USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ağstafa rayonunda ağır yol hadisəsi baş verib. Hadisə Ağstafa-Sadıqlı avtomobil yolunun Poylu kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetməbi itirərək ağaca çırpılıb. Nəticədə sürücü 2002-ci il təvəllüdlü Nicad Tağıyev dünyasını dəyişib. Daha iki nəfər - 2001-ci il təvəllüdlü Cavid Anar oğlu İbrahimov və 2001-ci il təvəllüdlü Tələt Araz oğlu Budaqov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon hüquq mühafizə xidməti əməkdaşları araşdırma aparır.