USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bağırsaq xərçənginin simptomları bir çox hallarda zəif olur və insanlar onlara fikir vermir.
foto.info.az Express-ə istinadən bildirir ki, Böyük Britaniya alimləri bağırsaq xərçənginə işarə edən əsas 3 gizli simptomunu qeyd ediblər.
Bu simptomlar arasında:
- Defekasiyanın (nəcis ifrazı) tezləşməsi. Misal üçün, əgər insan həmişə gündə 1 dəfə və ya 2 gündən bir böyük bayıra gedirdisə, sonra birdən birə daha tez-tez, hətta gündə 2 dəfə getməyə başlayıbsa, bu təhlükəli simptomdur.
- Nəcis kütləsi daha duru olur.
- Nəcisdə qan. Bu bağırsaq xərçənginin əsas simptomudur. Nəcis bu zaman qırmızı-qəhvəyi və ya bordo rəngində olur.