USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.
“foto.info.az”in yerli bürosu xəbər verir ki, bu barədə rayon meri Ramaz Budaqaşvili bildirib.
Onun sözlərinə görə, halların 3-ü Qaracalar, 2-si isə Birlik kəndində qeydə alınıb.
Bununla da, Qardabanidə COVID-19-a yoluxanların ümumi sayı 41-ə çatıb.
Qeyd edək ki, Qaracalar tam təcrid olunub, hüquq mühafizə orqanları kəndə giriş-çıxışa nəzarət həyata keçirir.