
Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək. Səfər çərçivəsində onun Bakıya deyil, ölkənin başqa şəhərlərindən birinə gedəcəyi gözlənilir.
Simonyan bu barədə noyabrın 26-da Ermənistan hökumətinin binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.
O, səfərin dekabrın əvvəlində baş tutacağını təsdiqləyərək, görüşün Bakıda keçirilməyəcəyini bildirib:
“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq və Bakıya olmayacaq. Güman edirəm ki, ya Gəncə, ya da başqa bir şəhər olacaq, amma Bakıya olmayacaq”.
Məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi, gələcək əməkdaşlıq perspektivləri, eləcə də itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Simonyan səfərin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan tərəfinə səfərinə cavab xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, Hikmət Hacıyev 14 iyun 2026-cı il tarixində Ermənistanın Dilican şəhərində, həmin dövrdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüş keçirib.