USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Məsud Pezeşkian İranla ABŞ arasında aparılan danışıqlar fonunda dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
ISNA-nın məlumatına görə, İran prezidenti bu fikirləri Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşü zamanı səsləndirib.
Pezeşkian bildirib ki, diplomatik məsləhətləşmələrin davamı, regional əməkdaşlığın gücləndirilməsi və islam ölkələri arasında koordinasiyanın artırılması xüsusi əhəmiyyət daşıyır.
O, həmçinin regionda sabitliyin qorunması və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində göstərdiyi səylərə görə Pakistan hökumətinə təşəkkürünü ifadə edib.