” markalı, 11 BE 212 nömrəli yük avtomobili toqquşub. İlkin məlumata görə, toqquşma nəticəsində KİA markalı avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə olan digər sərnişin isə hadisə yerində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.