USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Formula 1" üzrə Macarıstan Qran-prisində sonuncu yürüş keçirilib.
"foto.info.az"in məlumatına görə, dördüncü yürüşdə ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton göstərib.
O, bununla da "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub.
Yarışda ikinci yerə Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri "Mercedes"dən fin Valtteri Bottas (+9,452) tutub.
Bununla da Macarıstan Qran-prisinə yekun vurulub.
Qeyd edək ki, "Formula 1" üzrə Macarıstan Qran-prisinə iyulun 17-də start verilmişdi.