USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Özəl klinikalar əhali arasında koronavirus xofu yayır - SƏBƏB

Səhiyyə

1-07-2020, 15:52

Özəl klinikalar əhali arasında koronavirus xofu yayır - SƏBƏBMəqsəd odur ki, test verməyə gələn müştərilərin sayı çox olsun

Hazırda ölkəmizdə koronavirus testi ən populyar tibbi xidmətlərdən biridir. Bir çox insan bu testi heç bir xəstəlik əlaməti olmadan etməyi qərara alır - kimsə panikaya düşür, kimsə özünü və yaxınlarını sığortalayır.

Lakin son günlərdə vətəndaşlar bir sıra özəl klinikalarda koronavirus testindən keçə bilmədiklərini, bu xidmətin səbəb göstərmədən dayandırıldığını qeyd edirlər. AYNA əməkdaşı bu şikayətlərin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün Bakının bir neçə özəl klinikasına müraciət edib.

“Memorial Clinic”dən dedilər ki, onlar hazırda yalnız harasa səfər, uçuş planı və ya bileti olanlar üçün koronavirus testi edirlər. Klinikanın əməkdaşları son zamanlarda müayinədən keçmək istəyən müştərilərin sayının çox olduğunu qeyd etdilər. Bu da öz növbəsində test reagentlərinin sayının kəskin azalmasına səbəb olub. Yeni partiyanın isə nə vaxt gətirilicəyi hələ bilinmir.

“MediClub”ın İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Zaur Orucun dediyinə görə, onlara TƏBİB, Səhiyyə Nazirliyi və ya hansısa başqa bir dövlət qurumundan özəl klinikalarda koronavirus testinin qadağan edilməsi və ya tamamilə dayandırılması barədə əmr gəlməyib: “Koronavirus testini edib-etməmək məsələsində klinikalar özləri qərar verir. Bir sıra klinikalarda reagentlərlə bağlı problemlər mövcuddur, lakin bu, sırf texniki problemdir və həll olunur. Burada söhbət antitellərin olub-olmadığını müəyyən etmək üçün keçirilən qan testindən gedir”.

“O ki, qaldı PCR-testə, “MediClub”ın həm Üzeyir Hacıbəyli küçəsində yerləşən klinikasında, həm də xəstəxanada bu müayinə aparılır, sadəcə fərqli xəstələr üçün testlər də fərqlidir. Xəstəxanada vaxt itirməmək üçün testlər kompüter tomoqrafiyasını keçmək üçün müraciət edən xəstələrə edilir. Digər xəstələr Üzeyir Hacıbəylidəki klinikamızda heç bir konsultasiya aparılmadan da testdən keçə bilərlər. Testdən əvvəl orada insanın koronavirus xəstəsi ilə əlaqədə olub-olmaması və onda hansı sipmtomların olması soruşulur. Risk faktorları mövcuddursa, o, potensial yoluxmuş xəstə kimi qəbul edilir və digər xəstələrlə təmasda olmasına yol verilmir. COVID-ə yoluxma şübhələri olan insana təkcə PCR testi kifayət etmir. Həmin adam mütləq həkim konsultasiyasından da keçməlidir. PCR-in nəticəsi saxta neqativ də çıxa bilər”, - klinika sözçüsü bildirdi.

Orucun sözlərinə görə, özəl klinikalara adətən ödəniş qabiliyyəti yüksək olan vətəndaşlar müraciət edirlər ki, bunun özü də müsbət haldır: “Belə ki, bu yolla onlar imkansız vətəndaşlar üçün dövlət qurumlarında yer boşaltmış olurlar. Bununla da dövlətin bu ağır pandemiya dövründə az da olsa, yükü azalır”.

Qeyd edək ki, vətəndaşlar tez-tez koronavirus üçün testlərin səhv nəticələr göstərdiyindən şikayət edirlər. “MediClub” təmsilçi də qeyd etdi ki, belə hallar, kütləvi də olmasa, baş verir: “Tibb elminə həmişə 100% düz nəticə göztərən testlər hələ məlum deyil. Bəzi testlərin nəticələri səhv çıxa bilər. Bu, hətta on illərdir istifadə olunan, sınaqdan keçmiş və təkmilləşdirilmiş testlərə də aiddir. Tələsik yaradılan analitik sistemlərə, reaktivlərə və pandemiya dövründə koronavirus üçün testlərə gəldikdə, onlar klassik testlərdən daha çox yanlış nəticələr verə bilər ki, bu da normaldır”.

Dövlətə məxsus tib müəssisəsinin - 8 saylı poliklinikanın baş həkimi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin üzvü Tamilla Kərimovadan isə öyrəndik ki, ölkədə koronavirus üçün kifayət qədər testlər və xəstələrin müalicəsi üçün lazım olan bütün vəsaitlər var: “Məni başqa sual maraqlandırır: niyə bu qədər vətəndaşımız testdən keçmək istəyir? Axı bu testdən yalnız koronavirus əlamətləri olanlar, müəyyən simptomlu yoluxmuş insanlarla əlaqədə olanlar və xaricdən qayıdanlar keçməlidir. İndi isə bir adam bazara-dükana gedir, panika içərisində geri qayıdır və “bəlkə mən də tutulmuşam”, - deyə qaçır test verməyə. Unutmayın ki, koronavirus testindən keçmək profilaktik tədbirlər siyahısına daxil deyil”.

Həkimin sözlərinə görə, özəl klinikalar yaranmış vəziyyətdən xeyli istifadə edib: “Vətəndaşlar arasında qorxu hissini artırdılar ki, test verməyə gələn müştəriləri çox olsun. Axı bir testin qiyməti özəl klinikada 130-140 manata başa gəlir. İndi biz insanlardakı qorxu hissini aradan qaldırmağa çalışırıq, maarifləndirmə işləri aparırıq. Bu xəstəlikdən qorxmamalı, məlum simptomlar müşahidə ediləndə, sadəcə həkimə müraciət etməlisiniz. Həm öskürək, həm də qızdırma sağlamlığın təhlükədə olmasının əlamətidir. Amma bunun səbəbinin hansı xəstəlik olmasını bilmək üçün ehtimallarla çıxış etmək, necə deyərlər, fala baxmaq olmaz. Bunu həkimlər müəyyən etməlidirlər”.

“Bu gün adama elə gəlir ki, ölkədə COVID-19-dan başqa xəstəlik yoxdur. Əlbəttə ki, bu, belə deyil və digər xəstəliklərdən planlı müalicə alan insanlar onların müalicəsinin arxa plana keçirilməsi faktları ilə qarşılaşmamalıdırlar. COVID-19 pandemiyası dövlət səviyyəli problemdir. Əminəm ki, Səhiyyə Nazirliyi də bu prosesə qoşulduqdan sonra vəziyyət 10-15 gün ərzində düzəlməyə doğru gedəcək. Koronavirus üçün testlər hər kəsə dövlət hesabına edilir. Yalnız dövlətin bu işlə məşğul olduğu təqdirdə, biz dəqiq statistik mənzərə əldə edəcəyik”, - deyə baş həkim vurğuladı.

Kərimova əlavə etdi ki, rəhbərlik etdiyi klinikanın həkimləri karantin altında saxlanılan şəxsləri izləyir və karantinin sonunda bu insanlar testdən keçirilir: “Bir çox xəstənin xəstəxanada müalicəyə ehtiyacı yoxdur, xəstəlikləri yüngül keçir. Əgər ağırlaşma baş verərsə, o zaman təcili yardım çağrılır və vətəndaş xəstəxanaya yerləşdirilir. Problemə belə yanaşma zamanı xəstəxanalarda yer çatışmazlığı problemi də aradan qalxacaq. Hazırda xəstəxanalarda olan xəstələrin, təxminən 60%-i evdə müalicə oluna bilər”.

Paylaş:
Digər xəbərlər

Səhiyyə

25-06-2020, 13:35

Təcili Tibbi Yardım Xidməti böhran yaşayır - GİLEY

Araşdırma

19-06-2020, 14:33

ATU-nun Onkoloji Klinikasından KORONAVİRUS TƏIHLÜKƏSİ - AÇIQLAMA

Səhiyyə

13-06-2020, 11:31

Bakıda özəl klinikalarda qadağan olunmuş koronavirus testi: - Qiymətlər necədir?

Səhiyyə

12-05-2020, 15:41

Alimlərdən xəbərdarlıq: COVID-19 sonsuzluğa səbəb ola bilər

İdman

12-05-2020, 15:05

Olimpiya çempionu koronavirusa yoluxub?

İdman

9-05-2020, 13:27

"Atletiko"nun futbolçusunda koronavirus aşkarlandı

Səhiyyə

7-05-2020, 09:06

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

Dünya

16-04-2020, 16:30

Estoniyada koronavirusa yoluxanların sayı artdı

Sosial

24-03-2020, 12:01

Bakıya gələn dörd nəfər müayinədən yayındı - Axtarışa verildi

Son xəbərlər
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə