
Azərbaycanın penitensiar sistemində rəhbər dəyişikliyi baş verib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ədliyyə general-mayoru Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin olunub.
Mirsaleh Seyidov vəzifədən azad edilməzdən bir gün əvvəl – oktyabrın 26-da Penitensiar Xidmətin rəisi kimi regionlarda yaşayan vətəndaşlar üçün videoqəbul keçirmişdi.
Seyidov Penitensiar Xidmətə rəhbərlik etdiyi dövrdə ədliyyə general-mayoru ali xüsusi rütbəsi alıb.
Yeni təyinatla Penitensiar Xidmətə rəhbərlik Sahib Rzayevə həvalə olunub. O, eyni zamanda Azərbaycan ədliyyə nazirinin müavini vəzifəsini icra edəcək.