USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şoyqunun dostunu Qarabağda: “Bir həftə-on günə bu hadisə baş verəcək”

Siyasət / Sosial

27-04-2023, 07:43

Şoyqunun dostunu Qarabağda: “Bir həftə-on günə bu hadisə baş verəcək”

Şoyqu dostunu Qarabağa göndərdi: “Bir həftə-on günə bu hadisə baş verəcək” - Polkovnik

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Üzeyir bəy, Azərbaycan Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış postu qurduqdan sonra Rusiya sülhməramlılarının ərazidə olan komandanını dəyişdirməklə bağlı qərar verdi. Baş verənlərlə Rusiyanın bu addımı arasında paralellik aparmaq nə dərəcədə məntiqlidir?

- Hazırda Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının komandanlığının dəyişdirilməsi heç nəyə təsir etməyəcək. Bu faktiki olaraq sülhməramlıların bizim ərazimizə gəlişindən sonra artıq beşinci komandanlığıdır. Rus sülhməramlılarının komdandanlığı içərisində Aleksandr Lentsov Rusiya müdafiə naziri Sergey Şoyquya yaxınlığı ilə tanınır. Sadəcə olaraq onlar real vəziyyəti bilirlər deyə bu cür addımlar atırlar. Çünki yaxın zamanlarda rus generalları üçün bir hərəkət başlayacaq. A.Lentsovu da indiki halda bura göndəriblər ki, ermənilərdən leqal şəkildə pul qazansın. Görünür o da hümanitar yardım adı altında Qarabağdakı separatçılar üçün yüklər daşıyacaq. Sadəcə olaraq ruslar əvvəllər bu yükləri rahat aparıb-gətirirdilər. İndi isə bu yüklər Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət buraxılışından keçməli olacaq. Bunun da adını rus sülhməramlıları üçün ərzaq yardımı qoyacaqlar. Ona görə də, rus sülhməramlılarının Qarabağdakı komandanlığının dəyişdirilməsi Azərbaycanın Laçın-Xankəndi yolunun girişində post qurması ilə əlaqəli deyil. Sadəcə olaraq o getməli idi. Görünür indiki şəraitdə S.Şoyqu da ora öz dostünu yerləşdirmək üçün tələsirmiş. Çünki Andrey Volkovun S.Şoyqu və onun komandası ilə yaxın münasibətləri yox idi. Hətta A.Volkovla bağlı Moskvada elə də xoş fikirlər səslənmirdi. Ona görə də, A.Volkovu dəyişdirdilər. Gözlənilən odur ki, Volkovun da bu yaxınlarda Ukrayna cəbhəsinə göndərilməsi ilə bağlı qərar verilə bilər.

- Sizcə, yeni komandanın gəlməsi ilə bölgədə hansı dəyişikliklər baş verə bilər?

- Sülhməramlıların yeni komandanının gəlməsi ilə nəsə dəyişəcəyinə də ümid etmək olmaz. Ona hansı komanda veriləcəksə bu da həmin göstərişi icra edəcək. Bu göstəriş də vəziyyəti maksimum dərəcədə mürəkkəbləşdirməkdən ibarət olacaq. Sadəcə olaraq yeni komandan gərginlik yaratmaq məsələsində “ustadır”. Köhnə hiyləgərlikləri yaxşı bilən biridir. Hərbi rütbəsinə və tutduğu vəzifələrə görə, o tapşırılan işləri çox “ustalıqla” yerinə yetitib. Bura da onun da mürəkkəb sixemlər düşünüb tətbiq etmək üçün göndərildiyi şübhəsizdir.

- İndiki halda Azərbaycan sülhməramlılara üçün hansı xətti üzrə fəaliyyət imkanı yaradacaq?

- Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət postu orada qurulduqdan sonra ərazidə xeyli dəyişikliklər olacaq. Amma ümumilikdə oradakı postumuz ətrafında gərginliyin olması da mümkündür. Çünki hələ də bizim ərazimizdə separatçılar qalıb. Sülhməramlılar da onlara havadarlıq edir. İran və Fransa da onlara arxa-dayaq olmağa çalışır. Bütün bunların fonunda isə onların Azərbaycan ərazisinə nəyisə aparıb-gətirmək imkanları olmayacaq. Əvvəlki dönəmdə bu onların əllərində idi. Nə istəyirdilər gətirib-aparırdılar. İndi isə bu imkan yoxdur. Ona görə də, ərazimizə qeyri-qanuni sialh-sursatın daşınması, separatçılara edilən dəstək əvvəlki qaydalarla olmayacaq.

- Laçın-Xankəndi yolunun girişində post qurulduqdan sonra Qarabağ ermənilərinin və separatçıların kənarla əlaqəsi kəsilib. Amma yenə də onların çıxışı üçün gizlin yolların olduğu deyilir. Belə bir ehtimal varmı? İki ölkə arasında sərhədlər tam dəqiqləşmədiyi üçün bu amili necə dəyərləndimrək olar?

- Faktiki olaraq Qarabağda olan separatçılar üçün heç bir alternativ yol qalmayıb. Artıq Dövlət Sərhəd Xidmətinin Komandanlığı ərazidə bu cür hallara qarşı preventiv planlar hazırlayıb. Bu planlar da əraziyə tam olaraq Sərhəd Xidmətinin nəzarətini özündə ehtiva edir. Sözsüz ki, Sərhəd Xidməti, Müdafiə Nazirliyi ilə birlikdə bölgəyə tam nəzarəti həyata keçirəcək.

- Qarabağda qalmaqda olan qanunsuz silahlıların aqibəti necə olacaq?

- Heç bir halda Azərbaycan ərazisində kimsə qanunsuz silahlı birləşmə və silah-sursat saxlaya bilməz. Yaxın vaxtlarda Azərbaycan tərəfi onlara son çağırışını edəcək. Bir-iki günə bu adamlar silahlarını təhvil verməlidir. Qarabağa aidiyyatı olanlar burada qalmaq istəsələr onlar üçün şərait yaradılacaq. Çıxıb getmək istəyənlərə isə post vasitəsi ilə ölkəmizin ərazisini tərk etmək imkanı yaradılacaq. Azərbaycan dövləti çox qısa zamanda bölgəyə aidiyyatı olmayan şəxslərin ərazidən çıxışına nail olacaq. Bunun üçün rus sülhməramlılarının bölgəni tərk etməsi vaxtını da gözləməyəcəyik. Bir həftə-on günə bu hadisə baş verəcək. Çünki qeyri-qanuni silahlı birləşmələr silahlarını təhvil verməlidir. Bunun əksinə olacaq bütün hallara qarşı Azərbaycanın güc strukturları zəruri addımlar atacaq.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial

21-01-2023, 14:22

Laçın-Xankəndi yolunda etirazların 41 günüdür

Gündəm / Sosial / Hadisə

7-01-2023, 10:35

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 26 gündür davam edir

Gündəm / Siyasət

2-01-2023, 13:22

Laçın Xankəndi yolunda aksiya 22-ci gündür davam edir

Gündəm / Siyasət / Sosial

27-12-2022, 07:49

Xankəndi-Laçın yolundakı etiraz aksiyası 16 gündür davam edir

Gündəm / Sosial

20-12-2022, 18:54

Sülhməramlılarının təminat daşıyan avtomobilləri növbəti dəfə Laçın yolundan maneəsiz keçib

Siyasət

14-12-2022, 15:57

"Bu aksiyanı hər birimiz dəstəkləməliyik"

Gündəm / Siyasət

5-12-2022, 19:21

Laçın dəhlizində Azərbaycan postları qurulacaq

Siyasət

15-10-2021, 10:16

Qarabağdakı ermənilər azalır...

Siyasət

24-09-2021, 11:10

Prezident sülhməramlıların rolundan danışdı

Siyasət

7-07-2021, 14:07

Ağdamdakı hadisədə Rusiya sülhməramlıları günahkardı

Siyasət

3-05-2021, 13:06

Ruslar səlahiyyətini aşdı: DSX Laçın dəhlizinə girməlidir

Siyasət / Dünya

15-01-2021, 23:43

Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq monitorinq mərkəzinin detallarını açıqladı

Son xəbərlər
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə