USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

YAP Balakən rayon təşkilatının sabiq sədri Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Azad Balayevin Balakənin sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla əlaqədar həbs olunduğu bildirilir.
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabr ayında həbs olunub. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Azad Balayevin həbsi ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.