
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımların müəyyənləşdirilməsi üçün yaxın zamanda qərar veriləcəyini açıqlayıb.
O, İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib.
Tramp bildirib ki, Vaşinqton qarşısında əməliyyatları davam etdirmək və belə bir vəziyyətin bir daha təkrarlanmamasını təmin etmək məsələsi dayanır.
“İndi qərar verməliyik. Daha irəli getmək və bunun bir daha heç vaxt təkrarlanmayacağına əmin olmaq istəyirikmi? Mümkünsə, ölkənin qalan hissəsini məhv etmək istəməzdi. Amma bəlkə də buna məcbur olacağam. Bunu çox yaxında biləcəksiniz”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın bu açıqlaması ABŞ-ın İrana qarşı gələcək hərbi strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.