USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidir

Mədəniyyət

7-08-2023, 10:47

Aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidirAzərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin, yüzilliklər boyu keçilən inkişaf yolunun məhsulu olan, rəngarəngliyi ilə sevilən, seçilən aşıq sənəti ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olub, öz mahiyyəti etibarilə həmişə xalq həyatına yaxınlığı ilə seçilib, xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə vəhdət təşkil edib. Poeziyanı, musiqini, rəqsi, ifaçılığı özündə cəmləşdirən bu incəsənət növünün orijinallığı və sadəliyi onu xalq arasında sevdirib.

Milli Məclisin deputatı filologiya üzrə elmlər doktoru, akademik Nizami Cəfərov deyib ki, aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayan yaradıcılıqdır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir: "Fərəhləndirici haldır ki, son zamanlar bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir".

O, qeyd edib ki, aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidir. Aşıq sənətinin ən mühüm və başqa sənətlərdən fərqli cəhətlərindən biri də onun çoxtərəfli yaradıcılıq imkanlarıdır. Burada söz sənəti, musiqi, rəqs elementləri və ən nəhayət, ifaçılıq var:

"Tədqiqatlar, araşdırmalar da göstərir ki, aşıq sənətinin türk dünyasında - ozan sənətini çıxmaq şərtilə - ən çox inkişaf elədiyi məkan Azərbaycandır. Digər yandan, Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapılıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Misal üçün, aşıq sənətində olan realizm bu sənətinin yarandığı dövrün yazılı ədəbiyyatında yoxdur. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub.
Sonrakı dövrlərdə aşıq sənətinin çox ciddi problemləri olub. Xüsusilə də sovet dövründə aşıq sənəti həddindən artıq ideologiyalaşdırıldı. Aşıqlar sosializm, dünya kommunizm hərəkatından danışmağa başladılar. Beləliklə, aşıq sənətində bir az sünilik yarandı. Doğrudur, aşıq yaradıcılığı həmişə müasirdir, dövrün reallıqlarına, baş verən proseslərə laqeyd qalmır.
Söz qoşmaq, yaradıcılıq imkanları əvvəlki illərlə müqayisədə məhdudlaşıb. Bu sahədə zəif əsərlər yaranır".

Professorun fikrincə, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması onun dünyada daha geniş təbliğinə imkanlar yaradacaq. Aşıqlar Birliyinin yaranması, Azərbaycanın müxtəlif yerlərində tanınmış aşıqların ev-muzeylərinin, mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin yaradılması aşıq sənətinə verilən yüksək qiymətdir. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin xəttilə aşıqların disklərinin hazırlanması da bu sənətin inkişafına verilən dəstəkdir:

"Düşünürəm ki, işlər bundan sonra da davam etdiriləcək. Aşıq sənətində bizim istedadlı gənclərimiz var. Bir-birindən zəngin olan, özünəməxsusluğu ilə fərqlənən aşıq məktəblərimiz var. Borçalı, Qazax-Tovuz-Şəmkir, Gədəbəy, Şirvan, Cənubi Azərbaycan aşıq məktəbləri daim öz adları ilə seçilib. Yəni bu gün aşıq sənətini təbliğ etmək çox böyük işdir. Bu iş də ardıcıl, sistemli şəkildə aparılır".

Yeri gəlmişkən, aşıq sənəti peşəkar sənət növü olub, ustad aşıqlardan şagirdlərinə şifahi mənimsəmə yolu ilə nəsildən-nəslə ötürülür. Bu yolla müxtəlif ərazilərdə aşıq məktəbləri formalaşmış, aşıq mühitləri yaranmışdır. Göyçə, Borçalı, Təbriz, Urmiya, Tovuz-Qazax, Gədəbəy, Şirvan aşıq məktəbləri öz qədim ənənələrini nəsildən-nəslə ötürərək, bu günümüzə çatdırmışlar. Aşıq və muğam sənətləri arasında üzvi bağlılıq özünü büruzə verir. Tarixi inkişaf prosesində bu iki sənət qarşılıqlı əlaqədə olmuş, biri-digərinə təsir göstərmişdir. Aşıqların oxuduqları havalarda muğamlardan istifadə olunması, eyni zamanda, xanəndələrin repertuarına aşıq havalarının daxil edilməsi, aşıq havaları əsasında zərbi-muğam janrının meydana gəlməsi bu iki sənət arasındakı qarşılıqlı əlaqələrin dərinliyini sübut edir.

Cavid
Yazı "Folklor və Musiqi İrsini Təbliği" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

24-07-2023, 11:19

Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır

Mədəniyyət

17-07-2023, 11:29

Milli musiqimiz varsa, xalqımız da yaşayır

Gündəm / Sosial / Mədəniyyət

12-01-2023, 22:11

Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Mədəniyyət

23-11-2021, 08:46

Nizami Gəncəvinin yubileyi Səmərqənddə qeyd edlib

Mədəniyyət

28-09-2021, 15:20

Yeni mövsümdə İctimai TV və Radionun efirində hansı yeniliklər olacaq?

Mədəniyyət

16-08-2021, 10:14

Dədə Ələsgər saytının təqdimatı olub

Mədəniyyət

28-07-2021, 16:02

Hindistanın zəngin mədəni irsi Qobustana gələn qonaqlara təqdim ediləcək

Mədəniyyət

7-05-2021, 09:17

Xalq artisti Arif Quliyev vəfat etdi

Mədəniyyət

12-03-2021, 19:07

Nizami Gəncəvi – Azərbaycan və İran xalqlarını birləşdirən ədəbi körpü

Mədəniyyət

18-02-2021, 16:02

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Mədəniyyət

5-01-2021, 15:24

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM

Mədəniyyət

12-05-2020, 11:22

“Mədəniyyətimizin oğurlanması” filmi: - Baş rolda Əbülfəz Qarayev...

Son xəbərlər
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə